Şöbə müdiri: Niftiyeva Könül Alik qızı
E-mail: niftiyevak@mail.ru
Şöbə haqqında ümumi məlumat
Oxuculara xidmət şöbəsi 1965-ci ildən fəaliyyət göstərir. Şöbə uşaqlar, yeniyetmələr və digər oxuculara fondda olan bütün çap sənədlərindən, elektron resurslardan və lokal şəbəkədən istifadəni həyata keçirir. Məktəb və məktəbəqədər müəssisələrlə bağlanmış müqavilə əsasında səyyar kitabxana xidməti göstərir. Oxucuların kitabxanaya qeydiyyatını və oxucu qrupları üzrə xidməti həyata keçirir. Yardımçı ədəbiyyat fondlarının komplektləşdirməsində iştirak edir və bu ədəbiyyata dair oxucu sorğularını yerinə yetirir. Xidmət şöbəsi ardıcıl olaraq yeni ədəbiyyat, eləcə də əlamətdar və tarixi günlərə dair kitab və dövri mətbuat sərgilərini təşkil edir. Virtual sərgilərin hazırlanması üçün lazımı ədəbiyyatların seçilməsində birbaşa iştirak edir. Məhdudiyyətli uşaqlara və evdə məktəb təhsili alanlara səyyar xidmət göstərir. Xidmət şöbəsi “Nağıl otağı”nda nağıl və psixologiya saatları, kiçik yaşlı oxucularla əyləncəli interaktiv oyunlar təşkil edir. Avtomatlaşdırma və biblioqrafiya şöbələri tərəfindən yaradılan oxucu sorğusu əsasında ən çox istifadə olunan kitabların, dövri mətbuatda çap olunan məqalələrin tam elektron mətni xidmət şöbəsi tərəfindən lokal xidmətlə oxucuların istifadəsinə təqdim edilir. Həmçinin, müxtəlif mövzularda olan resurslar elektron daşıyıcılara köçürülərək virtual istifadə üçün verilir. Şöbə kitabxananın kitabsaxlayıcı fondundan nəşrləri seçmək, məlumat-biblioqrafiya xidmətindən istifadə etmək və digər şöbələrin keçirdiyi tədbirlərdə iştirak etmək hüququna malikdir.
Oxuculara xidmət şöbəsinə daxildir:
- Abonement;
- Böyük oxu zalı;
- Kiçik oxu zalı;
- Kiçik yaş qrupu üzrə xidmət bölməsi;
- Nağıl otağı (0-6 yaş);
- Kiçik yaş qrupu üzrə xidmət (6-10 yaş);
- Orta yaş qrupu üzrə xidmət (11-13 yaş);
- Mütaliəyə rəhbərlik bölməsi;
- Böyük yaş qrupu üzrə xidmət (14-17 yaş);