2011- ci il iİyulun 15-də kitabxanamızın əməkdaşları 4 saylı uşaqların cəzaçəkmə məntəqəsində
tədbir keçirdi. Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi ilə birgə hazırlanmış bu tədbirdə
yazıçı Nüşabə Məmmədli, uşaq yazıçılarından Sevinc Nuruqızı, Gülzar İbrahimova, Ələmdar Quluzadə,
müğənni-aşıq Məhsəti iştirak edirdi. Giriş sözü ilə tədbiri F.Köçərli adına Respublika Uşaq Kitabxanasının
direktoru F.Quliyeva açaraq bədii ədəbiyyatın, mütaliənin gənclərin tərbiyəsində müstəsna rol oynadığından,
onların intellektual səviyyəsinin yüksəlməsində kitabın böyük təsirindən danışdı. Sonra yazıçılar çıxış etdilər.
Ələmdar Quluzadə öz şeirlərindən söylədi. Bir ay öncə həmin uşaqlara paylanmış N.Məmmədlinin “Sevgi xiyabanı
” kitabının müzakirəsi keçirildi. Yeniyetmələr əsərlə bağlı maraqlı suallarla müəllifə müraciət etdilər.
Tədbirdə müğənni-aşıq Məhsəti yeniyetmələrin zövqünü oxşayan gözəl mahnıları ilə çıxış etdi. Tədbirin sonunda
kitabxanamız 4 saylı uşaqların cəzaçəkmə məntəqəsinə 70 adda müxtəlif bədii ədəbiyyat və 1 kompüter dəsti hədiyyə etdi.
Tədbirin şəkilləri
Bütün xəbərlər