31 May
Ümumdünya Tütünlə Mübarizə Günü, (1988)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Assambleyası 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünlə Mübarizə Günü elan edib. O vaxtdan etibarən hər il dünyanın müxtəlif ölkələrində insanları tütün məhsullarından istifadədən çəkindirmək məqsədi ilə bu tarixi gün qeyd olunur. Azərbaycan 2005-ci ildə Tütünlə mübarizə haqqında ÜST-ün Çərçivə Konvensiyasını ratifikasiya edib. Bəşəriyyət XXI əsrin əvvəllərindən başlayaraq daha bir problemlə – ağciyərin xroniki xəstəliklərinin kəskin artması ilə üz-üzə qalmışdır. Ekologiyanın pisləşdiyi, qlobal tütün epidemiyasının genişləndiyi bir şəraitdə bu növ xəstəliklər təkcə sürətlə yayılmır, həm də bu səbəbdən ölüm halları kütləvi şəkildə artır.
21 may 2003-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı Assambleyası bütün dünya dövlətlərinin tam hüquqlu nümayəndələrinin işləyib hazırladıqları Tütünə qarşı Mübarizə üzrə Çərçivə Konvensiyasının bitmiş mətnini təsdiq etdi. Konvensiya 2003-cü il iyunun 30-dan 2004-cü il iyunun 29-na qədər BMT-nin Nyu - Yorkdakı mənzil qərargahında bütün dünya dövlətlərinin imzalaması üçün açıq idi. Bu müddətdə sənədi dünyanın 167 dövləti imzaladı. Bu gün onların sayı 192-yə çatır və bu sırada Azərbaycan Respublikası da var. Çərçivə Konvensiyasının iştirakçı dövlətləri, həmçinin Azərbaycan öz üzərinə bir tərəfdən tütün məhsullarına tələbatın və istifadəsinin azalması ilə digər tərəfdən isə tütün məmulatlarının idxalına nəzarətlə bağlı siyasət və qanun işləyib hazırlamaq və qəbul etmək öhdəliyi götürmüşlər.
Cumart Şıxrəhim oğlu Əlimuradov
Cumart Əlimuradov 2001-ci il mayın 31-də Qusar rayonunun Urva kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Cumart Əlimuradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cumart Əlimuradov oktyabrın 5-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qusar rayonunun Urva kəndində dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cumart Əlimuradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cumart Əlimuradov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Faiq İsmixan oğlu İbadov
Faiq İbadov 1993-cü il mayın 31-də Balakən rayonunun Sarıbulaq kəndində anadan olub. 1999-2010-cu illərdə M.F.Axundov adına Sarıbulaq kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Faiq İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Faiq İbadov oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Sarıbulaq kəndində torpağa tapşırılıb. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Teymur Saday oğlu Osmanlı
Teymur Osmanlı 1995-ci il mayın 31-də İsmayıllı rayonunun Cülyan kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Teymur Osmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Osmanlı oktyabrın 17-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Osmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cavid Xaliq oğlu Səfərli
Cavid Səfərli 1993-cü il mayın 31-də İmişli rayonunun Əliqulular kəndində anadan olub. 1999-2001-ci illərdə R. Məmmədov adına Əliqulular kənd tam orta məktəbində, 2001-2007-ci illərdə İmişli şəhərində N. Şirinov adına 5 nömrəli tam orta məktəbdə, 2007-2008-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Azərbaycan Ordusunun baş leytenantı olan Cavid Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Səfərli oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Düdükçü kəndi istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Noyabrın 17-də İmişli rayonunun Əliqulular kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Səfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Səfərli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Səfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Səfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Səfərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nurlan Yaşar oğlu Sultanov
Nurlan Sultanov 1999-cu il mayın 31-də Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Sultanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Sultanov noyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Sultanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Sultanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Sultanov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Zeynal Alim oğlu Zülfüqarlı
Zeynal Zülfüqarlı 1995-ci il mayın 31-də Şirvan şəhərində anadan olmuşdur. 2001-2006-cı illərdə Mübariz İsrayılov adına Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə təhsil almışdır. Təhsilini 2006-2007-ci illərdə 21 nömrəli tam orta məktəbdə almışdır. 2007-2010-cu illərdə Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə təhsilinə davam etmişdir. Azərbaycan Ordusunun kiçik giziri olan Zeynal Zülfüqarlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zeynal Zülfüqarlı 20 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Şirvan Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynal Zülfüqarlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynal Zülfüqarlı ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynal Zülfüqarlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynal Zülfüqarlı ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynal Zülfüqarlı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zeynal Zülfüqarlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zeynal Zülfüqarlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zeynal Zülfüqarlı ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Zeynal Zülfüqarlı ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.