Uşağınızın sağlamlığı haqqında hər şey / Y. A. Matyuxina [et al.] ; tərc. ed. G. Bəkirova ; red. T. Bədəlova. - Bakı : Qanun, 2017. - 344 s.
Bu kitab, həqiqətən, sehrli bir kitabdır. Burada uşağınızın dünyaya gəldiyi ilk gündən bir yaşına qədər ona qulluqla əlaqədar olan ən vacib şeyləri biləcəksiniz. Çətin vəziyyətlərdə özünüzü itirməməyi öyrənəcək, körpənizi isə sağlam və xoşbəxt görəcəksiniz. Siz yeni doğulmuş körpənin hansı xüsusiyyətlərə malik olduğunu, geniş yayılmış uşaq xəstəlikləri zamanı körpənizə ilkin yardım göstərməyi öyrənəcəksiniz. Kitabın məqsədi azyaşlı körpəsi olan valideynləri maarifləndirməkdir. Sizin uşağınız açıq, lakin oxunmamış heyrətamiz bir kitabdır. Bizim kitabı oxuyun və siz başa düşəcəksiniz ki, istənilən yaşda olan uşağa inamlı münasibət bəsləməklə ən ağır vəziyyətdən çıxmaq nə qədər sadədir və uşağın inkişaf mərələsi nə qədər mürəkkəbdir. Bu kitabın hər bir səhifəsi özündə yalnız yeni kəşfləri deyil, eyni zamanda ən mürəkkəb sirlərin açarını gizlədir.