21 Dekabr

Rəfiyev Seyfəl Musa oğlu 

Seyfəli Musa Oğlu Rəfiyev 1997-ci il dekabr ayının 21-də Siyəzən şəhərində dünyaya göz açıb. Təhsilini Şirin İsmayılov adına 3 saylı tam orta məktəbdə almışdır. O, təhsil aldığı müddətdə dərslərində bir çox müvəffəqiyyətlər qazanmış və dərslərinə hər zaman hazırlıqlı olmuşdur. Seyfəlinin mərhəmətli ürəyində bir çox arzu və istəkləri olsa da ən böyük arzusu torpaqlarımızı düşməndən geri almaq idi. Vətənpərvərliyini hələ o vaxt bəlli etdi ki, orta məktəbi bitirib məzun olduqdan sonra tələbə adını qazanmaq əvəzinə əsgər olmağı seçdi. 2016-cı il yanvar ayının 5-i həqiqi hərbi xidmətə çağrıldı. Canından çox sevdiyi vətənin keşiyində durmuş Seyfəlimiz komandirlərinin sevgisini qazanmış və bir neçə fəxri fərman alaraq iyul ayının 5-i xidmətini başa vuraraq geri dönmüşdür. Ermənlərin günahsız dinc əhaliyə etdiyi vəhşilikləri düşündükcə düşmənə olan kini qəzəbi daha da artırdı, əsgərlikdən dönməyi 1 il belə deyildi ki, Seyfəli Rəfiyev Bakı şəhərində Xüsusi Hərbi İxtisas Kurslarına qəbul olaraq snayper təhsili aldı. 2018-ci ildə yenidən hərbiyə qayıdaraq Maxe kimi Vətənə xidmətə dəvam etdi Seyfəli Rəfiyev "Kəşfiyyatçı Gizir" kimi bir çox uğurlar qazanmaqla yanaşı aprel döyüşlərində də qəhramancasına iştirak etmişdir Və həmin bu uşaq idi ki Qarabağ uğrunda gedən Vətən müharibəsində qızğın döyüşlər zamanı böyük rəşadət göstərərək qəhramancasına Füzuli rayonunda şəhid oldu.

Azərbaycan Ordusunun giziri olan Seyfəli Rəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlər]]də savaşıb. Seyfəli Rəfiyev sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Siyəzən şəhəri, Balaca Həmyə kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seyfəli Rəfiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Seyfəli Rəfiyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seyfəli Rəfiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Seyfəli Rəfiyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seyfəli Rəfiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Quliyev Elşən Natiq oğlu

Elşən Quluyev 1992-ci il dekabrın 21-də Daşkəsən şəhərində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Elşən Quluyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elşən Quluyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Quluyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Quluyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Qafarov Elnur Mirzəxan oğlu

Elnur Qafarov 1981-ci il dekabrın 21-də Siyəzən şəhərində anadan olub.[1] Ailəli idi. 2 övladı yadigar qaldı. Azərbaycan Ordusunun çavuşu olan Elnur Qafarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Qafarov oktyabrın 16-da Hadrut döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Qafarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Qafarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Qafarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Məmiyev Elmir Zamin oğlu

Məmiyev Elmir 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə cağrılmışdır.Vətən Müharibəsində iştirak etmiş və 2 oktyabr 2020-ci ildə Ağdamda həlak olmuşdur.3 oktyabrda Yardımlı rayon Kürəkçi kəndində dəfn olunmuşdur. Ölümündən sonra "Vətən uğrunda" medalı” ilə təltif olunmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Elmir Məmiyev 2020-ci il oktyabrın 2-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam döyüşlərində vuruşaraq həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmiyev Elmir Zamin oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmir Məmiyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Kazımov Rəşad Nüsrət oğlu

Rəşad Kazımov 21 dekabr 1989-cu ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Ailəli idi. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sonuncu dəfə ailəsi ilə 24 oktyabr tarixində əlaqə saxlayan Rəşad Kazımov 1 gün sonra, 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Kazımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Kazımov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Kazımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Əmiraslanov Ümman Namiq oğlu

Ümman Əmiraslanov 1996-cı il dekabrın 21-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olub. O, 3 bacının tək qardaşı idi. 2003-2014-cü illərdə Qəbələ rayonu Şəhid Şükran Eyvazov adına Yemişanlı kənd tam orta məktəbində təhsil alıb. 2014-cü ildə həqiqi hərbi xidmət yaşı çatsa da, ayağındakı problem üzündən (ayağının altı düz olduğu üçün) xidmətə yararsız hesab edilir. Buna baxmayaraq israrları sayəsində istəyinə nail olur və xidmətə yollanır( Sumqayıt, N saylı hərbi hissə, kəşfiyyat bölüyü). 2016-cı ildə xidmətini başa vurur. Ailəsi ilə Bakıya köçsə də pandemiya səbəbi ilə yenidən Qəbələyə, kəndlərinə qayıdırlar. Qəbələdə "OBA" marketdə çalışır, idarəçi işinə qədər yüksəlir. 14 iyul 2020-ci il tarixində ( General Polad Həşimovun şəhadətə yüksəlməsi xəbərindən sarsılaraq) könüllü olaraq orduya yazılır. "Vətən müharibəsi" başlayan zaman könüllü şəkildə döyüşlərə yollanır. Yaşayış məntəqələrimizin azad edilməsində xüsusi igidlik göstərir.2 oktyabr 2020-ci il tarixində Tərtər rayonu ərazisində şəhid olur.

Ümman Əmiraslanov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Ümman Əmiraslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ümman Əmiraslanov oktyabrın 2-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümman Əmiraslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümman Əmiraslanov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ümman Əmiraslanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.