17 Avqust

Pünhan Nəsir oğlu Abbasov

Abbasov Pünhan Nəsir oğlu 1997-ci ilin 17 avqustunda Qaradağ rayonunda dünyaya gəlib. 2020-ci ilin 29 sentyabrında hərbi xidmətə çağırılıb. Talış-Suqovuşan bölgəsində döyüşüb. 2020-ci ilin oktyabrın 14-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.

Abbasov Pünhan Nəsir oğlu ölümündən sonra müharibədə göstərdiyi rəşadətə, igidliyə görə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Vüqar Mübariz oğlu Əmrahov

Vüqar Əmrahov 1994-cü il avqustun 17-də Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 2000–2011-ci illərdə F. Qasımov adına Xatınlı kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüqar Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüqar Əmrahov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. Dekabrın 25-də Tovuz rayonunun Xatınlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Əmrahov Vüqar ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Elman Bəhmən oğlu Məmmədov

Məmmədov Elman Bəhmən oğlu 17 avqust 1991-ci il tarixində Tərtər rayonu Borsunlu kəndində anadan olub. Azərbaycan Ordusunun MAHHXHQ Elman Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elman Məmmədov oktyabrın 3-də Füzuli rayonu istiqamətində gedən döyüş əməliyyatlarında döyüş taşırığını yerinə yetirərəkən düşmən tərəfindən açılan atəş zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

 

Məhyəddin Yaşar oğlu Məmmədov

Məhyəddin Məmmədov 1998-ci il avqustun 17-də Ağdaş rayonunun Aşağı Nemətabad kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Məhyəddin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhyəddin Məmmədov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhyəddin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhyəddin Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Aydın Elxan oğlu  Rüstəmov

Rüstəmov Aydın Elxan oğlu 17 avqust 1997-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhərində yerləşən 32 saylı orta məktəbi bitirib. Azərbaycan Ordusunun əsgəri kimi 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmişdir. O, Füzuli istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 8 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. 7 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydın Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydın Rüstəmov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydın Rüstəmov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Sənan Qahir oğlu Zamanov

Sənan Zamanov 1987-ci il avqustun 17-də Qusar rayonunun Çiləgir kəndində anadan olub. Azərbaycan Ordusunun mayoru olan Sənan Zamanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Zamanov oktyabrın 1-də Suqovuşan döyüşləri şəhid olub. Qusar rayonunun Çiləgir kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Zamanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Sənan Zamanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Tərtər rayonunun Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Sənan Zamanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli sərəncamı ilə Sənan Zamanov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.