8 iyul

Elvin  İslam oğlu Bayramov

Bayramov Elvin İslam oğlu 1999-cu il iyulun 8-də Bakı şəhərində anadan olub.    2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Füzuli istiqamətində igidlik və fədakarlıq göstərən E.Bayramov oktyabrın 26-da qəhrəmancasına döyüşərək, şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elvin Bayramov ölümündən sonra "Vətən Uğrunda", “Cəsur döyüşçü” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

Samiq Misir oğlu Fərzalıyev

Samiq Fərzalıyev 1992-ci il iyulun 8-də Tovuz rayonunun Güvəndik kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Samiq Fərzalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samiq Fərzalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samiq Fərzalıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

Sərxan Eldar oğlu Hacıyev

Şəhid Sərxan Eldar oğlu Hacıyev 8 iyul 1990-cı ildə Qobustan şəhərində anadan olub.  Qarabağın azad olunması uğrunda gedən "Dəmiryumruq" əməliyyatları zamanı 30 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Bölməsindən könüllü olaraq cəbhəyə yollanıb. Sərxan 23 oktyabr 2020-ci il tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Ali Baş Komandan İlham Əliyev tərəfindən Qobustan rayon şəhidi Sərxan Hacıyev "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

 

Elvin Höküməli oğlu Həsənov

Elvin Höküməli oğlu Həsənov 8 iyul 1992-ci ildə Saatlı rayonun Əhmədbəyli kəndində doğulub. Orta təhsilini Saatlı rayon Əhmədbəyli kəndindəki 269 saylı məktəbdə alıb. Elvin 9 sentyabr 2020-ci ildə hərbi səfərbərlik idarəsi tərəfindən Vətən müharibəsinə yola salınıb. Elvin Həsənov Zəngilan, Qubadlı uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərib. O, 22 oktyabrda şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz öz kəndində dəfn edilib.

Ölümündən sonra şəhid Elvin Höküməli oğlu Həsənov müvafiq Prezident Sərəncamlarına uyğun olaraq, «Vətən uğrunda», «Cəsur döyüşçü», «Cəbrayılın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə» medalları ilə təltif edilib.

 

 

Nihat Teymur oğlu Kərimli

Kərimli Nihat Teymur oğlu 1996-cu il iyulun 08-də Ağdaş rayonunda anadan olub. Nihat Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 10 oktyabrda Ağdam uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

 

 

Həsən Qəhrəman oğlu Məmmədli

Həsən Məmmədli 8 iyul 1995-ci ildə Samux rayonunda anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Həsən Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Həsən Məmmədli 5 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Məmmədli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Məmmədli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Məmmədli ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

 

Hüseyn Həsənxan oğlu Qasımzadə

Qasımzadə Hüseyn Həsənxan oğlu 2001-ci ilin iyulun 8-də Cəlilabad rayonunun Sərhədabad kəndində anadan olub.  Hüseyn Qasımzadə Vətən müharibəsi zamanı Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhidlik zirvəsinə yüksəlib. Onun nəşi noyabrın 1-də torpağa tapşırılıb.

O, Prezident İlham Əliyevin sərəncamları ilə Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.