29 Sentyabr
Dünya Ürək Günü, (2000)
Dünya Ürək Federasiyası dünyanın 100-dən çox ölkəsində ürək cəmiyyətləri və ürək fondlarının birgə səyi sayəsində 200 üzv təşkilatın birləşmiş icması vasitəsi ilə bütün dünyada ürək xəstəliklərinə qarşı mübarizə aparır. Dünya Ürək Federasiyasının təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və BMT-nin Uşaq Fondunun (UNİCEF) dəstəyi ilə hər il 29 sentyabr “Dünya Ürək Günü” kimi qeyd olunur. Bu gün ilk dəfə 2000-ci ildə keçirilib. 2011-ci ilə kimi “Dünya Ürək Günü” sentyabrın sonuncu bazar günü qeyd edilsə də, sonradan bu günün hər il sentyabrın 29-da keçirilməsi qərarına gəlinib. “Dünya Ürək Günü”nün keçirilməsində məqsəd əhalini ürək-damar xəstəliklərinin təhlükəliliyi barədə məlumatlandırmaq, bu xəstəliklərin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin uğurla aparılmasına nail olmaqdır. Dünya Ürək Federasiyası “Dünya Ürək Günü”nü hər il fərqli şüarla qeyd edir. “Həyat üçün ürək” “Dünya Ürək Günü”nün bu ilki şüarıdır. Hər il milyonlarla insan ürək-damar xəstəliklərindən dünyasını dəyişir. Vaxtından tez baş verən ölüm hallarının qarşısı tütün və spirtli içkilərdən imtina etmək, arterial təzyiqin və qanda şəkərin miqdarını normal saxlamaq, ürək-damar sisteminin fəaliyyətini möhkəmləndirən, arterial təzyiqi normallaşdıran və s. qoruyucu dərman preparatlarından istifadə etmək, düzgün qidalanmaq, çəkiyə diqqət etmək və fiziki aktiv olmaqla alına bilər. Belə vəziyyətdə Dünya Ürək Federasiyası dövlət qurumlarını, peşəkar tibb işçilərini, sahibkarları və digər fərdi şəxsləri bu yükün azaldılmasına çağırır. “Dünya Ürək Günü”nü keçirməklə, Dünya Ürək Federasiyası və digər ölkələrin partnyor təşkilatları insanlara ürək-damar xəstəliklərinin profilaktikası ilə məşğul olmağın nə qədər vacib olduğu fikrini aşılayır. Dünya Ürək Federasiyası üzv və partnyor təşkilatlarla birgə bu gün üçün xüsusi tədbirlər planı hazırlayır və bu plana uyğun olaraq, insanları ürək xəstəliklərindən qorunmaq üçün diqqətli olmağa çağırır. Sağlam həyat tərzinin təbliği ilə məşğul olan təşkilatlar tərəfindən “Dünya Ürək Günü”ndə müxtəlif idman yarışları, konsertlər və xeyriyyə tədbirləri həyata keçirilir, əhalinin kütləvi sağlamlıq müayinəsi aparılır, elmi forumlar, sərgilər, festivallar təşkil edilir, filmlər göstərilir, maarifləndirici bukletlər paylanılır. “Dünya Ürək Günü” ölkəmizdə də geniş şəkildə qeyd olunur. Dünya Ürək Günü ilə bağlı Bakıda və ölkənin ayrı-ayrı regionlarında bu qəbildən silsilə tədbirlər, beynəlxalq konfranslar və aksiyalar keçirilir.
Milli qəhrəman Ağayev Eldar Əsgər oğlunun 70 illiyi, (1955-2013)
Eldar Ağayev 1955-ci il 29 sentyabrda Gürcüstanın Tbilisi şəhərində hərbçi ailəsində dünyaya gəlmişdir. 1972-ci ildə Bakı Ümumqoşun komandirlər məktəbinə daxil olmuşdur. E.Ağayev Əfqanıstanda xidmətini başa vurduqdan sonra Kalininqrad şəhərinə göndərilmişdir. O, 1989-cu ilə qədər burada motoatıcı alayın kəşfiyyat rəisi vəzifəsində çalışmışdır. Bu müddətdə təhsilini davam etdirmiş, Solneçnoqorsk şəhərində Ali Zabitlər Kursunu bitirmiş, sonra xidmətini Almaniyada yerləşən Qərb Qoşun Qrupunda davam etdirmişdir. Onu əvvəlcə, 70-ci tank alayının kəşfiyyat rəisi, sonra isə Drezden 9-cu Əlahiddə Qvardiya kəşfiyyat taborunun komandiri təyin edilmişdir. Ermənilər torpaqlarımıza hücum edən zaman Eldar Vətənə qayıdır. O, 1992-ci ildə Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin komandiri kimi fəaliyyətə başladı. Bir müddətdən sonra isə 776-cı kəşfiyyat taborunu yaratdı və onun komandiri oldu. Onun komandirlik etdiyi tabor dəfələrlə qaynar döyüşlərə atılmış və onlarla erməni quldurunu məhv etmişdi. Eldarın yaratdığı tabor 1995-ci il dövlət çevirilişinin qarşısının alınmasında da iştirak etmişdi. Bu taborun 18 əsgər və zabiti "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Polkovnik E.Ağayev 1997-ci ildən 2000-ci ilədək Azərbaycan Politexnik İnstutunda hərbi kafedranın rəisi olmuş, 2000-2001-ci illərdə isə BAÜKM-nin kəşfiyyat kafedrasının rəisi vəzifəsində çalışmış, sonra isə öz şərəfli işini Ədliyyə Mazirliyində Məhkəmə Qərarlarının icrası Baş İdarəsinin təlim-tədris mərkəzinin rəis müavini vəzifəsində davam etdirmişdir. 17 may 2013-cü ildə vəfat etmişdir. Ailəlidir, bir övladı var. Sovetlər birliyi zamanı "Qırmızı Ulduz", "İgidliyə görə" ordenləri ilə təltif olunub. Qarabağ döyüşlərində iştirak etdiyi üçün "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ağayev Eldar Əsgər oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Elməddin Rəsul oğlu Alxasov
Elməddin Alxasov 1994-cü ildə Xaçmazın Qaradağ-Buduq kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə savaşıb. 2 oktyabr tarixində Füzuli istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Alxasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Alxasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Alxasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Alxasov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elşən Alxas oğlu Aslanov
Aslanov Elşən Alxas oğlu 29 sentyabr 1999-cu ildə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində doğulub. Orta təhsilini Qızıldaş qəsəbəsində yerləşən Azər Namazov adına 180 N-li tam orta məktəbdə alıb. Elşən Aslanov Füzuli və Cəbrayıl kəndlərinin işğaldan azad edilməsində qəhramancasına döyüşüb. 22 noyabr 2020-ci il tarixində Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Hikmət Qəhrəman oğlu Bağırlı
Hikmət Bağırlı 29 sentyabr 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. Bəydili kənd tam orta məktəbində orta təhsil almışdır. Hikmət Bağırlı Ağcabədi bölgəsində kəşfiyyat qurupunda xidmət etmişdir. 29 sentyabr 2020-ci ildə Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, şəhid olmuşdur. O, 30 sentyabr 2020-ci ildə doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Vüqar Hafis oğlu Nuriyev
Vüqar Hafis oğlu Nuriyev 29 sentyabr 2000-ci ildə İmişli rayonunda anadan olub. 2007-2018-ci illərdə şəhid Şahin Məmmədov adına 3 saylı tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Vüqar Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şuşa döyüşləri zamanı vuruşaraq şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Nuriyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mir Həmid Nazim oğlu Qasımlı
Mir Həmid Qasımlı 29 sentyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. Əslən Xızı rayonundan idi. 2012-ci ildə 240 nömrəli orta məktəbi bitirib. Azərbaycan Ordusunun əsgəri olan Mir Həmid Qasımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonları istiqamətində döyüşüb. Mir Həmid Qasımlı 2020-ci il oktyabrın 21-də Füzuli uğrunda döyüşlər zamanı şəhid olub. Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mir Həmid Qasımlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mir Həmid Qasımlı ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Bilal Xanlar oğlu Qənbərov
Bilal Qənbərov 1993-cü il sentyabrın 29-da Bakı şəhərində anadan olub. 2000-2011-ci illərdə Səbail rayonunun E. Əliyev adına 162 nömrəli tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Bilal Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bilal Qənbərov noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bilal Qənbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bilal Qənbərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əlirza Mehman oğlu Rzayev
Əlirza Rzayev 29 sentyabr 2000-ci ildə Salyan şəhərində anadan olub. Əlirza Rzayev 10-cu sinifə qədər şəhid Azər Səfərov adına Salyan internat məktəbində təhsil alıb. 10 və 11-ci sinifləri Salyan şəhər 4 saylı məktəbdə oxuyaraq 2017-ci ildə orta təhsilini başa vurub. Vətən müharibəsi başlayan andan Əlirza topçu kimi döyüş mövqeyində olub, Murov dağı yüksəkliyinin Kəlbəcər istiqamətində ağır döyüşlərdə topçu kimi iştirak edib. 2020-ci il 29 sentyabr tarixində, 20 yaşı tamam olan gün düşmənin atdığı mərmi nəticəsində aldığı qəlpə xəsarətlərindən dünyasını dəyişib. Şiddətli döyüş getdiyi üçün ağır yaralanmış Əlirzanı 4 saata yaxın ərazidən çıxarmaq mümkün olmadığından o, çoxlu qan itirib. Sanitar hissəyə çatdırılanda isə artıq gec olub, “Ana” deyərək gözlərini əbədi yumub.
20 yaşlı topçu Əlirza Rzayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Amil Nizami oğlu Səfərli
Amil Səfərli 1994-cü il sentyabrın 29-da İmişli rayonunun Çahar kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Amil Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amil Səfərli noyabrın 5-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Səfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Səfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Səfərli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan Raqif oğlu Şıxıyev
Orxan Şıxıyev 1989-cu il sentyabrın 29-da Daşkəsən rayonunun Dəstəfur kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Orxan Şıxıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Şıxıyev noyabrın 2-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Şıxıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Şıxıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.