Noyabr ayının 28-də F.Köçərli ad. Respublika uşaq kitabxanasının Məlumat-biblioqrafiya
şöbəsinin işçiləri Cəfərova Ülviyyə., Əhmədova Sevil., Məcidova Nərgiz. və Mütaliəyə
rəhbərlik bölməsinin müdir Tükənova Rəna ilə birlikdə 164 saylı məktəbdə “KİTAB İNSAN
ÜÇÜN MƏNƏVİ QİDADIR” başlığı altında sərgi-icmal keçirilmişdir. Sərgi ibtidai siniflər
üçün nəzərdə tutulmuşdu. Burada müəllimlər üçün metodik vəsaitlər, ibtidai sinif şagirdləri
üçün isə həm bədii ədəbiyyat, həm də görkəmli şəxsiyyətlərimiz, tarixi yerlərimiz haqqında
olan kitablar nümayiş etdirildi. Demək olar ki, məktəbin bütün kiçikyaşlı şagirdləri sərgidə
oldular, kitablarla yaxından tanış oldular. Kitabxananın işçiləri şagirdlərin və müəllimlərin
bütün suallarını ətraflı cavablandırdılar, kitablar haqqında, respublikada uşaqlar üçün çap
edən nəşriyyatlar haqqında məlumat verdilər. Bütün kollektiv kitabxanaya dəvət olundu.
Məktəbin direktoru Kəmalə xanım və dərs-hissə müdiri Yeganə xanım kitabxanaçılar üçün hər
bir şəraiti yaratdılar. Tədbir yüksək səviyyədə keçdi.
<Tədbirin şəkilləri
Bütün xəbərlər