25 May

Şair, yazıçı, dramaturq Həsən Elsevərin 100 illiyi,  (1925)

1969 – cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvi, Jurnalistlər Birliyinin üzvidir.  

Fətullayev Həsən Mehdi oğlu 1925 - ci il mayın 25 - də Azərbaycanda Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıda M. F. Axundov adına Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda  təhsil almışdır. Ədəbi fəaliyyətə 1942 – ci il aprelin 3-də “Şərq qapısı” qəzetində çap etdirdiyi “Azərbaycan fəxr edir” adlı ilk şeiri ilə başlamışdır. “Yaralıdır Azərbaycan”, “Məhəbbəti daşa toxunan gözəl” şeir topluları onun poeziya aləmindən ayrılmadığını göstərir. Yaradıcılığı boyu poetik əsərlərlə yanaşı, nəsr və dramaturgiya sahəsində də çalışmışdır. Onun “Vüqarlı gözəl” (1966), “Alınmaz qala” (1976), “Koroğlu nəsli” (1998), “Təhlükəli oyun” (1999) pyesləri Naxçıvan Dövlət Musiqili Dram Teatrında, “Xankəndinin qartalı” (1995) faciəsi Füzuli adına Naxçıvan şəhər poeziya teatrında tamaşaya qoyulmuşdur. Əsərləri SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. 

Əsərləri: “Ürəklər bir vuranda” (1964), “Gözəllik bulağı” (1974), “Mən əsir doğulmamışam” (1978), “Ürək daşdan deyil” (1982), “Zəlzələ” (1987), “El sərkərdəsi” (1997), “Yaralıdır” (1998), “Məhəbbəti daşa toxunan gözəl” (1998), “Qaçmaq igidlik deyil” (1998), “İnamsızlıq yaman dərddir” (1999), “Çiçəklənir baharımız” (1999), “İki qardaş” (1999), “Səgrək” (1999), “Bir ürəkdir” (1999), “Əliyar” (1999), “Sənsiz bizim bir günümüz olmasın” (1999) və s. 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 366.

 

Əfqan Ağasəf oğlu Abdurahmanov

Əfqan Abdurahmanov 1976-cı il mayın 25-də Bakı şəhərində anadan olub. 1982-1993-cü illərdə Binəqədi rayonunda Vahid Əzizov adına 30 nömrəli tam orta mətəbdə təhsil alıb. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Əfqan Abdurahmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Abdurahmanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Coşğun Ənvər oğlu Bayramov

Coşğun Bayramov 1991-ci il mayın 25-də Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Coşğun Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Coşğun Bayramov oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Qəmərvan kəndində dəfn olunub. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşğun Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

 

Ruslan Nəcəf oğlu Cəfərli

Ruslan Cəfərli 1995-ci il mayın 25-də Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Ruslan Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Cəfərli oktyabrın 13-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 24.06 2021 - ci il Azərbaycan Prezidenti İlham Əliyevin növbəti Sərancamı ilə Ruslan Nəcəf oğlu Cəfərli "Suqovuşanın azad olunmasına görə" (ölümündən sonra)  və "Cəsur döyüşçü" (ölümündən sonra) medalları ilə təlif edildi.

Şəhid Ruslan Cəfərliyə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.

 

Cavad Səfiyar oğlu Məmmədov

Cavad Məmmədov 25 may 1980-ci ildə Göyçə mahalında doğulub. 1996-cı ildə Azərbaycan Dövlət Aqrar Universitetində, ikinci təhsilini isə Gəncə Dövlət Universitetində almışdır. İsmayıllı rayonunda 3 il kimya və biologiya müəllimi işləyib. 2007-ci ildən Gəncə şəhərinə köçmüşdür. 2000-2002-ci illərdə hərbi xidmətdə olmuşdu. 2020-ci ildə ehtiyatda olan zabit kimi hərbi xidmətə çağırılmışdır. Baş leytenant Cavad Məmmədov 28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ruslan Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Şəhriyar Nəsib oğlu Quliyev

Şəhriyar Quliyev 1990-cı il mayın 25-də Ağdam rayonunun Cinli kəndində anadan olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində M. Füzuli adına 15 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun giziri olan Şəhriyar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.150-ə yaxın erməni əsgər və zabitini məhv edib. Məhv edilənlər arasında polkovnik də olub. Şəhriyar Quliyev oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Quliyev "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Quliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Emin Ramin oğlu Səttarov

Emin Ramin oğlu Səttarov 2001-ci il mayın 5-də Bakı şəhərində anadan olub. 2008-ci ildə Sabunçu rayon, Pirşağı qəsəbəsi 10 nömrəli Sanatoriya tipli İnternat məktəbinin 1-ci sinfinə qəbul olub. Azərbaycan Ordusunun əsgəri olan Emin Səttarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Vətən müharibəsi başlanan gündən 24.10.2020-ci il tarixinə kimi irəliyə getmiş, postlara daxil olaraq qəhrəmanlıq göstərmişdir. 24.10.2020-ci il Qubadlı rayon istiqamətində gedən döyüşdə düşmənin atdığı minomyot nəticəsində qəlpə yarasından şəhid olmuşdur.

Emin Səttarov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra Xocavəndin və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.