01 iyun 2011-ci ildə saat 12:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanası R.Zorge adına Parkda 1
iyun Uşaqların Beynəlxalq Müdafiə Günü və Müstəqilliyimizin 20 illiyinə həsr olunmuş
“Dünyanı verək uşaqlara” adlı Uşaq Kitabı Bayramı keçirdi. Səhnənin baş tərəfində bayramın emblemi,
hər iki tərəfdə isə ulu öndərimiz H.Əliyevin uşaqlarla birlikdə çəkilmiş şəkilləri olan plakatlar asılmışdı.
“Kitab – mənəvi sərvətimizdir”, “Kitab oxumağın vaxtıdır” adlı şüarlar , elm və biliklə bağlı müdrik kəlamlar
isə balaca plakatlarda bağın içərisində qoyulmuşdu. Kitab sərgiləri aşağıdakı mövzular üzrə təşkil olunmuşdu:
Tədbirin şəkilləri
“Müstəqillik yollarında - 20”, “Tarix – keçmişdən gələcəyə”, “İncəsənət – bəşəriyyətin misilsiz sərvəti”,
“Məktəb proqramına kömək”, “Nağıllar aləmində”, “Sirli-sehrli nağıllar”, “Azərbaycan – yurdum mənim”,
“Sənin maraq dünyan”, “Kitablarda mən hələ, baxıram şəkillərə...”, “Çox oxuyan, çox bilər”, “Azərbaycanın elm
və mədəniyyət xadimləri”, “Biri var idi, biri yox idi” , “Güvəncin nağılları”, “Dərədən , təpədən”,
“Mən və mənim dünyam”, “Elm və texnika – inkişaf tarixi”, “Xarici dilləri öyrənək”, “Sağlam həyat tərzi yaşayaq”,
“Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz”, “Musiqi – səmimiyyət məbədi”,
“Bilikli adamlar uzağı görər, cahilin zəhməti hədərdir, hədər. (N.G.)”, “Yeddi rəngli kəmərim”,
“Muğam dünyasına səyahət”, “Vətən mənə oğul desə nə dərdim”, “Azərbaycan xalq yaradıcılığı paytaxtları -2011” və s.
Həmçinin “Mənim dünyam” adlı rəsm müsabiqəsinə təqdim olunmuş rəsmlərin də sərgisi təşkil olunmuşdu.
Nəşriyyatlardan “Altun”, “Turan”, “Kitab klubu”, M.Seyidzadə adına Kitabxana- kitab mağaza, “Şirvan ”
kitabların satışını təşkil etdi.
Tədbir ssenari üzrə başladı. Bayramı F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Fizurə Quliyeva
açaraq, kitab bayramının keçirilməsinin məqsədindən, 1 iyun uşaqlarıın bayramından danışaraq bayramı açıq elan etdi.
Musiqi və alqış sədaları altında aparıcılar Dövlət Uşaq Filarmoniyasının rəqs kollektivinin ifasında “Dilşadi” rəqsinə
tamaşa etdilər.
Tədbirdə iştirak edən bütün iştirakçılara “Göy qurşağı” uşaq jurnalı, kitabxananın bələdçisi və vizit kartı , qələm verildi.
Kiçik yaşlı uşaqlar asfalt üzərində rəsmlər çəkdilər.
Nağıl otağının işçiləri uşaqlar arasında “Nağıllarımızı bilirsinizmi” adlı çox maraqlı viktorinalar keçirərək qalibləri
mükafatlandırdılar.
Bayramda Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun əməkdaşı Samir Abbasov, Nəsimi rayon
İcra Hakimiyyətinin əməkdaşları, O.Zülfüqarovun “Aysel” qrupu, Uşaq Filarmoniyası, Musiqili Komediya Teatrı
(“Baş tutmayan hiylə” tamaşasından bir parça), Gənc Tamaşaçılar Teatrı (“Tıq-Tıq xanım” tamaşasından bir parça),
Bülbül adına musiqi məktəbi, “Səma” rəqs qrupu, Bakı şəhər məktəbləri, bağçaları, liseyləri, İncəsənət Gimnaziyası,
Az.TV, İctimai televiziya, Space , ATV və digər kanallardan nümayəndələr iştirak edirdi. KİV nümayəndələrindən
“Mədəniyyət”, “Vışka “ qəzetlərindən nümayəndələr tədbirlə bağlı müsahibə aldılar. Musiqi Festivalının qalibi Məhsəti
Cabbarova öz gözəl mahıları ilə uşaqları əyləndirdi, fəal oxucumuz Turanə Məmmədova kitab və kitabxana haqqında şeirini
məharətlə söylədi.
Uşaq yazıçı və şairlərindən Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Gülzar İbrahimova, Solmaz Amanova,
Elxan Elatlı, Nüşabə Məmmədli tədbirdə iştirak etməklə yanaşı, bayram iştirakçılarını salamladılar, gözəl çıxışları
ilə bayrama yeni rəng qatdılar. Tədbirin sonunda “Mənim dünyam” rəsm müsabiqəsinin qalibi 6 yaşlı Əliyeva Qızxanım I
yer tutduğuna görə , bütün təşkilatlar tədbirdə fəal iştirak etdiklərinə görə F.Köçərli adına kitabxana tərəfindən diplom
və hədiyyələrlə mükafatlandılar.
Bütün xəbərlər