Dekabrın 16-da Səbail rayonu O.Mirzəyev adına 190 saylı məktəbdə xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 100 illiyi münasibəti ilə ədəbi-bədii gecə kecirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Afət Bakıxanova açaraq qonaqları təqdim etdi. Tədbirdə M.İbrahimovun qızları- bəstəkar Sevda İbrahimova və Solmaz xanım, jurnalist Flora Xəlilzadə, Bela Cəlilova, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat institutunun elmi işcisi Esmira Fuad, şair Sadıq Xanəliyev və başqaları iştirak edirdi.
Məktəbin dərs hissə müdiri Qənirə Əmircanova çıxışında qeyd etdi ki, yazıcı Azərbaycan dilinin dövlət dili elan olunması üçün ömrü boyu çalışmışdır. Monitorda yazıçının həyat və yaradıcılığına həsr olunmuş “Sənətkar ömrü” adlı slayd və “Böyük dayaq” filmindən bir parça nümayiş olundu. X və XI sinif şagirdləri yazıcıya həsr olunmuş şeirlər söylədilər, yazıçının qızı Sevdaya yazdığı son məktubu kiçik bir səhnəciklə göstərildi.
Esmira Fuad yazıçıya həsr etdiyi “Sözə sevdalılar” kitabını tədbir iştirakçılarına təqdim etdi və 3 nüsxəsini kitabxanaya hədiyyə etdi.
Foyedə yazıçının kitablarından ibarət “Ədəbiyyatımızın böyük dayağı” adlı sərgi nümayiş olundu.


<Tədbirin şəkilləri

Bütün xəbərlər