25 dekabr 2010-cu ildə Səməd Vurğunun ev muzeyində Yusif Səmədoğlunun anadan olmasının 75 illiyi münasibəti
ilə keçirilən anım günündə İncəsənət şöbəsinin fəal oxucuları ( 53 saylı məktəbin V-VII sinif şagirdləri) iştirak etmişlər.
Tədbirdə fəlsəfə doktoru, muzeyin elmi işçisi Aslan Salmansoy, “Azərbaycan “ jurnalının baş redaktoru İntiqam
Qasımlı, “Ulduz” jurnalının baş redaktoru Vaqif Yusifli iştirak etmişdir. Qonaqlar Yusif Səmədoğlu ilə bağlı
xatirələrini danışdılar. Vaqif Yusifli onunla uzun müddət bir yerdə işləmişdir .Qeyd etdi ki, Yusif Səmədoğlunun
skripka çalmağa böyük həvəsi olmuş, musiqi məktəbini bitirmişdir. Yusif Səmədoğlu gözəl ssenarist olmuş,
“Yeddi oğul istərəm”, ”Qətl günü“ və s. filmlərə ssenari yazmışdır.
Tədbirin şəkilləri
Tədbirdə Bülbül adına musiqi məktəbinin şagirdləri skripkada Səməd Vurğunun nəticəsi Vurğun Vəkilov Qara Qarayevin
“Eskiz” əsərini ifa etdi.
53 saylı məktəbin şagirdləri Səməd Vurğunun “Deyin,gülün,övladlarım”, “Səmimiyyət yolçusu”, “Xavərə”,
”Azərbaycan”, Şair nə tez qocaldın sən? ”şeirini söylədilər.
Sonda şagirdlər Səməd Vurğunun ev muzeyi ilə tanış oldular, muzeyin əməkdaşı onlara muzey haqqında ətraflı məlumat verdı.
Bütün xəbərlər