18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.
F. Köçərli adına Respublika Uşaq Kitabxanası olaraq Milli Musiqi Günü münasibətilə 2022-ci ildə yubileyləri olan Azərbaycanın məşhur musiqi dühaları – Müslüm Maqomayev - 80, Niyazi - 110, Emin Sabitoğlu - 85, Əfrasiyab Bədəlbəyli - 115, Rauf Hacıyev - 100 və Şövkət Ələkbərova – 100 - haqqında tam mətnli siyahı hazırlayıb oxuculara təqdim edirik.
Müslüm Maqomayev - 80
Görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi, bəstəkar, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1975-ci ildə "Azərbaycan Dövlət Estrada Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə o, ölkənin hər yerində, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb. Repertuarı hərtərəfli və olduqca geniş olmuşdur. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. O, təkcə keçmiş İttifaq miqyasında deyil, bütün dünyada son dərəcə populyar və sevilən sənətkar idi. Hələ gənc yaşlarından milyonların sevimlisi olan dahi müğənninin canlı konsertlərində iştirak etmək, onunla həmsöhbət olmaq çoxlarının arzusu idi.
Dahi sənət ulduzu Müslüm Maqomayevin 2022-ci ildə 80 illiyi qeyd olunur. Bu münasibətlə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının fondunda mövcud olan onun haqqında dövrü mətbuatda çıxan məqalələrin və kitabların tam mətnli siyahısını oxuculara təqdim edirik.
Kitablarda
Anarqızı G. Müslüm Maqomayev əsl ulduz // Seçilənlər. – Bakı: CBS, 2016. – S. 48-52.
Bəhmənli V. Maqomayev planeti. – Bakı: Elm və təhsil, 2012. – 120 s.
Maqomayev M. Dahi Lanza. – Bakı: İrfan, 2012. – 392 s.
Haqqında dövrü mətbuatda
Abbaslı T. Aləmlər – Müslüm dünyası və dünya Müslümü // Mədəniyyət. – 2012. – 17 avqust. – S. 12.
Abbaslı T. Qeyri-adilik ondur – doqquzu Müslümlük // Mədəniyyət. – 2012. – 27 iyul. – S. 10.
Atakişiyev R. Böyük sənətlə görüş // Kommunist. – 1985. – 4 avqust.
Biz onu həmişə oxuyan Müslüm Maqomayev kimi xatırlayacağıq // Respublika. – 2008. – 26 oktyabr.
Böyük sənətin canlı əfsanəsi // Xalq qəzeti. – 2008. – 26 oktyabr. – S. 3.
Ey əziz anam, Azərbaycan... // Xalq qəzeti. – 1997. – 21 oktyabr. – S. 1, 3.
Hüseynov A. Nəğmələrdə yaşayan Müslüm Maqomayev // Xalq qəzeti. – 2009. - 16 avqust. – S. 5.
Kazımzadə A. Əfsanəvi sənətkarın kino fəaliyyəti // Mədəniyyət. – 2012. – 17 avqust. – S. 10.
Xəlilzadə F. “Bakı Bülbülü”nü dünya sevirdi // Mədəniyyət. – 2010. – 13 avqust. – S. 13.
Xəlilzadə F. Ötən payızdan susan bülbül // Azərbaycan. – 2009. – 16 avqust. – S. 4.
Mirzəbəyli İ. Xoş gördük, Müslüm! // Xalq qəzeti. - 2022. - 19 avqust. - № 176. - S. 1, 4.
Müslüm Maqomayevin 65 yaşı tamam oldu // Yeni Azərbaycan. – 2007. – 17 avqust. – № 147.
Müslüm Maqomayevin cənazəsi Vətənə gətirilmişdir // Azərbaycan. – 2008. – 29 oktyabr. – S. 4.
Müslüm Məhəmməd oğlu Maqomayev // Xalq qəzeti. – 2008. – 26 oktyabr.
Rzalı R. Maqomayevlərin son səsi // Azərbaycan. – 2008. – 29 oktyabr. – S. 4.
Sən mənim melodiyamsan // Xalq qəzeti. – 2017. – 19 avqust. – S. 6.
Sənsiz dünya boş qaldı // Xalq qəzeti. – 2008. – 28 oktyabr. – S. 2.
Şövkət Ələkbərova – 100
Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. 15 yaşında musiqi müsabiqəsində qalib gəlib. Bəstəkar Üzeyir Hacıbəyov və müğənni Bülbül onun istedadını yüksək qiymətləndirib. Şövkət Ələkbərova Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdiktən sonra səhnə yaradıcılığına başlayıb. 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edib. Peşəkar müğənni karyerasına Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Xorunda başlayıb. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanıb. Şövkət Ələkbərovanın repertuarına “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. Azərbaycan mahnıları və muğamları ilə bərabər, türk, fars və ərəb dillərində də mahnılar oxuyub.
Şövkət Ələkbərova 7 fevral 1993-cü ildə (70 yaş) vəfat edib və Bakıdakı Fəxri Xiyabanda dəfn edilib.
Kitablarda
Çəmənli M. Ş. Şövkət Ələkbərova. - Bakı : Şərq-Qərb, 2017. - 160 s.
Şövkət Ələkbərova //Azərbaycan musiqi dünyası. - Bakı : Nurlar, 2001. – S. 56-57.
Haqqında dövrü mətbuatda
Abbaslı T. Total-vakal layla xanım // Mədəniyyət. - 2012. - 19 oktyabr. - № 76. - S. 11.
Bir gözəl oxuyardı // Azərbaycan. – 2006. – 20 iyun. – S. 7.
Hüseynov Ə. Əbədi yaşamaq haqqı // 525-ci qəzet. - 2022. - 15 aprel. - № 65. - S. 10.
Nizamiqızı H. Qırmızı səhnənin bəyaz çiçəyi // Mədəniyyət. - 2012. - 15 fevral. - № 10. - S. 9.
Tahir R. Unudulmaz müğənni: Şövkət Ələkbərova - 80 // Xalq qəzeti. – 2002. – 29 noyabr. – S. 5.
Telman M. Oxuma bülbül, qızıl güllər solub // Azərbaycan. – 2004. – 14 noyabr.
Əfrasiyab Bədəlbəyli – 115
Ə.Bədəlbəyli Azərbaycan musiqi mədəniyyəti tarixinə görkəmli bəstəkar, musiqişünas, dirijor, musiqi ictimai xadimi kimi daxil olmuşdur. O, 19 aprel 1907-ci ildə Bakı şəhərində, xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanımın ailəsində anadan olub. Bəstəkarın yaradıcılığının ana xəttini səhnə əsərləri təşkil edir. Lakin onun ən böyük tarixi nailiyyəti milli musiqi mədəniyyətində balet janrının əsasını qoyaraq «Qız qalası» baletini yaratmasıdır. O, 33 yaşında ikən "Qız qalası" baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. O, Azərbaycan Dövlət Universitetində şərq fakültəsinin linqvistika şöbəsində təhsil almışdır. 1930-cu ildən Bədəlbəyli musiqiyə həvəs göstərərək, bir dirijor kimi S.M.Kirov adına Leninqrad opera və balet teatrında baş dirijorun assistenti kimi təhsilini davam etdirir. Hələ musiqi təhsilini bitirməmiş Ə.Bədəlbəyli M.F.Axundovun «Hacı Qara»,H.Cavidin «Səyavuş», C.Cabbarlının «Od gəlini», «Almas», «1905 ildə», «Sevil» pyeslərinə musiqi bəstələyir. Ə.Bədəlbəylinin yaradıcılığının ən səmərəli səhifələri musiqi tənqidi, tarixi — nəzəri məsələlərilə bağlıdır. O, 300 — dən artıq məqalənin müəllifidir. 1956-cı ildə Ə.Bədəlbəyli Azərbaycan musiqişünaslığına yeni bir hədiyyə «Musiqi lüğəti»ni bəxş etmişdir. Bu əsər çox böyük elmi dəyərə malikdir. Həmçinin, Ə.Bədəlbəyli musiqi tariximizə muğam əsasında ("Bayatı-Şiraz") ilk simfonik rapsodiya yazmaqla yanaşı, zərbi-muğamı ("Heyratı") simfonikləşdirən bəstəkar kimi də düşmüşdür. Ə.Bədəlbəyli təkcə Azərbaycanda deyil, XX əsr dünya şərqşünaslıq elmində musiqi şərqşünaslığının ən böyük nümayəndələrindən biridir.
Məqalələri
O, xalqımızın qəlbindədir // Ədəbiyyat və İncəsənət. – 1965. – 4 sentyabr. – S. 3.
Not yazısı necə yaranmışdır // Elm və həyat. – 1964. - № 1. – S. 17-18.
Not yazısı necə yaranmışdır // Elm və həyat. – 1964. - № 7. – S. 10-11.
Not yazısı necə yaranmışdır // Elm və həyat. – 1964. - № 8. – S. 19-20.
Haqqında kitablarda
Rza X. Əfrasiyab Bədəlbəyli // Gəl, ey səhər. - Bakı: Nağıl evi, 2004. - S. 29-32.
Haqqında dövrü mətbuatda
Abbasov Ə. Unudulmaz sənətkar: Ə. Bədəlbəyli – 70 // Ədəbiyyat və incəsənət. – 1977. – 16 aprel.
Abduləliyev A. Maestro // Panorama. – 1997. – S. 4.
Abduləliyev A. Əfrasiyab Bədəlbəyli Azərbaycan musiqisinin inkişafı yollarında
Anar. Şux adamın qəmgin sonu // Qobustan. - 2018. - № 2. - S. 15-18.
Dadaşov S. İstedadlı bəstəkar, mahir dirijor // Bakı. – 1967. – 25 aprel.
Əfəndiyeva İ. 41-45 in mahnıları : (ixtisarla) // Qobustan. - 2017. - № 1. - S. 27-28.
Quliyev İ. Milli musiqimizin qədirşünası // Mədəniyyət. – 1992. – 21 may. – S. 2.
Lalə. Şuşalı bəstəkarlar // Mədəniyyət. - 2022. - 24 iyun. - № 47. - S. 6.
Məhərrəmli C. Publisit – bəstəkar // Ədəbiyyat və incəsənət. – 1967. – 28 aprel. – S. 12.
Namazəliyev Q. Görkəmli musiqi xadimi // Ədəbiyyat və incəsənət. – 1982. – 23 aprel. – S. 5.
Ziyatay Ə. İlk baletimizin yaradıcısı // Ədəbiyyat və incəsənət. – 1967. – 28 aprel. – S. 12.
Niyazi – 110
Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində doğulub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Ü.Hacıbəyov, M.Maqomayev , Ə.Haqverdiyev, C.Məmmədquluzadə, N.Vəzirov, H.Cavid kimi dövrünün tanınmış sənət adamları, yazıçıları arasında böyüyüb. Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini 1925–1926-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirir.
Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", ”Ay bəri bax”, "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salmışdır. Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Ü.Hacıbəylinin "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxil olmuşdur.
Kitablarda
Kərimov S. Niyazi : Həyatı və yaradıcılığı haqqında monoqrafiya. - Bakı: Yazıçı, 1982. – 88 s.
Niyazi. Rast : Simfonik muğam. - Bakı: E.L. Nəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2012. - 156 s.
Rza X. (Ulutürk). Maestro // Gəl, ey səhər. - Bakı: Nağıl evi, 2004. – S. 43-70.
Haqqında dövrü mətbuatda
Abdullayev K. Maestro Niyazi möcüzə idi // Bakı. – 1993. - 24 avqust.
Adıgözəlov V. Niyazinin əbədi sənət dünyası // Azərbaycan müəllimi. – 2002. – 13-19 dekabr.
Ağazadə Ə. Maestro uşaqları çox sevirdi // Azərbaycan müəllimi. – 1991. – 5 iyul. – S. 3.
Bədəlbəyli F. Qartal zivəyə qonar // Azərbaycan gəncləri. – 1982. – 18 avqust.
Bərgüşad C. “Bənövşə” də “qızıl toy” // Azərbaycan gəncliyi. – 1984. – 18 avqust.
Cabbarov S. Maestro Niyazi Xəzərin yeni “Sakini”dir // Azərbaycan. – 2002. – 9 may.
Elbrus Ə. Maestro // Kommunist. – 1984. – 4 avqust. - № 178. – S. 2.
Əfəndiyeva İ. 41-45 in mahnıları : (ixtisarla) // Qobustan. - 2017. - № 1. - S. 27-28.
Əlizadə A. Ustad // Ədəbiyyat qəzeti. – 2013. – 22 fevral. - № 7. – S. 7.
Görkəmli dirijor və bəstəkar // Kommunist. – 1983. – 19 mart.
Hacıyev C. Ustad // Ədəbiyyat və İncəsənət. – 1986. – 2 may.
Hacıyev R. Ölüm sevinməsin qoy... // Kommunist. – 1984. – 4 avqust. - № 178. – S. 2.
Həsənli N. Yaşamağa dəyərmiş // Azərbaycan. – 1988. – 8 dekabr ; 1988. – 9 dekabr. – S. 6.
Hüseynov Ə. Bravo, Maestro! // 525-ci qəzet. - 2021. - 23 oktyabr. - № 194. - S. 20.
Hüseynov Ə. Sehrli çubuğun möcüzəsi // Azərbaycan müəllimi. – 2002. – 13-19 sentyabr.
Hüseynov R. Ustadın daha bir salamı // Ədəbiyyat qəzeti. – 1999. – 17 dekabr. - № 49. – S. 5.
Xəlilzadə F. Dünyanın tanıdığı və sevdiyi sənətkar // Azərbaycan. – 2002. – 30 noyabr.
Mehdixanlı T. Dirijor çubuğunun möcüzəsi // Azərbaycan. – 2004. – 30 may. – S. 6.
Məmmədov S. Ömür dedikləri bir karvan yolu // Azərbaycan müəllimi. – 2003. – 7-13 fevral.
Mirməmməd G. İyirmi beş ilin sınağı // Mədəniyyət. - 2009. - 19 avqust. - N 59. - S. 6.
Mirməmməd K. Yaddaşlarımıza həkk olan an // Panorama. – 1996. – 20 avqust. – S. 3.
Musiqimizin bəzi problemləri // Kommunist. – 1984. – 5 oktyabr.
N.Z. Tağızadə-Hacıbəyovun dəfni // Kommunist. – 1984. – 5 avqust. - № 179. – S. 2-3.
Namazəliyev Q. Dirijor Niyazidir // Ədəbiyyat və İncəsənət. – 1980. – 11 yanvar.
Namazəliyev Q. Sehrli əllərin sahibi // Ədəbiyyat və İncəsənət. – 1981. - S. 2.
Niyazi (1912-1984) : görkəmli şəxsiyyətlər // Savalan. - 2016. - 17-23 may. - № 28. - S. 2.
Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov // Kommunist. – 1984. – 4 avqust. - № 178. – S. 2.
Quliyev T. Sənətkar qüdrəti // Kommunist. – 1981. – 12 fevral.
Tağızadə Ş. Maestro Niyazinin ev-muzeyi // Azərbaycan. - 2005. - 25 dekabr. - S.7.
Turan. Unudulmaz Maestro // Mədəniyyət. - 2008. - 14 avqust. - S. 5.
Vahid T. Dahilər ölmür // Mədəniyyət. – 2011. – 19 avqust. – S. 6.
Vidadi M. Musiqimizin gözəlliyindən doymamışam // Ulduz. – 1976. - № 12. – S. 42-47.
Zümrüd. Əsrlərin mifləşmiş sənətkarı // Səs. - 2016. - 7 yanvar. - № 2. - S. 12.
Rauf Hacıyev – 100
Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlardan musiqi istedadı biruzə verən Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun rolu böyük olmuşdur. Belə ki, Raufun fortepiano üçün pyeslərini ("Tarantella", "Dağıstan", "Ləzgihəngi") dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirmiş və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələmişdir. Onların arasında xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirmişdir. O, 15-ə yaxın filmə ("Əhməd hardadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar" və s.) musiqi yazmışdır. R. Hacıyev 7 operetta yazmışdır. Təqdirəlayiqdir ki, onlardan beşi məhz Moskva Dövlət Operetta teatrının səhnəsində tamaşaya qoyulmuşdur. R. Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası “Romeo mənim qonşumdur” adlanır. Bundan başqa Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən "Dördüncü fəqərə", "Qafqaz əsiri", "Ana, mən evlənirəm", "Yolayrıcında" operettalarını da qeyd etmək olar.
Kitablarda
Əlibəyli Ə. Azərbaycan: Musiqisi Rauf Hacıyevindir // Nəğmələr. - Bakı: "Nat" MMC, 2016. – S. 24-25.
Haqqında dövrü mətbuatda
Bu gün Xalq artisti, bəstəkar Rauf Hacıyevin anadan olmasından 99 il ötür
Əliyeva İ. Musiqimizi dünyaya yetirən bəstəkar // Azərbaycan. – 2022. – 15 may. - № 101. – S. 10.
Əskərova S. Əlcəzairdə o günlər... // Qobustan. - 2018. - № 4. - S. 49-50.
Xəlilzadə F. Əlcəzair milli baletini yaradan bəstəkar // Azərbaycan. – 2012. – 15 may. - № 105.
Quliyeva L. Təkrarsız musiqilərin unudulmaz bəstəkarı // 525-ci qəzet. - 2022. - 14 may. - S. 19.
Qurbanov B. Nikbin ruhlu sənətkar : Rauf Hacıyev - 70 // Mədəniyyət. – 1992. – 14 may. – S. 4.
Məmmədova T. Mahnılarda çağlayan ömür // Azərbaycan müəllimi. – 1992. – 24 iyun.
Rauf Hacıyev (1922-1995): Görkəmli şəxsiyyətlər // Savalan. - 2021. - 7-13 dekabr. - № 39. - S. 2.
Emin Sabitoğlu – 85
Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib. Emin Sabiroğlu ki, musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifidir və həmin əsərlər bu gün də sevə-sevə dinlənilir, mahnıları dillər əzbəridir. O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq" ”Dərələr", "Dağlar", "İnsaf da yaxşı şeydir" və dillər əzbəri olan neçə-neçə mahnılar Emin Sabitoğlu həyatda olmasa da, onun yaradıcılığını bu gün də yaşatmaqdadır...
Əsərləri
Əlvida : Səs və fortepiano üçün mahnılar. - Bakı: Şərq-Qərb, 2017. - 256 s.
Simfoniya : [Not] : Böyük simfonik orkestr üçün partitura. - Bakı: Şərq-Qərb, 2017. - 116 s.
Haqqında kitablarda
Anarqızı G. Emin Sabitoğlu xatirələrdə // Seçilənlər. - Bakı: CBS, 2016. – S. 56-59.
Əfəndiyeva İ. Emin Sabitoğlu. - Bakı: Şərq-Qərb, 2014. - 32 s.
Mahmudova C. Emin Sabitoğlu. - Bakı: Şərq-Qərb, 2016. - 148 s.
Haqqında dövrü mətbuatda
Anar. Altmış yaşın sevinci // Azərbaycan. – 1997. – 10 dekabr.
Bürcəliyeva Ş. Kinonun ruhunu duyan bəstəkar // Mədəniyyət. – 3 oktyabr. – № 77. - S. 13.
Emin C. Emin Sabitoğlunun sorağında // 525-ci qəzet. - 2018. - 20 oktyabr. - S.23.
Emin Sabit oğlu Mahmudov // Xalq qəzeti. – 2000. – 19 noyabr. – S.2.
Emin Sabitoğlunun barelyefi qoyuldu // Yeni Azərbaycan. – 2007. – 20 dekabr.
Əbilov E. Emin Sabitoğlu dünyası... // 525-ci qəzet . - 2021. - 5 avqust. - S.10.
Xədicə. Emin Sabitoğlu haqqında kitab nəşr olundu // 525-ci qəzet . - 2018 . - 17 fevral. - S. 12.
Xəlifəzadə H. C. Ürəklərdə yaşayan bəstəkar // Azərbaycan. – 2007. – 27 oktyabr.
Müşfiq Ş. Emin Sabitoğlu və beş ulduz // 525-ci qəzet 2017. - 25 noyabr. - S. 24.