Fevralın 21-də uşaq dramaturgiyasının banisi, yazıcı A.Şaiqin 130 illiyi münasibətilə ilə
“Körpələrin böyük məhəbbəti” adlı ədəbi-bədii gecə keçirildi. Tədbiri kitabxananın direktoru
Fizurə xanım açaraq şairin yaradıcılığı haqqında qısa məlumat verdi. A.Şaiq adına ev muzeyinin
əməkdaşları tərəfindən kitabxanın oxu zalında şairin həyatı və yaradıcılığını əks etdirən fotostend nümayiş olundu.
Sonra 6 saylı uşaq baxçasının uşaqları şairin “Xoruz”, “Keçi”, “Uşaq və dovşan”, “Səhər”, “Dovşan”
və sair şeirlərini söylədilər. Bundan sonra tədbir iştirakçılarına uşaqların sevimli yazarı A.Şaiq
haqqında hazırlanmış slayd göstərildi və A.Şaiqin öz səsi ilə uşaqlara müraciəti səsləndi. 190 saylı
orta məktəbin I-ci sinif şagirdlərinin ifasında şairin heyvanlara və təbiətə aid yazdığı şeirləri:
“Qərənfil”, “Bülbül”, “Qızıl gül”, “Kəpənək” və sair. ifa olundu. “Bənövşə” uşaq xorunun ifasında A.Şaiqin
sözlərinə yazılmış “Tonqal” mahnısı səsləndi. II sinif şagirdlərinin ifasında “Tülkü həccə gedir” hekayəsindən
kiçik bir səhnəcik göstərildi.
Tədbirdə iştirak edən A.Şaiq adına uşaq kitabxanasının əməkdaşları da çıxış etdilər. Tədbirin sonunda A.Şaiqin
“Tıq-tıq xanım” adlı mənzum hekayəsinə çəkilmiş cizgi filmi proektorla göstərildi.
Tədbirin şəkilləri
Bütün xəbərlər