Aprel ayının 18-də N.Nərimanov rayonundakı 193 saylı məktəbdə Azərbaycan ədəbiyyatının satirik şairi
Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə kecirildi. Tədbiri məktəbin
ədəbiyyat müəlliməsi Səmayə Rəhimova açaraq gələn qonaqları salamladı. Sonra söz həmin məktəbin
10-cu sinif şagirdlərinə verildi. Onlar şairin həyatı və yaradıcılığı ilə bağlı fotoslayd təqdim etdilər,
tədbir iştirakçılarını Sabir dünyasına dəvət etdilər. Bu dünyada şairin satirik şeirlərindən kiçik bir
səhnəciklər təqdim olundu. “Tərpənmə, amandır, bala, qəflətdən ayılma!”, “Qoyma gəldi!”, “Çatlayır, Xanbacı,
gəmdən ürəyim” və s. satiralar, “Millət necə tarac olur olsun, nə işim var” adlı şeiri söyləndi. M.Babayevın
ifasında “Oxutmuram əl çəkin”, “Kimlər gəldi, kimlər getdi bu dünyadan” mahnısı təqdim olundu. Nizami adına
ədəbiyyat institutunun əməkdaşı, Sabirşünas Alxan müəllim tədbirlə bağlı öz fikirlərini söylədi. Tədbir Sabirin
büstünün qarşısına qoyulmuş gül-çiçəklə başa çatdı.
Tədbirin şəkilləri
Bütün xəbərlər