28 Yanvar
Yazıçı Adil Qafarın (Babayevin) 100 illiyi, (1925-1977)
Babayev Adil Qafar oğlu 1925-ci il yanvarın 28-də Naxçıvan şəhərində anadan olmuşdur. 1943-cü ildə Tbilisidə A.S.Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olmuş, eyni zamanda "Sovet Gürcüstanı" qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. Ədəbi yaradıcılığa 1939-cu ildən başlamışdır. 1950-ci ildə
Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirmiş, sonra bir müddət Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləmişdir. 1956-1958-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İncəsənət və Layihə İnstitutunun aspiranturasında təhsil almışdır. O, teatrşünas kimi teatr sənəti ilə sıx bağlı olmuşdur. Eyni zamanda M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının ədəbi hissə müdiri olmuş (1956-1964), sonra "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, məsul katib və baş redaktorun müavini vəzifələrində işləmişdir. 1971-ci ilin avqust ayından ömrünün son gününədək Azərbaycan Yazıçılar İttifaqında bədii tərcümə üzrə məsləhətçi olmuşdur. Onun bədii yaradıcılığı çoxcəhətlidir: "Dağlar qızı", "Yarımçıq portret", "Mənim məhəbbətim", "Qız görüşə tələsir" pyesləri teatr səhnələrində tamaşaya qoyulmuş əsərləri xarici dillərə və SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Onun yaradıcılığında tərcümə xüsusi yer tutur. Dünya və qardaş xalqlar ədəbiyyatından çoxlu tərcümələr etmişdir. Onun tərcümə etdiyi — V.Vinnikov və Y.Osnosun
"Ağ şanaküllə" (1959), Sao-Yuyyanın "Tufan" (1959), Ş.Miloravanın "Tbilisi Haqqında mahnı" (1961), N. Dumbadzenin "Darıxma, ana" (1972), M. Petrieskunun "Ölümü görmüş insan" (1973) pyesləri tamaşaya qoyulmuşdur. 1977-ci il avqustun 19-da Bakıda vəfat etmişdir.
Kitabları: “İkinci simfoniya” (1947), “Ürək nəğməsi” (1948), “İlk addımlar” (1949), “Xəzər sahillərində” (1949), “Gənclik illəri” (1950), “Şeirlər” (1954), “Döyüş yollarında” (1956), “Ana ürəyi” (1957), “Unudulmuş yasəmən” (1960), “Anamın üzüyü” (1963), “Gecikmiş bahar” (1965), “Qılınclar arasında” (1969), “Şəhidlərin üsyanı” (1969), “Leyla Bədirbəyli” (1970), “Memarın məhəbbəti” (1972), “Şərəfli yol” (1974), “Yolda görüş” (1974), “Təzədən doğulur şair ölən gün” (1981), “Pyeslər” (1984), “Ata sorağında” (1985) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı.səh 29.
Məmmədov Mahir Ağasəlim oğlu
Mahir Məmmədov 1981-ci il yanvarın 28-də Xaçmaz rayonunun Şıxhaput kəndində anadan olub. Azərbaycan Ordusunun baş giziri olan Mahir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. Mahir Məmmədov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahir Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mahir Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Orucov Coşqun Oruc oğlu
Coşqun Orucov 28 yanvar 2001-ci ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olmuşdur. 2007-ci ildə Suraxanı rayonuna köçmüşdür. Orta təhsilini Suraxanı rayonunda yerləşən 315 nömrəli məktəbdə almışdır.
Coşqun Orucov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuşdur. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlısı olaraq xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Coşqun Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı snayper olaraq 16 oktyabrdan iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Coşqun Orucov 25 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində Şuşa rayonuna gedən yolda döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 26 oktyabr 2020-ci ildə Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəsəbəsində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Orucov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Coşqun Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Quliyev Ramil Nuralı oğlu
Ramil Quliyev 1981-ci il yanvarın 28-də Kürdəmir rayonunun Qarasu kəndində anadan olub. Azərbaycan Ordusunun baş giziri olan Ramil Quliyev 2020-ci il sentyabrın 30-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Quliyev sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Kürdəmir rayonunun Qarasu kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Quliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Quliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəşidzadə Səid Nofəl oğlu
Səid Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz şəhərində anadan olub. Onun atası — Nofəl Qasımov 1992-1993-cü illərdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı olub. Səid Rəşidzadə 1996-2007-cı illərdə Nərimanov rayonunda S. Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali təhsilini isə 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində alıb. Subay idi. Səid Rəşidzadə 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Səid Rəşidzadə 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə Polad Həşimovla çiyin-çiyinə savaşıb. Səid Rəşidzadə bir neçə il əvvəl Azərbaycan Ordusundan tərxis olunsa da, Tovuz döyüşləri zamanı Polad Həşimovun öldürülməsi ona çox pis təsir edib. Könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə yollanıb. Səid Rəşidzadə Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səid Rəşidzadə oktyabrın 11-də Hadrut qəsəbəsində Azərbaycan bayrağını sancan zaman şəhid olub. Füzuli rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səid Rəşidzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Xocavəndin azad olunmasına görə” medalına Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il Sərəncamı ilə layiq görüldü.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Səid Rəşidzadə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Hacıyev Teymur Zaur oğlu
Teymur Hacıyev 1991-ci il yanvarın 28-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. Azərbaycan Ordusunun baş giziri olan Teymur Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Hacıyev oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Hacıyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Hacıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Həsənov Nemət Süleyman oğlu
Azərbaycan üçün önəmli olan taleyüklü Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, "Torpaq uğrunda ölən varsa, Vətəndir!". Qarabağı azadlığa qovuşduran müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri olmuş gənc Nemətdir. Nemət Süleyman oğlu Həsənov 1996-cı il yanvarın 28-i Saatlı rayonunun Əbil kəndində anadan olub. Torpaqlarımızın işğalı ilə barışmayan Nemət 30 illik intizara son verənlərdən biri olmaq üçün II Qarabağ savaşlarına qatılıb. O, Vətən müharibəsinin gedişində oktyabrın 22-i Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhidliyə ucalıb.
Şəhid Nemət Süleyman oğlu Həsənov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhidimiz, həmçinin Qubadlının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə də təltif edilib.
Nemət Süleyman oğlu Həsənov, bundan əlavə Cəbrayılın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə də Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
İbrahimzadə Sehun Rafiq oğlu
Sehun İbrahimzadə 1997-ci il yanvarın 28-də Şəmkir rayonunun Tatarlı kəndində anadan olub. 2003–2014-cü illərdə R. Gülməmmədov adına Tatarlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Sehun İbrahimzadə 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sehun İbrahimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Sehun İbrahimzadə oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Tatarlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehun İbrahimzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehun İbrahimzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Cəfərov Araz Səmədağa oğlu
Araz Cəfərov 28 yanvar 1993-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsilini almışdır.Araz Cəfərov hərbi xidmətini başa vurduqdan sonra yenidən Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı qüvvələrində müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, Laçın uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Müharibə bitəndən sonra axtarışlar nəticəsində şəhid Araz Cəfərovun nəşi tapılıb və 2 dekabrda doğulduğu Qarazəncir kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Araz Cəfərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Əhmədli Elməddin Gülverən oğlu
Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də Elməddin Əhmədlidir. Elməddin Əhmədli 1996-cı il yanvarın 28-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub.
Azərbaycan Ordusunun çavuşu olan Elməddin Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd döyüşləri Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Əhmədli noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Təzəkənd kəndində 2020-ci il noyabrın 19-da dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Əhmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əliyev Məmməd Cahangir oğlu
Əliyev Məmməd Cahangir oğlu 28.03.1993-cü il tarixdə Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub.Novoivanovka kənd tam orta məktəbində təsil almışdır. Vətən müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. İlk günlərdən döyüşlərdə qəhrəmanlıq göstərib. 02.10.2020-ci il tarixdə Kəlbəcər rayonu uğrunda aparılan döyüş əməliyyatları zamanı odlu silahdan açılmış atəş nəticəsində şəhid olub. 17 dekabr 2020-ci ildə Novoivanovka kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd Əliyev ölümündən sonra “Rəşadət ordeni” medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd Əliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Daşdəmir Paşayev Əlizaman oğlu
Paşayev Daşdəmir Əlizaman oğlu 1982-ci ildə Bakı şəhərində anadan olub. 1988–1996-cı illərdə 250 saylı orta məktəbdə təhsil alıb.
1996–1999-cu illərdə Cəmşid Naxcivanski hərbi liseydə oxuyub. 1999–2003-cü illərdə Ali Baş Komandalıq Akademiyasında təhsil alıb. Ailə idi. Dörd övladı yadigar qalıb.
2003-cü ildə leytenant hərbi rütbəsində xidmətə başlamışdır. İsveçrə 6 ay kurs keçib. Kursdan sonra Xüsusi Təyinatlı kəşfiyyatçı dərəcəsini alıb. Azərbaycan Xüsusi Təyinatlıları Qüvvələrində xidmətə başlamışdır. Ali vəziyyəti əlaqədar olaraq Baş-leytenant rütbəsində ehtiyata buraxılmışdır.
ANS kanalında rəis müavini köməkçisi, Bakıda Ərəb səfirliyində, Bakı Metropolitenində yol xidmətində, Türkiyə Respublikasında, müxtəlif iş yerlərində və sonra maşın ustası kimi çalışmışdır.
Azərbaycan Ordusunun ehtiyatda olan baş leytenant kimi Daşdəmir Paşayev 27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə könüllü iştirak etmişdir. Mayor rütbəsində könüllülər üzərində komandir vəzifəsinə təyin olunmuşdur. Füzuli uğrunda döyüşlərdə iştirak etmişdir. 8 noyabr 2020-ci ildə Şuşada həlak olmuşdur. 9 noyabr 2020-ci ildə İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Paşayev Daşdəmir ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.
Seymur Ramiz oğlu Sərxoşov
Seymur Sərxoşov 1987-ci il yanvarın 28-də Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dünyaya göz açmışdır. İbtidai təhsilinə 1993-cü ildə şəhid Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlamışdır.
2004-cü ildə orta məktəbi bitirdikdən sonra "Nəqliyyat servisi Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. Ali təhsilini başa vuran Seymur 2008-ci ildə hərbi xidmətə yollanmışdır. Qazax rayonunda xidmət etmişdir. İxtisasca sürücü olmuşdur. 2009-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə nəqliyyat sahəsində çalışmağa başlamışdır.
Azərbaycan 2020-ci il 27 sentyabr tarixində ərazi bütövlüyünü bərpa etmək üçün düşmən təxribatlarına cavab olaraq vətəni müdafiəyə başladı. Döyüşlər başlayar-başlamaz Seymur da vətənin dar günündə ona dayaq olmaq üçün ordu sıralarına qayıtdı. Döyüşlərə qatıldığı gündən daima ön cəhbədə şücaətlə xidmət etdi. Füzulidə könüllü hərbi batalyona qoşulan Seymur 14 oktyabra qədər Qubadlı rayonuna qədər gəlib çıxa bilmişdi. Elə həmin gün Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə mənfur düşmənin ağır artilleriyadan açdığı mərmi atəşi nəticəsində Seymur qəhrəmancasına şəhid oldu.
Şəhidimizin nəşi oktyabrın 18-də valideynləri ilə birgə yaşadığı Qızıldaş qəsəbəsinə gətirildi. Seymurun cənazəsi döyüşə yollandığı qəsəbədə böyük izdihamla qarşılandı. Şəhid növbəti gün, 19 oktyabr yaşadığı Qızıldaş qəsəbəsi Şəhidliyində rayon rəhbərliyinin iştirakı ilə təntənəli surətdə torpağa tapşırıldı. Vida mərasimində Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, Qızıldaş bələdiyyəsinin sədri İdris Alışanov, sədr müavini Fərid Tağıyev iştirak edib.