20 yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar F.Köçərli adına Respublika Uşaq kitabxanasında keçirilən tədbirlərin hesabatı
Tədbirin şəkilləri
20 yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar 17 yanvar 2011-ci ildə kitabxananın oxu zalında “20 yanvar – Qanlı yanvar“,
“Qəhrəmanlıq salnaməsi” adlı sərgi təşkil olundu. Sərgidə kitab və jurnallardan əlavə uşaqların kitablara yazdıqları
rəylər də qoyulmuşdu.
18 Yanvar 2011-cu il tarixində oxu zalında “20 Yanvar - Qan yaddaşımız “ adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan
Yazıçılar Birliyinin üzvü, “Vətən”, “Ana Vətən” mükafatı laureatı Oqtay Zəngilanlı, yazıçı-publisist Teyyub Qurban,
47, 53, 193, 16 saylı məktəblərin 5-9-cu sinif şagirdləri və müəllimlər iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının
Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Kitabxananın direktoru Fizurə Quliyeva tədbiri giriş sözü ilə açaraq qonaqları
təqdim etdi və 20 Yanvar faciəsi haqda qısa məlumat verdi. Oqtay Zəngilanlı və Teyyub Qurban 20 Yanvar faciəsində xalqın
başına gətirilən müsibətlərdən danışdılar. 193, 53, 46 və 16 saylı orta məktəbin şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş
şeirlər söylədilər.Tədbirdə 20 Yanvarla bağlı aktyor Əliabbas Qədirovun ifasında Cabir Novruzun “Kaş millətdə ruh yaşasın”
şeri ilə faciənin fraqmentləri göstərilən video klipə baxıldı. Tədbirin sonunda kitabxananın direktoru tədbir iştirakçılarına
öz təşəkkürünü bildirdi. Oqtay Zəngilanlı və Teyyub Qurban uşaqlarla xatirə şəkili çəkdirdilər. Oqtay Zəngilanlı yeni çıxan
“Çəkir öz dərdini özündə dünya” kitabını kitabxanaya hədiyyə etdi.
19 yanvar 2011-ci ildə 1 saylı filialın təşəbbüsü ilə Respublika İncəsənət Gimnaziyasında Göyçək Borçalınıın ssenarisi
əsasında “20 yanvar faciəsinin 21 illik qan yaddaşı” adlı VI-VIII sinif şagirdlərinin ifasında mini-tamaşa göstərildi.
IX sinif şagirdi Ə.Püstəxanım Ülvi Bünyatzadənin xatirəsinə həsr olunmuş kitabdan şeirlər, B.Azər isə “Qansızlar” povestindən
bir parça söylədi. Tədbirdən sonra Şəhidlər Xiyabanına ziyarət edildi.
2 saylı filial 264 saylı məktəbdə “Şəhidlər ölməz, Vətən bölünməz” adlı şəhidlərin anım gününü qeyd etdi.
Şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söylədilər, səhnəcik göstərdilər.
3 saylı filial“ Başını uca tut Vətən!” adlı kitab sərgisi, sərgi qarşısında oxucularla söhbət apardı.
99 saylı məktəbdə geniş tədbir oldu. Tədbirdə “Şəhidlik zirvəsi” qəzetinin əməkdaşları iştirak edirdi.
20 yanvar faciəsinə həsr olunmuş bədii kompozisiya göstərildi. Tədbirdən sonra iştirakçılar şəhid adını daşıyan
abidə önünə əklil qoydular.
İncəsənət şöbəsi 20 yanvar – Milli matəm günü ilə əlaqədar XXI əsr liseyində anım gecəsi keçirdi.
Tədbirdə 20 yanvar şəhidi Rəşid İsmayılovun həyat yoldaşı Elmira xanım iştirak edirdi. O həmin günlə bağlı
xatirələrini uşaqlara danışdı.
Məlumat biblioqrafiya şöbəsi “Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik” adlı ədəbiyyat siyahısı hazırlamışdır.
Sərgidə oxucular həmin siyahıdan istifadə etmişlər.
Bütün xəbərlər