Bu gün teatrımızın günüdür. Bəli, Azərbaycan teatrının nə az, nə çox, düz 138 yaşı tamam olur.
Azərbaycanın milli teatr tarixi 1873-cü ildən başlanır. Həmin il martın 10-da Bakının Realnı Məktəbinin
tələbələri M. F. Axundovun «Lənkəran xanının vəziri» pyesini səhnələşdiriblər. Dövrünün maarifçisi Həsən
bəy Zərdabi ideyanın müəllifi, dramaturq Nəcəf bəy Vəzirovsa tamaşanın rejissoru olub. Tamaşa xeyriyyəçi
Cahangir Zeynalova məxsus binada nümayiş etdirilib. Sonradan Cahangir Zeynalov həmin binanı aktyorlara
bağışlayıb. Elə həmin səhnədə ilk Azərbaycan operası - Üzeyir Hacıbəyovun «Leyli və Məcnun»u səhnələşdirilib.
Orkestrə yazıçı Əbdürrəhim bəy Haqverdiyev dirijorluq edib. Qərb müəlliflərinin əsərlərinə isə 1904-cü ildən
etibarən müraciət olunub. Qısası milli teatrımız uzun, incə bir yol keçərək 138 yaşına gəlib çatıb. 138 yaşlı
teatrımızın bugünkü mənzərəsinə bu peşənin içində olan sənətkarlarla birgə baxmağa çalışdıq....
Tədbirin şəkilləri
13 may 2011-ci ldə kitabxanamızın oxu zalında Milli Teatrımızın tərəqqisinə, tanınmasına can yandıran
aktrisalardan Həmidə Ömərova, Səidə Quliyeva və Nuriyyə Əhmədovanın oxucularla görüşü oldu. Tədbiri
giriş sözü ilə kitabxananın direktoru Fizurə Quliyeva açaraq qonaqlar haqqında məlumat verərək onları
oxuculara təqdim etdi. Nəsimi rayonundakı 164 saylı məktəbin 7-ci sinif şagirdləri M. F. Axundovun
«Lənkəran xanının vəziri» pyesindən səhnəciklər göstərd. Kitabxananın elmi işlər üzrə direktoru müavini
Zahirə xanım Dadaşovanın milli teatrımızın tarixi və aktrisalarımızın yaradıcılığı ilə bağlı hazırladığı
slaydlar musiqi altında oxuculara göstərildi. Video görüntülərdən sonra oxucuların sualları əsasında aktrisalar
öz xatirələrindən, yaradıcılıq işlərindən danışdılar. Tədbirdə həmçinin Azərbaycan kino tarixinə adını qızıl
hərflərlə yazan, gözəl aktyor, böyük rejissor, ünlü pedaqoq və ictimai xadim Adil İsgəndərov(100 il) da anıldı.
Tədbir yüksək səviyyədə keçdi. Aktrisalara kitabxana və oxucular adından gül dəstələri təqdim olundu.
Bütün xəbərlər