20 iyul

Beynəlxalq Şahmat Günü, (1996)

1996-cı ildən 20 iyul dünyanın hər yerində Beynəlxalq Şahmat Günü kimi qeyd olunur. Bu bayram əsası 1924-cü ildə qoyulmuş Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qərarı ilə keçirilir. Bütün rəsmi yarışlar, o cümlədən kişi və qadınlar arasında dünya çempionatları, kişi, qadın, tələbə və yeniyetmələrin komanda birincilikləri, Avropanın komanda birinciliyi, Avropa Çempionlar kuboku, Panamerikan fərdi yarışları FİDE-nin himayəsi altında keçirilir. FİDE 1950-ci ildən kişilərə, 1976-cı ildən isə qadınlara beynəlxalq qrossmeyster adı verir. 

Azərbaycanda şahmat ən populyar idman növlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-2014-cü illərdə şahmatın inkişafına dair Dövlət Proqramı təsdiq edilmişdir. Ölkəmizdə şahmat ötən ilin 70-ci illərində inkişaf etməyə başlamışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikada müasir şahmat məktəbi binaları tikilməyə başlanmış, gənclərin bu idman növünə marağı artmış, gənc və istedadlı şahmatçılar yetişmişdir.

Şahmat oyununun adı farsca “şah” və “mat” sözlərindən yaranıb. Mənası “hökmdar öldü” deməkdir. Şahmatın vətəni Hindistan hesab edilir. Şahmatın sələfi olan “Şətrənc” oyunu V əsrdə Hindistanda yaranıb. Azərbaycanda şahmatın təqribən V-VI əsrlərdə yaranması güman edilir. Şərq poeziyasının klassikləri, Xaqani və Nizaminin (XII-XIII əsrlər), habelə Füzulinin (XVI əsr) və başqa böyük mütəfəkkirlərin əsərlərində şahmatdan bəhs edilir. Böyük yazıçı və filosof Mirzə Fətəli Axundzadə 1864-cü ildə yazdığı “Şətrənc oyunu” şeirində şahmat oyununun qaydalarını poetik dildə şərh edib.

 

Beynəlxalq Tort Günü

Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta  Ginnesin rekordlar kitabına  daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir. Bu möhtəşəm tortun bir hissəsini dondurma təşkil edirdi, onun görkəmi isə ştatın coğrafi kartında olduğu kimdir. Dünyada ən uzun toru Peru kulinarları tərəfindən yaradılmışdır. Onun uzunluğu 46 metrdən ibarət idi. Üzəri bolluca şəkərlə qarışdırılmış meyvələrdən və kremdən olan qızılgüllərdən təşkil olunmuşdu. Daha sonra bu tortu 15 000 hissəyə bölərək, Peruda həmin ay ərzində ad günü olan bütün uşaqlarına payladılar. Bizim qonşu Rusiya da bu rekordlardan uzaqda qalmamışdır. Ən böyük formada olan tort Moskvanın tanınmış Mərkəzi Univermağının ad günündə hazırlanmışdır. Tort bol formada cem və marsipanla (badam qurəbiyyəsi; döyülmüş badamla şəkərdən hazırlanan şirniyyat) bəzədilmişdir. Onun hündürlüyü Ginnesin rekordlar kitabında mütəxəssiz kimi işləyən ekspertlər tərəfindən ölçülmüşdür. Üç metrdən və üç tondan ibarət olan bu tort seçilirdi. İlk əvvəl çoxpilləli tortlar Londonda meydana gəlmişdir. Bu kimi tortları zallara gətirərkən öz görkəmi, hündürlüyü, çəkisi ilə mərasim iştirakçılarını heyrətləndirir. Lakin bu tipli proses ilk dəfə olaraq XVIII əsrdə həyata keçirilmişdir. Müasir zamanımızda tortlar beze, marsipan, şokolad, meyvə və merenqa (çalınmış yumurta ağı, qənd və qaymaqdan hazırlanan pirojna) ilə hazırlanır. Tortun bəzədilməsi isə insanın fantaziyasından və onu sifariş verən şəxsin istəklərindən asılı olaraq dəyişir.

Vətənimizdə də çox çeşidli tortlara rast gəlmək mümkündür və hazırkı dövrdə xüsusi kulinarlar tərəfindən hazırlanan şirniyyatlar öz görkəmi, keyfiyyət ilə seçilir.

Toy üçün nəzərdə tutulmuş tortların əksəriyyətinə Qədim Romada rast gəlmək olar, lakin burada tortu gəlinin başı ilə bəzəyirdilər. Xüsusən istəkdən asılı olaraq dəyişikliklər də etmək olurdu. Müasir zamanımızda isə toy üçün nəzərdə tutulan tortlar xüsusən seçilir. Əvvəllər tortların görkəmi əhəmiyyət kəsb etmirdi və onlar çox sadə hazırlanırdı. Beləliklə, xüsusi qaydada hazırlanan böyük desertlər bir neçə mərtəbədən təşkil olunur, bol qaydada meyvə və kremlə bəzədilir.

 

İbrahim Habil oğlu Abdullayev

İbrahim Abdullayev 20 iyul 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. İbrahim Abdullayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Murovdağ yüksəkliyi, Füzuli döyüşləri və Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını almış və şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Abdullayev "Qarabağ" ordeni, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən  "Vətən uğrunda" medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən  "Cəbrayılın azad olunmasına görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən  "Füzulinin azad olunmasına görə" medalı,  26.06.2021-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Tahir Mahir oğlu Əliyev

Tahir Əliyev 2001-ci il iyulun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub. 2009-2019-cu illərdə Sabunçu rayonunun Maştağa qəsəbəsində Əliağa Vahid adına 293 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Tahir Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tahir Əliyev oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən  "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

 

Cavid Cavanşir oğlu Yüzbaşiyev 

Cavid Yüzbaşiyev 20 iyul 1995-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. 2002-2013-cü illərdə M.P.Vaqif adına 1 saylı Tülü kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Yüzbaşiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Yüzbaşiyev oktyabrın 16-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Hənifə kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Yüzbaşiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

 

 

Rəşad Babək oğlu Eyvazov

Rəşad Eyvazov 20 iyul 2002-ci ildə Astara rayonunun Pəlikəş kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Eyvazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəşad Eyvazov 19 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Eyvazov ölümündən sonra "Vətən uğrunda" medalı, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən  "İgidliyə görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən  "Füzulinin azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

Fərid İbad oğlu İlyasov 

Fərid İlyasov 20 iyul 1999-cu ildə doğulub. Əslən Laçın rayonunun Hacılar kəndindəndir. 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsinin 12-ci günündə Naxçıvandan Qarabağa döyüşə aparılıb. F.İlyasov 2020-ci il oktyabrın 30-da şəhidlik zirvəsinə ucalıb. Bakı şəhərindəki İkinci Fəxri Xiyabanda, general Polad Həşimovun yanında dəfn olunub.

Fərid İlyasov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" , "Hərbi xidmətdə fərqlənməyə görə" , "Şuşanın azad edilməsinə görə" və "İgirdliyə görə" orden və medalları ilə təltif olunub.

 

 

Qismət İsmayıl oğlu Heydərov

Heydərov Qismət 20 iyul 2002-ci ildə Goranboy rayonunda dünyaya göz açıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qismət Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qismət Heydərov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı,  25.12.2020-ci il tarixli Sərəncamına əsasən  "Füzulinin azad olunmasına görə" medalı,  18.12.2020-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilib.

 

 

Natiq İltifat oğlu Məmmədov

 Məmmədov Natiq 20 iyul 1993-cü ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuşdur.  Natiq Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində rəşadətlə vuruşmuşdur. Natiq Məmmədov Qubadlı rayonunun Qafan kəndində baş verən döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 8 noyabr 2020-ci il tarixində Neftçala rayonu Mərkəzi qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən  Məmmədov Natiq İltifat oğlu ölümündən sonra "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

 

Nicat Niyadxan oğlu Orucov

 Orucov Nicat  20 iyul 1999-cu ildə anadan olub. Nicat Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. 26 oktyabrda Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olub. 

Ölümündən sonra “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

 

İmaməddin Niyaməddin oğlu Yusifov

İmaməddin Yusifov 20 iyul 2002-ci ildə Qəbələ rayonunun Mıxlıqovaq kəndində Niyaməddin Yusifovun ailəsində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan İmaməddin Yusifov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İmaməddin Yusifov 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Qəbələ rayonunda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməddin Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən  "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

Mais Şakir oğlu Səfərov 

Şəhid Səfərov Mais Şakir oğlu 20.07.1999-cu ildə Nefçala rayon Nefçala rayonu Dördlər kəndində dünyaya gəlib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır.  Mais Səfərov Talış yüksəklikləri, Murovdağ və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qrantamiyotçu olan Mais Azərbaycan telekanallarının birindəişğaldan azad olunmuş torpaqlarda erməni maşınlarını apararkən görünmüşdü. Mais Səfərov 1 oktyabr 2020-ci ildə Goranboy rayonu Tap Qaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində Ermənistan qüvvələri tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olmuşdur.

Şəhidimiz "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

 

 

 

Orxan Oruc oğlu Süleymanov 

Orxan Süleymanov 1990-cı il İyulun 20-də Ağstafa rayonunun Saloğlu qəsəbəsində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Orxan Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzulinin dörd kəndinin düşmən işğalından azad edilməsində böyük rolu olmuşdur. Orxan Süleymanov sentyabrın 27-sində Füzuli döyüşləri zamanı şəhid olub. Yaralanmasına baxmayaraq döyüş meydanını tərk etməmiş ağır yaralı döyüş yoldaşlarının döyüş meydanından təxliyyə edilməsinə yardım edən zaman düşmənin minamyot atəşi nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. Ağstafa rayonunun Saloğlu qəsəbəsində 30 oktyabr 2020-ci ildə dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı, 05.11.2021-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

 

 

Vəli Vəli oğlu Quliyev 

Vəli Quliyev 1997-ci il iyulun 20-də Culfa rayonunun Qazançı kəndində anadan olub. 2003-2009-cu illərdə A. Tağıyev adına 17 nömrəli tam orta məktəbdə, 2009-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.

Vəli Quliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Vəli Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vəli Quliyev oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vəli Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı, 05.11.2021-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.