Göyçək Fatma

Göyçək Fatma / mətn dizaynı R. Şamilqızı ; rəs. Y. Klimova. - Bakı : Qanun nəşriyyatı, 2022. - 28 s.

Göyçək Fatma və qardaşı analarını erkən itirirlər. Ataları ikinci dəfə evlənir. Ögey anaları onlara gün verib-işıq vermir. Min bir bəhanə ilə evdən qovmağa çalışır. Axırı hiyləgər qadın ərini başdan çıxara bilir. Uşaqları meşədə azdırırlar. Fatmanın qardaşı nəfsini saxlaya bilməyib sehrli sudan içir və qara inəyə çevrilir. Fatma həyatın sərt sınaqları qarşısında tək qalır. Bir yandan da ögey bacısı Keçəl Fatma onun paxıllığını çəkir. İmkan tapıb öldürmək istəyir. Amma Göyçək Fatma ağıllı, qoçaq və təmizqəlbli olduğu üçün bütün sınaqlardan sağ-salamat çıxır. O, xeyirxah insanların köməyilə şər qüvvələrə qalib gələrək xoşbəxtliyə qovuşur.