İncəsənət şöbəsi

Şöbə müdiri: Quliyeva İlahə Əşrəf qızı

E-mail: ilahelibrary@mail.ru

 

Şöbə haqqında ümumi məlumat

İncəsənət şöbəsi 1990-cı ildən fəaliyyət göstərir. Şöbənin fonoteka fondunda incəsənətin bütün növlərinə dair kitab, CD, DVD, audio, jurnal və digər nəşr nümunələri saxlanılır. İstifadəçilər incəsənətə dair elektron informasiya daşıyıcıları və notlarla təmin edilir. Şöbə musiqi məktəbləri, teatrlar, muzeylər, yaradıcılıq mərkəzləri, mədəniyyət evləri və digər təşkilatlarla birgə incəsənətə dair tədbirlərin keçirilməsi xidmətini göstərir. Həmçinin, incəsənət sahəsi üzrə yubiley, əlamətdar və tarixi günlərə dair sərgilər təşkil edir. 2006-cı ildən kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq və yeniyetmələr üçün jurnalın materiallaırının yığılması və çapa hazırlanması prosesini həyata keçirir.