F.Köçərli adına Respublika Uşaq Kitabxanası 31 mart 2008-ci ildə Yasamal rayonu 190 saylı məktəbin VII sinifləri ilə (74nəfər) 31 mart dünya azərbaycanlılarının soyqırımı günü ilə əlaqədar tədbir keçirdi. Tədbiri giriş sözü ilə tarix müəllimi Sədrəddin Rüstəmov açdı. Sonra şair, publisist, ədəbiyyatşünas Teyyub Qurban kitabxanamızın 2006-cı ildə tərtib etdiyi “Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım” adlı metodik vəsaitin əhəmiyyətindən danışaraq, onu məktəbin direktoruna hədiyyə etdi. Teyyub Qurban soyqırımla bağlı çox maraqlı söhbətlər apardı. Tədbirin sonunda uşaqlar onları maraqlandıran suallara cavablar aldılar.