Ön söz
Kitabxanaçılara təqdim etdiyimiz metodik vəsaitdə əsas məqsədimiz XX əsrdə yazayıb-yaratmış görkəmli alim, ədəbiyyat və təhsil xadimi, yazıçı, professor Mir Cəlal Paşayevin yaradıcılığı ilə onları daha da dərindən tanış etməkdir.
2008-ci il 31 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev M.C.Paşayevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. (Bax: Əlavə 1) Sərəncamdan sonra bir sıra mədəni maarif ocaqlarında yubiley tədbirləri keçirilmişdir. İl ərzində bütün mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur.
Yaxşı olar ki, hər bir kitabxanaçı vəsaitdə verilmiş müxtəlif tədbir formalarından istifadə etməklə görkəmli ədib, pedaqoq, ictimai xadim M.C.Paşayevi öz oxucularına tanıtsın.
Metodik vəsait iki bölmədən ibarətdir:
Metodik vəsaitdən uşaq, məktəb, gimnaziya, lisey, kollec, kütləvi və s. kitabxanaların kitabxanaçıları istifadə edə bilər.