25 Sentyabr

Folklorşünas Əbülqasım Hüseynzadənin 135  illiyi, (1890-1988)

Əbülqasım Hüseynzadə 25 sentyabr 1890-cu ildə Bakıda anadan olmuşdur. O, orta təhsilini 6 sinifli şəhər məktəbində almış, sovetdən əvvəl Bakı tütün fabrikində baş mühasib və başqa vəzifələrdə işləmişdir. Azərbaycan Sovet Hakimiyyətinin tərkibinə keçdikdən sonra Əbülqasım Hüseynzadə 1920-1975 illərdə müxtəlif müəssisələrdə baş mühasib olmuşdur. O, eyni zamanda qiyabi yolla natamam ali təhsil almışdır. 

Əbülqasım Hüseynzadənin Azərbaycan folklorunun toplanması və nəşri sahəsində mühim xidmətləri vardır. Onun "Atalar sözləri" (1926) kitabı Sovet hakimiyyəti illərində nəşr olunmuş ilk Azərbaycan atalar sözü kitabıdır. Sonrakı illərdə o, "Atalar sözü" (1938, 1949, 1956, 1965, 1981, 1986), "El sözləri" (1944), "Hikmətli sözlər" (1961), "Müdrik sözlər" (1970), "Müxtəsər rusca-azərbaycanca və azərbaycanca-rusca atalar sözü lüğəti" (B.Tahirbəyovla birgə, 1983), "Atalar sözü və zərb-məsəllər" və başqa kitabları çapa hazırlayaraq nəşr etdirmişdir. 

Onun topladığı atalar sözləri, məsəllər rus və Ukrayna dillərinə tərcümə olunmuşdur. Azərbaycan folkloru sahəsində göstərdiyi xidmətə görə ona 1981-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adı verilmişdir. Əbülqasım Hüseynzadə 2 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir. 

Əsərləri: “Din əleyhinə el sözləri” (1940), “Tülkü və xoruz nağılı” (1942), “İşıq şüası ilə” (1967), “Rəvayətlər” (1974), “Müxtəsər rusca – azərbaycanca atalar sözü lüğəti” (1984), “Atalar sözü” (1985) və s.  

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 213.

 

Elnur Şahin oğlu Əzizli 

Elnur Əzizli 25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. Elnur Əzizli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.Şəhid Elnur Əzizli 12 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Əzizli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Hacı Rafiq oğlu Hacıyev

Hacıyev Hacı Rafiq oğlu 25.09.1999-cu ildə Qax rayonunun Çüdüllü kəndində anadan olmuşdur.  Vətən müharibəsində Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölümündən  sonra    “Vətən  uğrunda”, “Şuşanın  azad  olunmasına  görə” və ”Cəsur döyüşçü”  medalları  ilə  təltif  olunmuşdur.

 

 

 

 

Qüdrət Səfər oğlu Həsənov

Qüdrət Həsənov 20 oktyabr 1995-ci ildə Sabirabad rayonunun Qardaşkənd kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmişdir.Qüdrətin ən böyük arzularından biri də, istəyirdi onu hamı tanısın. Müharibə müddətində Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının alınmasında fəal iştirak etmişdir və şəhidlik zirvəsinə ucalmışdı. Doğulduğu kənddə dəfn olunub.

Qüdrət Həsənov ölümündən sonra "Vətən uğrunda" ,"Cəbrayılın azad olunmasına görə" ,"Qubadlının azad olunmasına görə" , "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdur.

 

 

Ceyhun İqbal oğlu İsmayılov

Ceyhun İsmayılov 1996-cı il sentyabrın 25-də Tovuz şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ceyhun İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Ceyhun İsmayılov Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun İsmayılov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Murad Elşən oğlu Məmmədov

Murad Məmmədov 1996-cı il sentyabrın 25-də Bakı şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Murad Elşən oğlu Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad Məmmədov oktyabrın 15-də Hadrut döyüşləri zamanı şəhid olub

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Tacir Hasil oğlu Muradlı

Tacir Muradlı 2000-ci il sentyabrın 25-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Tacir Muradlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacir Muradlı oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Zülfüqar İsmi oğlu Qubadov

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Zülfüqar İsmi oğlu Qubadov 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman кəndində anadan olub. Azərbaycan Ordusunun kapitanı olan Zülfüqar Qubadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zülfüqar Qubadov oktyabrın 13-də Suqovuşan döyüşləri zamanı şəhid olub . Ağsu rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülfüqar Qubadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülfüqar Qubadov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

 

Elsevər Qalib oğlu Yariyev 

Elsevər Yariyev 1986-cı il sentyabrın 25-də Xudat şəhərində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Elsevər Yariyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsevər Yariyev sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Yariyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Yariyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elsevər Yariyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.