Layihənin məqsədi: Görmə qabiliyyəti zəif, sağlamlıq imkanları məhdud və digər uşaqlar üçün informasiya və dil mərkəzinin yaradılması, onların sosial həyata tam və bərabər hüquqlarla inteqrasiyasını, o cümlədən informasiya əldə etmək və özlərini reallaşdırmaq imkanlarını, bununla da həmin uşaqların sosial reabilitasiyasını təmin etmək.
Tərəfdaşlar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənc Ana və Uşaqların Maarifləndirilməsi İctimai Birliyi və TİKA-nın Bakı Ofisi.
İştirakçı qonaqlar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Sosial Müdafiə Nazirliyinin, Gözdən Əlillər Cəmiyyətinin nümayəndələri, millət vəkilləri, TİKA rəhbərliyi, Türk uşaq yazarları, Azərbaycan uşaq yazarları, uşaq ədəbiyyatı tədqiqatçısı, KİV əməkdaşları.
Layihənin keçirildiyi məkan: F.Köçərli adına Respublika Uşaq Kitabxanası.
Layihənin keçirildiyi tarix: 5 dekabr 2014-cü il.
https://clb.az/arxiv2021/html/news249.shtml