Uşaq Ədəbiyyatı Həftələri: “Rus Uşaq Ədəbiyyatı Həftəsi”

Alman faşizmi üzərində Qələbənin 70 illiyinə həsr olunmuşdur.

Layihənin məqsədi: Uşaqları rus xalqının mədəniyyəti, adət və ənənəsi, ədəbiyyatı, musiqisi ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, mütaliə mədəniyyəti aşılamaqla istedadlı uşaqları üzə çıxarmaq, maarifləndirmək.

Tərəfdaşlar: Yasamal rayonu 24 saylı Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi, Xətai rayonu 3 saylı Uşaq Evi, “Pətək” İctimai Birliyinin kukla teatrının əməkdaşları.

İştirakçı qonaqlar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndələri, Azərbaycan uşaq yazarları, məktəblilər və KİV əməkdaşları.

Layihənin keçirildiyi məkanlar: R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Azərbaycanda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi.

Layihənin keçirildiyi tarix: 4-8 may 2015-ci il.

https://clb.az/arxiv2021/html/news298.shtml

https://clb.az/arxiv2021/html/news305.shtml

https://clb.az/arxiv2021/html/news314.shtml