13 aprel 2011-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında
Azərbaycanın tanınmış uşaq yazıçısı İlyas Tapdığın uşaqlarla görüşü oldu.
"İlyas Tapdıq və uşaq aləmi" adlı tədbirdə Nərimanov rayon 200 saylı liseyin
müəllimləri, ikinci sinif şagirdləri və kitabxanaçılar iştirak edirdi. Tədbiri giriş
sözü ilə kitabxananın direktoru Fizurə xanım Quliyeva açaraq qonaqları salamladı
və İlyas Tapdığın həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Uşaqlar şairin
müxtəlif mövzulardan - təbiət, heyvanlar haqda, bitkilərdən bəhs edən, həmçinin
uşaqlara həsr olunmuş şeirlərini söylədilər. Daha sonra uşaqlar şairə oz suallarını
ünvanladı. Şair yaradıcılığa necə başlamasından, ilk yazdığı şeirlərdən və şeirləri
yazma səbəblərindən bəhs edərək uşaqların suallarını cavablandırdı. Həmçinin
məktəbin uşaqlar üçün əhəmiyyətindən, kitablarla, uşaqların özlərinin bir- birləri
ilə yaxşı rəftar etmələri üçün xeyli öyüd, nəsihət verdi. Tədbirin sonunda Fizurə
Quliyeva və İlyas Tapdıq tədbir iştirakçılarına öz dərin təşəkkürlərini bildirdi və
kitabxananın "Göy qurşağı" jurnalından uşaqlara hədiyyə verildi.
Tədbirin şəkilləri
Bütün xəbərlər