19 yanvar 2012-ci ildə XXI əsr liseyində “Qan yaddaşımız- 20 yanvar” adlı tədbir keçirildi.
Tədbirdə dedektiv romanlar və vətənpərvərlik ruhunda əsərlər yazan yazıçı Elxan Elatlı ilə
görüş oldu. Kitabxananın direktor müavini Zahirə Dadaşova yazıçının həyat və yaradıcılığı
haqqında danışaraq onu oxucularına təqdim etdi. Tədbirdə Elxan Elatlının Azərbaycanaın
Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi “Qisas gecəsi” romanının müzakirəsi keçirildi.
Sonra tədbir iştirakçıları arasında “Vətənpərvər kimdir?” adlı rəy sorğusu aparıldı.
Rəy sorğusunun keçirilməsində əsas məqsəd orta məktəb şagirdlərinə vətənpərvərlik ruhunun
aşılanması idi. Biz düşünürük ki, gənc nəslin unutqan olması, vətənpərvərlik ruhunun aşağı
səviyyədə olması kimi problemləri aradan qaldırmaq üçün belə tədbirlərin keçirilməsi
məqsədəuyğundur.
<Tədbirin şəkilləri
Bütün xəbərlər