Tədbirin səkilləri
F.Köçərli adına Respublika Uşaq kitabxanası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 04 may 2015-ci il 1184/06 tarixli məktubu əsasında Leninqrad Vilayət Uşaq Kitabxanasına “Dostluğun kitab rəfi” layihəsi əsasında 100-dən çox uşaq ədəbiyyatı (kitab, jurnal, CD, DVD) azərbaycan və rus dillərində göndərilmişdi. Leninqrad Vilayət Uşaq Kitabxanasının rəhbərliyi nazirliyə təşəkkür məktubu göndərmiş, bildirmişdir ki, “Dostluğun kitab rəfi” layihəsinin açılışı məhz Azərbaycan uşaq ədəbiyyatı ilə başlayacaq. Kitab bayramında Azərbaycanlı ailələr, diaspor təşkilatı, oxucularımız iştirak edəcəkdir.
17 iyun 2015-ci il tarixdə Rusiya və Azərbaycan kitabxanaları arasında Skupe vasitəsilə kitab bayramından birbaşa canlı dialoq yaranmış, forum keçirilmişdir. Forumda layihənin rəhbəri, Rusiya uşaq yazıçısı, psixoloq Yekaterina Vadimovna Muraşova, Leninqrad Vilayət Uşaq Kitabxanasının direktoru Mayya Sergeyevna Kurakina, şöbə müdiri Lyudmila Valentinovna Stepanova, Rusiya Filologiya elmləri doktoru, Puşkin evinin rəhbəri Valentin Vadimoviç Qolovin və başqaları iştirak edirdi. Forumda Azərbaycan uşaq ədəbiyyatının nəfis tərtibatla işlənmiş nağılları, müəlliflərin əsərləri nümayiş olundu, gələcəkdə mədəniyyətimizin inkişafı sahəsində iki dövlət arasında telekörpü təşkil edilməsindən danışıldı. Forum yüksək səviyyədə keçirildi.
Bütün xəbərlər