Dekabr ayının 14-də Nərimanov rayonu 193 saylı məktəbdə Əhməd Cavadın anadan olmasının 120 illiyinə həsr
olunmuş ədəbi-bədii gecə keçirildi. Tədbir Ə.Cavadın müəllifi olduğu Azərbaycan Dövlət Himninin səslənməsi
ilə başladı.Tədbirin aparıcısı 10-cu sinif şagirdi Fəridə Cəfərzadə şairin həyat və fəaliyyəti haqqında geniş
məlumat verdi və monitorda slayd göstərildi. Məktəbin VII-X sinif şagirdlərinin hazırladıqları kompozisiyada
şairin sözlərinə yazılmış, müğənni Azərinin ifasında “Çırpınırdı Qara Dəniz” mahnısının sədaları altında
“Al bayraq”,”Azərbaycan bayrağına”,”Dilimiz”,”Şəhid əsir”,”Susmaram”,”Dəli Kür” və s. şeirlər söylənildi.
Təbiətə çox vurğun olan şairin təbiət haqqında”Göy-Göl” , ömür gün yoldaşı Şükriyyə xanıma həsr etdiyi şeir
və ona bəstələnmiş mahnı səsləndi. Məktəbin rus bölməsinin 11-ci sinif şagirdi Arzu Kazımova “Azərbaycan”
şeirini söylədi.Tədbirin sonunda məktəbin direktoru R.Hüseynov kitabxana kollektivinə öz təşəkkürünü
bildirdi. Foyedə şairin yubileyi ilə əlaqədar təşkil olunmuş sərgi müəllim və şagirdlərin marağına səbəb oldu.
<Tədbirin şəkilləri
Bütün xəbərlər