18 may 2011-ci ildə kitabxananın incəsənət şöbəsinin təşəbbüsü ilə Səbael rayonundakı 190 saylı orta məktəbdə
“Eşqdir mehrabı uca göylərin” adlı musiqili-bədii gecə keçirildi. Tədbiri məktəbin dərs hissə müdiri
Qənirə xanım açaraq qonaqları salamladı. Sonra söz şagirdlərə verildi. Gecədə şagirdlər Nizaminin
“Leyli və Məcnun” və “Xosrov və Şirin” poemasından, Nəsminin “Etmə gil” şeiri, S.Vurğunun “Vaqif”
poemasından, C.Cabbarlının “Aydın” pyesindən, B.Vahabzadənin “Bir salama dəymədi” şeirindən, M.Müşfiqin
“Sənə qurban” şeirindən parçalar söylədilər. Dünya ədəbiyyatı nümunələrindən V.Şekspirin “Romeo və Culyetta”
əsərindən parcalar səhnələşdirmiş şəkildə göstərildi. Sonda həmin sinfin şagirdi Səbinənin məktəbə həsr
etdiyi mahnı şagirdlərin ifasında səsləndi. Məktəbin müdiri Afət Bakıxanova çıxış edərək şagirdlərə və
qonaqlara öz təşəkürrini bildirdi. Qonaqlar arasında “Bir ovuc torpaq” əsərinə görə “Qızıl dərviş”
mükafatına layiq görülən müasir gənc yazıçımız Varis Yolçıyev də iştirak edirdi.
Tədbirin şəkilləri
Bütün xəbərlər