24 Aprel
Gənclərin Beynəlxalq Həmrəylik Günü, (1957)
Ümumdünya Demokratik Gənclər Federasiyasının qərarı ilə 1957-ci ildən hər il aprelin 24-də Beynəlxalq Gənclərin Həmrəylik Günü (International Day of Youth Solidarity) qeyd olunur. Bu günün qeyd olunması dövlət orqanlarının, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin diqqətini gənclərin problemlərinə yönəltməyə xidmət edir. Eyni zamanda bu bayrama gənclər birliklərinin, ictimai təşkilatların, geniş əhali kütlələrinin, öz uşaqlarının və nəvələrinin gələcəyinə laqeyd olmayan insanların səylərinin birləşdirilməsi, cəmiyyətin gənclərin hüquqlarına əməl edilməsinə nəzarət etməsinə, cəmiyyətin iqtisadi, sosial, elmi-texniki və mənəvi problemlərinin reallaşdırılmasında gənclərin mütəşəkkilliyinin və yaradıcı fəallığının yüksəldilməsinə, nəsillərin varisliyinə, qanunların və hüquq qaydalarının qorunmasına yardım edir.
1955-ci ildə gənclərin həmrəylik gününün hansı günə təyin olunması ilə bağlı Asiya və Afrika ölkələrinin Bandunq konfransında yekun iclas keçirilib. Beləliklə, Gənclərin Beynəlxalq Həmrəylik Günü ilk dəfə 1957-ci ildə müstəmləkəçilik əleyhinə mübarizədə, sülh şəraitində yanaşı yaşama uğrunda Gənclərin Beynəlxalq Həmrəylik Günü kimi qeyd olunub. Sözügedən tarixdə gənclər üçün konfranslar, konsertlər və bayram tədbirləri təşkil olunur. Lakin Sovet İttifaqı dağıldıqdan sonra beynəlxalq gün öz əsas sponsorunu itirdiyi üçün arabir qeyd edilir.
Sultan Mikayıl oğlu İbrahimov
Sultan İbrahimov 1996-cı il aprelin 24-də Salyan şəhərində anadan olub. Salyan şəhəri 1 saylı humanitar təmayüllü məktəb-liseyi bitirdikdən sonra 2013-2016-cı illərdə təhsilini Bakı Biznes və Kooperasiya Kollecində davam etdirib. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Sultan İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sultan İbrahimov oktyabrın 24-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Salyan şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sultan İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sultan İbrahimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sultan İbrahimov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəşid Nəzər oğlu Mədinov
Rəşid Mədinov 1996-cı il aprelin 24-də Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində dünyaya göz açıb. 2002-2012-ci illərdə Nazim İsayev adına tam orta məktəbdə təhsil alib. 2015-ci ilin iyulunda həqiqi hərbi xidmətə gedən Rəşid 3 ay Gəncədə qaldıqdan sonra xidmətini Murovdağda davam etdirir. Xidməti ərzində 2017-ci ilin əvvəllərində həqiqi hərbi xidmətdən təxris olunur. 2020-ci ilin 20 sentyabrında ümumi təlimlərə çağırılanlar arasında Rəşid Mədinov da var idi. Bir həftəlik təlimdən sonra başlayan Vətən müharibəsində Rəşid öncə Murovdağ uğrunda gedən döyüşlərdə, daha sonra isə Füzuli uğrunda gedən döyüşlərdə artilleriya bölmələrinin tərkibində böyük qəhrəmanlıqlar göstərib. Rəşid oktyabrın 13-də Füzuli uğrunda gedən gərgin döyüşlərdə yaralanaraq iki tərəf arasındakı zonada atəş altında qalan əsgər yoldaşını xilas etmək üçün önə atılır və yoldaşını çiyninə alıb ərazidən çıxararkən mənfur düşmənin onun yaxınlığına atdığı iriçaplı minomyot mərmisinin qəlpəsi onun qarın boşluğuna dəyir və ağır yaralanır. Oktyabrın 14-ü şəhidlik zirvəsinə yüksələn igidimiz oktyabrın 14-ü doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Yeni Həyat qəsəbə qəbiristanlığında böyük izdihamla son mənzilə yola salınır.
Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Rəşid Mədinov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Rəşad Rəhman oğlu Mehdiyev
Rəşad Mehdiyev 24 aprel 1997-ci ildə Xırdalan şəhərində anadan olmuşdur. Orta təhsilini Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə və Cəmşid Naxçıvanski adına hərbi liseydə almışdır. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Mehdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəşad Mehdiyev 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Xırmancıq kəndində yerləşən Ərgünəş dağı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mehdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mehdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Mürşid oğlu Yusifov
Ramil Yusifov 1978-ci il aprelin 24-də İsmayıllı rayonunun Ağbulaq kəndində anadan olub. Azərbaycan Ordusunun baş giziri olan Ramil Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramil Yusifov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.