7 Sentyabr
“Google” Şirkətinin Təsis Olunduğu Gün, (1998)
Google (azərb. Quql) dünyanın ən böyük axtarış sistemləri, eləcə də reklam sahəsində ixtisaslaşmış transmilli şirkətidir və ABŞ-da yerləşir. "Google" internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir.
İnternetdə axtarış, buludlu hesablamalar (CLOUD COMPUTING) və reklam texnologiyaları sahələrinə investisiya qoyan transmilli şirkət. Mənzil-qərargahı Mountain View şəhərində (Kaliforniya, ABŞ) yerləşir. 1998-ci ildə Stenford Universitetinin məzunları Larri Peyc (Larry Page) və Sergey Brin tərəfindən yaradılıb. Sistem və uyğun şirkət öz adını qiyməti 10100 olan "quqol” (googol) riyazi kəmiyyətindən alıb; bu termin ötən əsrin 30-cu illərində amerikalı riyaziyyatçı Edvard Kasner tərəfindən daxil edilib. Şirkət, əsasən, özünün nəhəng Google axtarış sistemi ilə məşhurlaşıb. Şirkətin Gmail poçt xidməti, "Google+" və "Google Buzz" sosial alətlər kimi onlayn məhsulları da vardır. Bundan başqa, "Google" özünün "Google Chrome" brauzeri, fotoqrafiyalarla işləmək üçün "Picasa" proqramı və "Hangouts" ani məlumat mübadiləsi proqramı ilə tanınır. Smartfonlarda istifadə olunan "Android" mobil əməliyyat sistemi də "Google" şirkətinin məhsuludur. İnternetdə ən populyar nəhəng axtarış sistemi "Google Inc" şirkətinə məxsusdur. 1996-cı ildə Stenford Universitetinin tələbələri Larri Peyc (Larry Page) və Sergey Brin tərəfindən tədris layihəsi kimi yaradılıb. "BackRub" adlanan bu layihənin əsasında onlar 1998-ci ildə yeni "Google" axtarış sistemini yaratmışlar. "Google PDF", "RTF", "PostScript", "Microsoft Word", "Microsoft Excel", "Microsoft PowerPoint" və başqa formatlı sənədlərdə axtarışı dəstəkləyir. Axtarış sisteminin belə populyar olması ingilis dilində yeni sözün yaranmasına səbəb olub: "to google”, yaxud "to Google” – "quqllamaq”. Bu feil İnternetdə "Google" sisteminin köməyi ilə axtarış aparmağı bildirmək üçün istifadə olunur.
İkraməddin Qüdrət oğlu Arazov
İkraməddin Arazov 2001-ci il senyabrın 7-də Qusar rayonunun Urva kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan İkraməddin Arazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İkraməddin Arazov oktyabrın 2-də Kəlbəcər istiqamətində, Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 15-də dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İkraməddin Arazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İkraməddin Arazov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İkraməddin Arazov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nihad Fuad oğlu Əhmədov
Əhmədov Nihad Fuad oğlu 7 sentyabr 2000-ci ildə Astara rayonunun Alaşa kəndində anadan olub. 2015-ci ildə Alaşa kənd ümumi orta məktəbin 9-cu sinfini, 2017-ci ildə Səncərədi kənd tam orta məktəbini bitirib. Azərbaycan Ordusunun əsgəri olan Nihad Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər, Ağdərənin Talış kəndindən başlayaraq Murovdağ zirvəsi, Suqovuşanın azad olunmasında fəallıq göstərib. Zəngilanın, Kəlbəcərin və "Pişikqaya" deyilən strateji əhəmiyyət daşıyan yerin alınmasında igidlik göstərmişdir. İgid həmyerlimiz oktyabrın 10-da Suqovuşanın alınması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun nəşi 11 oktyabr 2020-ci ildə doğulub boya başa çatdığı Alaşa kəndində torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əhmədov Nihad Fuad oğlu ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Asim Nuru oğlu Əliyev
Asim Nuru oğlu Əliyev 1999-cu il sentyabrın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 2006-2017-ci illərdə Düz Qırıqlı kənd tam orta məktəbində təhsil alıb. Asim Əliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Asim Əliyev Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Asim Əliyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Düz Qırıqlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Asim Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asim Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Fərhad İlham oğlu Əliyev
Fərhad İlham oğlu Əliyev 7 sentyabr 1993-cü ildə anadan olub. Fərhad 9-cu sinfə kimi 20 saylı məktəbdə təhsil alıb, daha sonra Bakı İdarəetmə Kollecində təhsilini davam etdirib. Kiçik çavuş Əliyev Fərhad Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində bir neçə adsız yüksəkliyin ələ keçirilməsində, eləcə də Füzuli rayonunun Kürdlər, Yuxarı Abdurrəhmanlı, Gecəgözlü kəndlərinin alınmasında xüsusi rolu olub. Qəhrəmanımız oktyabrın 20-də Füzuli rayonu Gecəgözlü kəndində düşmən üzərinə hücuma keçərkən həlak olub. Nəşi neytral zonada qaldığından yalnız 29 gün sonra oradan çıxarmaq mümkün olub. Şəhidimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Fərhad Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ağa Aydın oğlu Hüseynli
Ağa Hüseynli 7 sentyabr 2001-ci ildə Sabirabad rayonunun Moranlı kəndində anadan olmuşdur. 2008-2019-cu ildə Şahin Hüseynov adına Sabirabad rayon Moranlı kənd tam orta məktəbində təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Ağa Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağa Hüseynli 5 oktyabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağa Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağa Hüseynli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Emil İlqar oğlu Kərimov
Emil Kərimov 1993-cü il sentyabrın 7-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. 2000-2011-ci illərdə V.Musayev adına İkinci Şıxlı tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Emil Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun İkinci Şıxlı kəndində torpağa tapşırılıb. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Kərimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Kərimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəhruz Tahir oğlu Məmmədov
Məmmədov Bəhruz Tahir oğlu 7 sentyabr 1991-cı ildə Yevlax rayonunda anadan olub. Bəhruz Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Bəhruz Məmmədov Azərbaycanın işğalda olan torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, noyabrın 10-da, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Elməddin Məqsəd oğlu Pənahov
Elməddin Pənahov 1983-cü il sentyabrın 7-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 1990-1999-cu illərdə S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun çavuşu olan Elməddin Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Pənahov oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn olunub. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Pənahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Pənahov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Pənahov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Üzeyir oğlu Qurbanov
Ruslan Qurbanov 1991-ci il sentyabrın 7-də Biləsuvar rayonunun Ağalı kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Ruslan Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ruslan Qurbanov sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. O, 2 oktyabr 2020-ci ildə Biləsuvar rayonunun Ağalıkənd qəbiristanlığında dəfn olunub. Ailəli idi
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Qurbanov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.