09 avqust-15 avqust tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Zahirə
xanımın təşəbbüsü ilə Zağulba qəsəbəsində yerləşən Respublika Uşaq Sanatoriyasında səyyar yay oxu zalı
təşkil olundu. 57 uşağın müalicə aldığı bu sanatoriyada təşkil olunan səyyar oxu zalında uşaqlar hər gün
səhər və axşam yeməyindən sonra istədikləri kitabları götürüb mütaliə edirlər. Kiçik yaşlılarla
“Gəlin, nağıla qulaq asaq” ucadan oxu keçirildi, sonra isə viktorina təşkil olundu. Viktorinanın qalibləri
mükafatlandırıldı. 300-dən çox kitab sanatoriyanın kitabxanasına hədiyyə edildi. Kitabxanaçı Almaz xanımın
sevincinin həddi hüdudu yox idi. Bir dənə də olsun latın qrafikalı ədəbiyyatın olmadığı bu kitabxana indi
Respublika Uşaq Kitabxanasının himayədarına çevriləcək, kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı ilə il boyu
təmin olunacaqdır.
Tədbirin şəkilləri
Bütün xəbərlər