
21 May - Ümumdünya Mədəni Müxtəliflik Gününə həsr olunmuşdur.
Layihənin məqsədi: Mədəni müxtəlifliyin müsbət rolunu, onun dəyər və əhəmiyyətini uşaq və yeniyetmələrə aşılamaq və müxtəlif xalqların mədəniyyətlərini nümayiş etdirməklə uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, mütaliəyə həvəsləndirmək, nağılları yaşatmaq.
Tərəfdaş: 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi.
İştirakçı qonaqlar: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının, Bakı Slavyan Universitetinin, Gəncliyə Yardım Fondunun nümayəndələri, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, Yunanıstan İBBY-nin idarə heyəti üzvü Maria Delaki, uşaq yazarları, məktəblilər və KİV əməkdaşları.
Layihənin keçirildiyi məkan: Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı.
Layihənin keçirildiyi tarix: 22 may 2019-cu il.
https://clb.az/haqqimizda/videoqalereya/nagillarin-r-ng-dunyasi