29 Aprel
Ümumdünya Qardaşlaşmış Şəhərlər Günü, (1962)
Bu gün 1962-ci ildə Beynəlxalq Qardaşlaşmış Şəhərlər Federasiyası tərəfindən təsis olunub və aprel ayının axırıncı bazar günü qeyd olunur. Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyası beynəlxalq qeyri-hökumət təşkilatı olub, 1957-ci il aprelin 29-da Parisdə yaradılmışdır. Bu təşkilatın əsası Eks-le-Bendə (Fransa) qardaşlaşmış şəhərlərin nümayəndələri tərəfindən qoyulmuşdur. Onlar 1970-ci ildə Avropa, Asiya, Afrika və Amerikanın 50-dən çox ölkəsinin minə qədər şəhərini birləşdirdilər. Hitlerə qarşı koalisiyanın müttəfiq ölkələrinin şəhərləri arasında dostluq və əməkdaşlıq haqqında ilk saziş hələ 1942-ci ildə müharibə nəticəsində tamamilə dağılmış SSRİ-nin – Stalinqrad və İngiltərənin Koventri şəhərləri arasında imzalanmışdır. Beləliklə, hər il aprelin 29-da, aprel ayının sonuncu bazar günü dünyada, ənənəvi olaraq, Ümumdünya Qardaşlaşmış Şəhərlər Günü keçirilir.
Beynəlxalq Rəqs Günü, (1982)
29 aprel peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır. Beynəlxalq Rəqs Günü 1982-ci ildən bəri YUNESKO-nun qərarı ilə qeyd olunur. Bu tarix Fransız baletmeysteri Jan Jorj Noverin doğum gününə, yəni aprelin 29-na təsadüf edir. Jan Jorj Nover müasir baletin nəzəriyyəçisi hesab olunur. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olduğu tarixdən hər il qeyd olunur. Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır. Hələ eramızdan 2-3 min il əvvəl Azərbaycan ərazisində rəqslər insanların həyatında müəyyən yer tutmuşdur. Bu baxımdan Qobustan qayaüstü təsvirləri arasında “Yallı” oynayan insanların təsviri xüsusilə maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrdən rəqsə olan marağından xəbər verir. Bir-birindən maraqlı, məzmunlu xalq rəqslərimiz nəinki Vətəndə, dünyanın böyük konsert salonlarında da sevilir. Onların simasında Azərbaycan milli xoreoqrafiya sənəti inkişaf yolunu tapmışdır. İncəsənətin ayrılmaz hissəsi olan milli rəqslərimiz gözəlliyi, bədiiliyi və zərifliyi ilə seçilir. Folklor, qədim xalq oyunları, rəqs havaları milli incəsənətimizin qızıl fonduna həmişəlik daxil olmuşdur. “Tərəkəmə”, “Naz eləmə”, “Turacı”, “Uzundərə”, “Qoçəli”, “Heyvagülü”, “Vağzalı” xalq rəqslərinə tamaşa etmək kifayətdir ki, xalqımızın zəngin musiqiyə, köklü adət-ənənəyə bağlı olduğunu duyasan. Filmlərimizdə də rəqslərdən elementlərə rast gəlmək olar ki, bu da milli rəqs sənətinin inkişafı və təbliğində mühüm rol oynayır.
Cəmil Əli oğlu Adıgözəlov
Adıgözəlov Cəmil Əli oğlu 2002-ci il aprelin 29-da Sabunçu rayonunun Ramana qəsəbəsində anadan olmuşdur. 2019-cu ildə Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən orta məktəbi bitirərək 2020-ci ilin aprel ayında hərbi xidmətə yollanmışdır. Cəmil Vətən müharibəsi zamanı Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Ağali Tağı oğlu Ağayev
Ağali Ağayev 1995-ci il aprelin 29-da Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olub. 2001-2012-ci illərdə Siyəzən şəhərində N. Əsədov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun kiçik giziri olan Ağali Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ağali Ağayev oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub. Siyəzən rayonunun Balaca Həmyə kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Tahir oğlu Cavadzadə
Anar Cavadzadə 29 aprel 1990-cı ildə İmişli rayonunda dünyaya göz açmışdır. 1997-ci ildə İmişli şəhər 2 saylı tam orta məktəbinə daxil olmuşdur. 9-cu sinfə qədər bu məktəbdə təhsil alan Anar, ailəsi ilə Bakıya köçdükdən sonra şəhər məktəblərindən birində orta təhsilini davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra topçu vəzifəsi ilə hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Anar Cavadzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Topçu kimi hərbi əməliyyatlarda iştirak etmişdir. Füzulinin və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 17 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. İmişli rayonunun Telişli kəndində torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Cavadzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Cavadzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Cavadzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərrux Baxış oğlu Hüseynov
Hüseynov Fərrux Baxış oğlu 29 aprel 1995-ci ildə Kürdəmirin Şilyan kəndində anadan olub. 2001-2012-ci illərdə Kürdəmir rayon Rüstəm Quliyev adına 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində tankçı kimi döyüşlərə atılıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocəvənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli istiqamətində gedən döyüşlərdə iki dəfə yaralansa da, mübarizəsini davam etdirib. Fərrux Hüseynov Xocavənd istiqamətində gedən ağır döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib. İkinci dəfə 9 noyabr 2020-ci ildə yenidən tankı vurulur. Tankdan düşüb içərisindəki heyəti çıxarmağa çalışarkən ikinci dəfə atılan mərminin yanına düşməsi nəticəsində şəhid olur. Kürdəmir rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.
Fərrux Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra Düşmənin canlı qüvvəsinin və atəş nöqtələrini məhv etdiyinə görə “Vətən uğrunda”, “İgidliyə görə”, "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Namiq Abış oğlu Mailov
Namiq Mailov 1983-cü il aprelinn 29-da Biləsuvar rayonunda anadan olub. 2007-ci ildə hərbi məktəbdə gizirliyi oxuyub, tank komandiri kursunu bitirərək Naxçıvana yola düşüb. 2020-ci ilin 27 sentyabrında başlayan döyüşlər zamanı bölük komandiri idi. Sentyabrın 27-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qorxmadan düşmənin üzərinə atılaraq düşmənin ön cəbhə xəttini yaran Namiq Mailov düşmənin bir neçə istehkam məntəqəsini və texnikasını məhv edir. Füzuli istiqamətində bir neçə kənd irəlilədikdən sonra gedən şiddətli döyüşlərdə canına bərabər tutduğu tankı ilə birlikdə qəhramancasına şəhid olur. Namiq Mailov oktyabrın 1-də doğulduğu Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Mailov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Mailov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Namiq Mailov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Fərid Vəlhəd oğlu Məmmədov
Fərid Vəlhəd oğlu Məmmədov 1990-cı il aprelin 29-da Abşeron rayonu Xırdalan şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Abşeron rayonu Xırdalan şəhərinin 2 saylı orta məktəbin rus bölməsində təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Fərid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı oktyabr ayının 6-da cəbhənin Füzuli-Cəbrayıl istiqamətinə ezam olunmuş və oktyabr ayının 25-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 26 Oktyabr tarixində Bakı şəhəri 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Telman Təyyar oğlu Nəhmətov
Telman Nəhmətov 1990-cı il aprelin 29-da Astara rayonunun Alaşa kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Telman Nəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Telman Nəhmətov oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub. Astara rayonunun Alaşa kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Nəhmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Nəhmətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Nəhmətov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Tural Şahin oğlu Qarayev
Tural Qarayev 1991-ci il aprelin 29-da Qobustan rayonunun Bəklə kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Tural Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Qarayev oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Qobustan rayonunun Bəklə kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin Elmar oğlu Qurbanov
Elvin Qurbanov 1999-cu il aprelin 29-da Qusar şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elvin Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Elvin Qurbanov oktyabrın 1-də şəhid olub. Qusar şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azər Vəfadar oğlu Salmanov
Salmanov Azər Vəfadar oğlu Abşeron rayonu, Saray qəsəbəsində anadan olub.
Vətən Müharibəsi zamanı Qubadlı istiqamətində düşmənin açdığı atəş nəticəsində (yuxarı arteriyasının travması) şəhid olub.
Şəhid Salmanov Azər Vəfadar oğlu göstərdiyi qəhrəmanlıqlara görə, “Vətən uğrunda”, “Cəbrayıl döyüşlərinə görə” və “Qubadlı döyüşlərinə görə” medalları ilə təltif edilib.
Tahir İdris oğlu Talıbov
Tahir Talıbov 2002-ci il aprelin 29-da Quba rayonunun Çiçi kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Tahir Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tahir Talıbov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir Talıbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.