28 May
Respublika Günü, (1918)
Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanıb. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Azərbaycanda hökm sürən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünya dövlətləri üçün açıq ölkəyə çevrilib. 28 May – Respublika Günü 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar imperiyası dağıldı. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. Azərbaycan Xalq Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı olmuşdur. (4 iyun 1918-ci ildə) 1918-ci ilin 9 noyabrında M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qırmızı rəngdə idi. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Amma xalqimizin azadlıq arzusu heç vaxt sönmədi və 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Şairə Həqiqət Rzayevanın 85 illiyi, (1940)
Həqiqət Rzayeva1940-cı il mayın 28-də Bakı şəhəri yaxınlığındakı Xırdalan qəsəbəsində neftçi ailəsində doğulmuş, orta təhsilini 92 saylı orta məktəbdə almışdır. Əmək fəaliyyətinə orada məktəb kitabxanasında başlamış, sonra Azərbaycan LKGİ Abşeron rayon komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Azərbaycan dövlət Universitetinin filologiya fakültəsini qiyabi bitirmişdir (1962-1968). Dəfələrlə Ümumittifaq və respublika LKGİ-nin Fəxri fərmanları ilə təltif edilmişdir. Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətində gənclər üçün proqram baş redaksiyasında böyük redaktor (1968-1976), uşaqlar üçün proqram baş redaksiyasında böyük redaktor (1974-1990) işləmişdir. Hazırda orada ədəbi dram baş redaksiyasının incəsənət şöbəsində böyük redaktor vəzifəsində işləyir. (1990 - cı ildən)
Əsərləri: “Üç nəğmə” (1970), “Yollar, cığırlar” (1977), “Qızıl sərgi” (1981), “Əmək nəğməsi” (1986), “Vətən səndə daş olaydım” (1991) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 357.
Nasir, tərcüməçi Akif Abbasovun 75 illiyi, (1950)
Abbasov Akif Nurağa oğlu - nasir, tərcüməçi, pedaqoji elmlər doktoru (1995), professor (2004), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2009), 2006-cı ildə "Tərəqqi" medalı ilə təltif edilmiş, 2007-ci ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.
Akif Abbasov 1950-ci il mayın 28-də Şirvan (keçmiş Əli Bayramlı) şəhərində anadan olmuşdur. N. Nərimanov adına 2 saylı orta məktəbi bitirdikdən sonra "İşıq" şəhər qəzetində müxbir işləmiş (1967-1968), M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsində təhsil almış (1968-1973), təyinatla Sabirabad rayonunun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dilini tədris etmişdir (1973-1975). Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun tərbiyənin ümumi problemləri şöbəsinə müsabiqə yolu ilə kiçik elmi işçi qəbul olunmuş (1975), sonralar institutda elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifəsində işləmişdir (1975-2001). Namizədlik (1987) və doktorluq dissertasiyaları (1995) müdafiə etmişdir. Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (indiki Bakı Qızlar Universiteti) elmi işlər üzrə prorektor olmuşdur (1992-1998). Hazırda Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun elmi katibidir (2000-ci ildən). "Təhsil, mədəniyyət, incəsənət" jurnalın redaktoru olmuşdur (2000-2006). İlk mətbu yazısı Əli Bayramlı şəhər qəzeti "İşıq"da çıxmışdır. Hekayələri “525-ci qəzet”, “Təhsil problemləri”, “Mühakimə”, “Savalan”, “İşıq” qəzetlərində, “Günəş” jurnalında, rus və ingilis dillərindən tərcümələri “Ədəbiyyat və incəsənət”, “İdman”, “Sovet kəndi”, “Muğan”, “Azərbaycan müəllimi” qəzetlərində, "Dünya", "Bağban" almanaxlarında, “Azərbaycan”, “Mütərcim” jurnallarında dərc olunmuşdur. Orta ümumtəhsil məktəbləri, ali və orta ixtisas məktəbləri üçün, habelə xüsusi məktəblər üçün bir çox dərslik, elmi-metodik əsər və fənn proqramlarının müəllifidir. Akif Abbasov aşağıdakı birpərdəli pyesləri rus dilindən azərbaycancaya tərcümə etmiş və onlar respublika radiosunun “Firuzə” tələbə teatrında səslənmişdir. Akif Abbasovun tərcüməsində Georgi Xuqayevin “Andro və Sandro” iki pərdəli pyesi 1987-ci ildə respublika radiosunun "Ədəbi-dram verilişləri" redaksiyasında Sofa Bəsirzadə, Məhluqə Sadıqova, İlham Namiq Kamal, Bürcəli Əsgərov, Muxtar Avşarov tərəfindən səsləndirilmişdir.
Uşaq hekayələri: “Lələşin ayaqqabısı” (1998), “Kristi Tokerin ölümü”(2000), “Atatürk” (2007), “Xallı kəpənək” (2009), “Dar günün dostu” (2010) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 46.
Bəşirzadə Hüseyn Xanhüseyn oğlu
Hüseyn Bəşirzadə 28 may 1994-cü ildə Lənkəran rayonunun Qumbaşı kəndində Xanhüseyn Bəşirov və Laləzar Bəşirovanın ailəsində anadan olmuşdur. Lənkəran rayon Qumbaşı kənd tam orta məktəbində təhsil almışdır. Subay idi.
Hüseyn Bəşirzadə bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra sənədlərini Dövlət Sərhəd Xidmətinə vermişdir.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Hüseyn Bəşirzadə səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Bəşirzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hüseyn Bəşirzadə 21 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 23 oktyabr tarixində Lənkəran rayonunun Qumbaşı kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Bəşirzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Bəşirzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Bəşirzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Bəşirzadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Əliyev Məhəmməd Yaqub oğlu
Məhəmməd Əliyev 28 may 2001-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində Yaqub Əliyevin ailəsində anadan olmuşdur. 2007-2018-ci illərdə orta təhsil almışdır. Subay idi.
Məhəmməd Əliyev 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon üzrə Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdı. Hərbi xidmətini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsində, "N" saylı hərbi hissədə yerinə yetirirdi.
Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı, kəşfiyyatçı və sanitar olaraq iştirak etmişdir. Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kəşfiyyat əməliyyatlarında iştirak edərək qarşı tərəfdən mühüm məlumatlar əldə etmişdir. Məhəmməd Əliyev 31 oktyabr 2020-ci ildə Şuşa rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
İbrahimli Kənan Azad oğlu
Kənan İbrahimli 28 may 1999-cu ildə Cəlilabad rayonunun Adnalı kəndində Azad İbrahimlinin ailəsində anadan olmuşdur. 2005-2016-cı illərdə orta təhsil almışdır. Masallı Dövlət Regional Kollecində kollec təhsili almışdır. Subay idi.
Kənan İbrahimli 15 iyul 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə minaatan vəzifəsində müddətli həqiqi hərbi xidmət etmişdir. 2019-cu ilin yanvarında hərbi xidmətdən tərxis olunaraq kollec təhsilinə davam etmişdir.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Kənan İbrahimli səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Kənan İbrahimli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan İbrahimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan İbrahimli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan İbrahimli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan İbrahimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan İbrahimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Kənan İbrahimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İbrahimov Rəfael Emin oğlu
Rəfael İbrahimov 28 may 2002-ci il tarixdə Bakı şəhəri Nizami rayonunda anadan olub.
Rafael İbrahimov 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Rafael İbrahimov Füzuli döyüşlərində savaşıb. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşdə şəhid olub. Keşlə Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rafael İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rafael İbrahimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Rafael İbrahimov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Seyfullayev Araz Elsəvər oğlu
Araz Seyfullayev 2001-ci il mayın 28-də Masallı şəhərində anadan olub. Subay idi.
Araz Seyfullayev Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Araz Seyfullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz Seyfullayev oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.