AVTOMATLAŞDIRMA VƏ KOMPÜTERLƏŞDİRMƏ ŞÖBƏSİ

Məmmədova Vəfa Əliağa qızı – şöbə müdiri.

Müəyyən tarixi dövrdə yaradılmış informasiyaların toplanması, mühafizəsi, sonralar istifadəsi kitabxanaların cəmiyyət üçün nə qədər vacib və həyati problem olduğunu bir daha aydın göstərir. Hər hansı tədris, elmi, istehsalat və digər fəaliyyəti yüksək səviyyədə icra etmək üçün ilk növbədə əlaqədar informasiyanı toplamaq, əldə etmək, emal və təhlil etmək, onu mənimsəmək və istifadə etmək vacibdir.

Avtomatlaşdırma şöbəsinin qarşısında duran əsas vəzifələrindən biri toplanan informasiyanın sürətlə axtarılmasında, seçilməsində, süzgəcdən keçirilməsində, istifadə etməkdə müasir texnologiyalardan istifadə etməkdir. Kitabxananın Avtomatlaşdırma şöbəsi 2004-cü ildə yaradılıb. 2005-ci ildən isə şöbə öz fəaliyyətini İRBİS Kitabxana Avtomatlaşdırılma Sistemi üzrə davam etdirir. Hər bir internet istifadəçisi Kitabxananın Web səhifəsinə daxil olaraq, onun Elektron kataloqundan və digər elektron resurslarından istifadə edə bilər.