26 fevral 2013-cü ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Nərimanov rayonu 36 saylı orta məktəbdə
“Xocalı faciəsi-Tariximizin qan yaddaşı” adlı anım gecəsi keçirdi. Tədbirdə kitabxanaçılar, şagirdlər, müəllimlər iştirak edirdi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru İradə Babayeva açaraq bildirdi ki, 21 il bundan əvvəl xalqımızın başına erməni
qəsbkarları tərəfindən gətirilən Xocalı faciəsi xalqımızın yaddaşında silinməz iz qoydu. Bu soyqırım zamanı soydaşlarımızın
başına müsibətlər gətirildi. Yüzlərlə günahsız insan qışın soyuğunda öz yurdlarından didərgin düşərək erməni gülləsinə tuş
gəldilər, əsir düşdülər və siz şagirlərin də borcu bundan ibarətdir ki, xalqımıza qarşı törədilən bu vəhşilikləri unutmayasınız.
Daha sonra 3-9- cu sinif şagirdləri Xocalı faciəsinə həsr olunmuş “Layla Xocalım layla ”, “Ağlama şəhid anası ağlama”, “Ağla
Xocalım oy ağla” və başqa şeirlər söylədilər. Xocalı faciəsinə həsr olunmuş video çarxa baxıldı. Tədbirin sonunda məktəbin
direktoru tədbiri təşkil etdiyinə görə kitabxana əməkdaşlarına təşəkkürünü bildirdi.
<Tədbirin şəkilləri
Bütün xəbərlər