KÜTLƏVİ İŞLƏR ŞÖBƏSİ

İbrahimova Leyla Rasim qızı - Şöbə müdiri

Kitabxanada keçirilən bütün tədbirlər bu şöbə vasitəsi ilə həyata keçirilir. Əlamətdar tarixi günlər təqvimi ilə bağlı kitab sərgiləri , görüşlər, ədəbi-bədii gecə, teatr tamaşalarının müzakirəsi, oxucu konfransları, kitab müzakirəsi və bayramları və s. maraqlı tədbirlər məktəblərdə, oxu zalında keçirilir.

İncəsənət şöbəsi ilə əlaqədar işləyərək muzeylərə, şəkil qalereyasına ekskursiyalar təşkil olunur.Müəyyən mövzuya uyğun (“Terrorizmə qarşı mübarizə”, “ 1 İyun Uşaqların müdafiəsi günüdür”, “Qoy həmişə günəş olsun” və s.) şəkil müsabiqələri keçirilir, qaliblər mükafatlandırılır.