25 aprel

Hər İl 25 Aprel  bütün dünyada  DNT Günü  kimi qeyd olunur.

Bəşəriyyətin ən böyük və ən sirli kəşflərindən biri olan DNT molekulunun quruluşu 1953-ci ildə Nobel Mükafatı laueratları  Ceyms Uatson, Frensis Krik, Moris Uilkins və Rozalinda Franklin tərəfindən "Nature” jurnalında dərc olunmuşdu. Bundan  50 il sonra -  2003-ci ildə İnsan Genom Layihəsi   ərsəyə gəlinmişdi.

 

Yazıçı Əflatun Nemətzadənin 80 illiyi, (25.04.1944)

Nemətzadə Əflatun Nemət oğlu 1944-cü il aprelin 25-də Azərbaycanda Astara rayonunun Ərcivan kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra M.Əliyev adına Azərbaycan Teatr İnstitutunun musiqili komediya fakültəsində təhsil almışdır (1962-1967). Tələbəlik illərində Musiqili Komediya teatrında aktyor, Teatr muzeyində işləmişdir.  Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının opera rejissorluğu fakültəsində təhsilini davam etdirmişdir (1970-1975). Polşada Qratovski və Vayda kimi rejissorların laboratoriyalarında tələbə olmuşdur. Yəmən Xalq Respublikasında Dövlət Musiqili Dram Teatrının qurucusu (1980-1984), Bakıda Opera Teatrında quruluşçu-rejissor olmuşdur (1984-1001). Tbilisidə “Müsbət estetik ideal xarakterlərin səhnə sənətinə uyğunlaşması problemi” mövzusunda namizədlik dissertasiyası  müdafiə etmişdir (1988). Bakı İncəsənət İnstititunda müəllim (1984-1991), Türkiyədə Ankara operasına dəvət olunmuş, Mərsin Operasına Baş rejissor vəzifəsinə təyin edilmişdir (1991). Hazırda Ankara Dövlət Konservatoriyasında müəllimdir (1922-ci ildən). Türkiyə Yüksək Öyrətim Kurumunun qərarı ilə elmlər doktoru fəxri adına layiq görülmüşdür (1993). Bədii yaradıcılığa XX əsrin 60-cı illərindən başlamışdır. İlk mətbu hekayəsi “Şor balıq” 1964-cü ildə “Pioner” qəzetində dərc olunmuşdur. “Ədəbiyyat və incəsənət”, “bakı”, “Azərbaycan gəncləri”, “Hürriyyət” qəzetlərində, “Türkcənin səsi”, “Sənət”, “Qobustan”, “Azərbaycan”, “Elm və həyat” jurnallarında məqalə və hekayələri çıxmışdır. Bir sıra operaları, dram əsərləri səhnəyə qoyulmuşdur. Azərbaycan Dövlət Televiziyasında “Opera haqqındasöhbətlər” silsilə verlişlərin aparıcısı olmuşdur. “İsmayıl Dağıstanlı” (1981), “Yəmən düşüncələri” (1990), “İllərdə izlər...” (1991) kitabları “İşıq” nəşriyyatında çap edilmişdir. “Opera rejissorluğu” (2000) kitabı Türkiyədə kütləvi tirajla buraxılmışdır. “Dəmir pərdə” romanını yazmışdır. Əsərləri Yəmən, Türkiyə, Polşa, Rusiya qəzet və jurnallarında dərc olunmuşdur. Fəxri fərmanlara və SSRİ Mədəniyyət Nazirliyinin I dərəcəli diplomuna layiq görülmüşdür. 

Əsərləri:  “İsmayıl Dağıstanlı”  (1981), “Yəmən düşüncələri”  (1990), “İllərdə izlər...”, “Opera rejissorluğu”  (2000), “Dəmir pərdə”  (2000)  və s.

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S.216.

 

Azərbaycanın Milli Qəhrəmanı Aqarunov Albert Aqarunoviçin  55 illiyi, (25.04.1969-08.05.1992)

Albert Aqarunoviç Aqarunov  1969-ci il aprelin 25-da Bakının  Əmircan  qəsəbəsində  yəhudi  ailəsində anadan olub. Albert Aqarunov  çox erkən yaşlarından musiqi ilə maraqlanmış,  musiqi məktəbində nəfəs aləti  truba  sinfini bitirmişdir. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnmişdir. Albert  hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək edirdi. 1987-ci ildə Aqarunov Gürcüstanda hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən, Aqarunovun evə gəlib cəbhəyə könüllü yazılması xəbərini ailəsinə bildirmişdir. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan "fəxri" erməni bayrağı verilmişdi. Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan idi. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulmuşdur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilib.  O,  Xankəndi,  Daşaltı,  Cəmilli  istiqamətində  gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib. Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Komandir Hacı Əzimovun sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxıb. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verib. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçmış və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlmişdir.  Bakıda  Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi. Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub. 

Filmoqrafiya: 2017-ci ildə Səadət Şükürova Albert Aqarunov haqqında "Yaşadığım torpaq" sənədli filmini çəkib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

 

Səxavət Rizvan oğlu Abbasov

Abbasov Səxavət Rizvan oğlu 25 aprel 2000-ci ildə Xırdalan şəhərində dünyaya gəlib. Orta təhsilini Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə alıb. 20 yaşlı Səxavət Abbasov müharibə başlayanda könüllü olaraq cəbhəyə yola düşüb. Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərində düşmənlə mübarizədə qalib kimi çıxıb. Sonuncu döyüşü isə Ərgünəş dağı ətrafında olub. Yaralı döyüş yoldaşı, həm də yaxın dostu olan Rəşad Mehdiyevi xilas edərkən düşmənin atdığı minamyot qəlpəsi onların ikisinin də həyatına son qoyub. Səxavət Abbasov oktyabrın 20-də şəhid olub və Xırdalan şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Abbasov Səxavət Rizvan oğlu  ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

 

Babək Vaqif oğlu Abışov

Babək Abışov 1994-cü il aprelin 25-də Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun giziri olan Babək Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Abışov oktyabrın 10-da Füzuli döyüşləri zamanı şəhid olub. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Abışov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Abışov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Yusif Mübariz oğlu Cəfərov

Yusif Mübariz oğlu Cəfərov 1996-cı ilin  aprelin 25-də Şirvan şəhərində anadan olub. 2002-ci ildə Şirvan şəhər 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2013-cü ildə orta məktəbi bitirib. Yusif Cəfərov 2018-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılır və 1 il əsgər kimi Vətənə xidməti borcunu ləyaqətlə yerinə yetirir. Ölkə prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin çağırışı ilə sentyabrın 30-da cəbhəyə yollanır. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq göstərir. Xocavənd döyüşlərində qəhrəmancasına şəhid olan Yusif Cəfərov 4 noyabr 2020-ci ildə Şirvan Şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Cəfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Cəfərov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Cəfərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Xəyal Saleh oğlu Əliyev

Xəyal Əliyev 1999-cu il aprelində 25-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəyal Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Əliyev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əliyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

 

Elgün Sərvan oğlu Əmiraslanov

Əmiraslanov Elgün Sərvan oğlu 1995-ci il aprelin 25-də Göygöl rayonunda anadan olub. Kəşfiyyatçı-pulemyotçu olan  Elgün 2020-ci il sentyabrın 27-də Goranboy rayonu istiqamətində gedən döyüşlərdə şücaət göstərib və şəhid olub. 

Əmiraslanov Elgün vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Ceyhun Nazim oğlu Gözəlzadə

Ceyhun Gözəlzadə 2002-ci il aprelin 25-də Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. 2009-2020-ci illərdə Bəydili kənd orta məktəbini bitirmişdir. Ceyhun Gözəlzadə 2020-ci ilin iyul ayında Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak etmiş, Ağdərə rayonu istiqamətində gedən döyüşlərə könüllü qoşulmuş və qəhrəmancasına şəhid olmuşdur. Şəhid Ceyhun Gözəlzadə 2020-ci il sentyabrın 30-da Biləsuvar rayonu Bəydili kənd məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Gözəlzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Gözəlzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Gözəlzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

 

Nahid Soqat oğlu Mikayılov

Nahid Mikayılov 1982-ci il aprelin 25-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. Azərbaycan Ordusunun baş giziri olan Nahid Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. Nahid Mikayılov noyabrın 1-də Ağdam istiqamətində şəhid olub. Kürdəmir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Mikayılov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

İbad Mansur oğlu Mirzəyev

İbad Mirzəyev 1999-cu il aprelin 25-də Ağsu rayonunun Kəndoba kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan İbad Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbad Mirzəyev oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbad Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbad Mirzəyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Emin Asif oğlu Qədirov

Emin Qədirov 1995-ci il aprelin 25-də Xəzər rayonunun Zirə qəsəbəsində anadan olub. 2002–2013-cü illərdə 241 nömrəli məktəbdə orta təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir. 21 oktyabr 2020-ci ildə Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 

Emin Asif oğlu Qədirov ölümündən sonra "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

İmdad Rövşən oğlu Tağıyev

İmdad Tağıyev 2002-ci il aprelin 25-də Göygöl rayonunun Mollacəlilli kəndində anadan olub. 2008-2019-cu illərdə Mollacəlilli kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan İmdad Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İmdad Tağıyev oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Göygöl rayonunda dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmdad Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.