3 Oktyabr

Suqovuşanın (Tərtər)  Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildiyi gün, (2020)

Suqovuşan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Suqovuşan ilk dəfə 1991–1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında işğalçı Ermənistan ordusunun Eçmiədzin könüllülər dəstəsi yenidən Suqovuşanı işğal edib.Suqovuşan kəndi 3 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. işğal dövründə Madagiz adlandırılmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmışdır. 

Kənd ərazisində Suqovuşan su anbarı və Madagiz-1 su elektrik stansiyası yerləşir. Kənddə 2014-cü ildə balıqartırma zavodu tikilib. Aprel döyüşləri zamanı elektrik stansiyası və balıqartırma zavoduna ziyan dəysə də, onlar sonradan yenidən bərpa ediliblər. 2022–23-cü illərdə Madagizdən başqa ölkələrə balıq və qara kürü ixracının başlanması planlaşdırılmışdı. 1992-ci ilin sentyabr ayında Qarabağda formalaşdırılan beşinci müdafiə rayonu hərbi hissəsi Qarabağ döyüşlərində bir çox təxribatçı əməliyyatlarda iştirak edib və azad edilənədək işğalçı Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Hərbi hissənin nömrəsi 49971 idi. 5-ci müdafiə rayonu, dağatıcı alay, 49971 nömrəli hərbi hissə olaraq, 10-cu dağatıcı diviziyanın tərkibinə daxil idi. Ehtimal edilir ki, hərbi hissə Ağdərəyə yaxın ərazilərdən Madagiz yaşayış məntəqəsi hüdudlarınadək döyüş növbətçiliyinə cəlb olunurdu. Bura aprel döyüşlərində Azərbaycan ordusunun əsas hədəflərindən biri olub. Bundan başqa erməni ordusunun 6-cı müdafiə rayonu kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Madagizdə yerləşirdi. 

 

Ümumdünya Memarlıq Günü, (1996) 

Dünya memarlarının və memarlıq incilərini sevən və dəyərləndirənlərin bayramı hər il oktyabrın ilk bazar ertəsində qeyd olunur. Ümumdünya Memarlıq Günü (World Architecture Day) Beynəlxalq Memarlar Birliyi (BMB) tərəfindən təsis olunmuşdur. BMB-nin 1985-ci ildə keçirilən yığıncağında bu bayramın 1 iyulda qeyd olunması qərara alınıb. Lakin 1996-cı ildə, BMB özünün Barselonada düzənlənən Baş Assambleyasında bayramın hər il oktyabrın ilk bazar ertəsi keçirilməsi haqqında qərar qəbul edib. 

Beynəlxalq Memarlar Birliyi II Dünya müharibəsindən dərhal sonra, müharibə nəticəsində dağıdılmış şəhərlərin, yaşayış məskənlərinin və sənaye müəssisələrinin bərpası problemlərini həll etmək məqsədi ilə yaradılıb.

Hər il bayrama həsr olunmuş müxtəlif tədbirlər memarlıq üzrə müəyyən mövzuya həsr olunur. 

 

Telman Nadir oğlu Abışev 

Telman Abışev 1995-ci il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Telman Abışev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Telman Abışev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Abışev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Abışev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Abışev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Elvin Mahmud oğlu Məmmədov

Məmmədov Elvin Mahmud oğlu 1992-ci il oktyabr ayının 3-ü Zaqatala şəhərində anadan olub. 1999-cu ildə Zaqatala rayon Şıxəli Qurbanov adına 3 saylı orta məktəbin 1-ci sinfinə daxil olub, 2010-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda orada qəhrəmancasına vuruşub. 15 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində yaralı əsgər yoldaşlarını döyüş bölgəsindən çıxararkən şəhid olub. Ailəli idi.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Məmmədov Elvin Mahmud oğlu "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

Rüstəm Müsəllim oğlu Məmmədov

Rüstəm Məmmədov 2001-ci il oktyabrın 3-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub. 2008-2019-cu illərdə S. Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rüstəm Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rüstəm Məmmədov noyabrın 3-də Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı mühasirədə qalıb. Əsir düşməmək üçün döyüş yoldaşları ilə birlikdə özlərini və onlara hücum edən Ermənistan Ordusunun hərbçilərini partladaraq şəhid olub. Şəmkir rayonunun Təzəkənd kəndində dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Nicat Səməd oğlu Nəsibov

Nicat Nəsibov 1996-cı il oktyabrın 3-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 2003-2014-cü illərdə M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nicat Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Laçın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nicat Nəsibov oktyabrın 27-də Qubadlı döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Nəsibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Nəsibov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Nəsibov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Nəsibov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.