2 fevral 2011-ci ildə Məlumat-biblioqrafiya şöbəsi Həbib bəy Mahmudbəyov adına 2 saylı
texniki –humanitar liseyində Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirdi.
Tədbirdə yuxarı sinif şagirdləri arasında “Müasir gənclər və onların cəmiyyətdə rolu”
adı altında debatlar təşkil olundu. S.Əhmədova “Azərbaycan Gəncləri Günü”nün təsis olunması
tarixindən, dövlətin gənclərə göstərdiyi qayğıdan, bu qayğının həyata keçirilməsində mühüm rol
oynayan dövlət sənədlərindən (“Gənclər siyasəti haqqında”, “Xüsusi istedada malik olan uşaqıarın
(gənclərin) yaradıcılıq potensialının inkişaf etdirilməsi üzrə Dövlət Proqramı (2006-2010-cu illər),
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və s.), bu
gün gənclərimizin ədəbiyyat, idman və digər sahələrdə əldə etdiyi uğurlardan danışdı. Debatlarda iştirak
edən yuxarı sinif şagirdləri özlərinin vəzifələrindən, problemlərindən, arzularından, cəmiyyətdə tutduqları
və tutmaq istədikləri mövqe haqqında fikirlərini açıqladılar, sevdikləri şeirləri əzbər söylədilər.
Liseyin müəllimləri Ü.Tahirzadə , T.Əliyeva , K.Məmmədova tədbirin həm hazırlanmasında, həm də keçirilməsində
yaxından iştirak etdilər, tədbirin maraqlı keçməsi üçün lazımi şəraiti yaratdılar. Tərtib olunmuş kitab sərgisinin
birinci hissəsində gənclərə, onların ictimai fəaliyyətinə həsr olunmuş kitablar, ikinci hissəsində müvafiq dövlət
sənədləri, üçüncü hissədə isə “Gənclik və Poeziya” başlığı altında yubilyar şairlərimizin (Mədinə Gülgün,
Balaş Azəroğlu, Söhrab Tahir, Əıi Kərim, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vahid Əziz) kitabları nümayiş etdirildi.
Eyni zamanda şagirdlər şeir söylədikcə həmin yazarların həyat və yaradıcılığı haqqında onlara məlumat verildi.
Tədbirin şəkilləri
Bütün xəbərlər