15-31 may 2012-ci il tarixində 57-ci Avroviziya mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsi
ilə əlaqədar olaraq F.Köçərli adına Respublika Uşaq kitabxanasında “Eurochildbook-2012” adlı
uşaq ədəbiyyatı sərgisi keçirildi. Sərgidə 42 dövlətin uşaq ədəbiyyatı nümayiş olundu. Hər gün
Bakı şəhər məktəblərindən sərgiyə baxmağa uşaqlar gəlirdi. Belə məktəblərdən “Dünya” məktəbi,
Səbail rayonu 7 və 8 saylı, Osman Mirzəyev adına 190 saylı məktəbi, Nəsimi rayonundakı 42, 164
saylı məktəbi və uşaq baxçalarını göstərmək olar. Sərginin açılışında Bakı şəhər kitabxanaları da
iştirak etdi. Yüksək estetik zövqlə, bədii tərtibatla işlənmiş kitablar haqqında maraqlı fikirlər
söyləndi. Sərginin daha da maraqlı olması üçün həmin ölkələrin milli paltarlarının şəkil və
gəlinçiklərinin
nümayişi də uşaqların daha çox xoşuna gəlməklə yanaşı sərgilərə böyük maraq oyatdı.
<Tədbirin şəkilləri
Bütün xəbərlər