Könül mülkünün sultanı Məhəmməd Füzuli – 530

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və mütəfəkkir Məhəmməd Füzuli 1494-cü ildə İraqın Kərbala şəhərində anadan olmuşdur. Görkəmli şair ilk təhsilini Kərbəla şəhərində almışdır. Şair öz şəxsi mütaliəsi sayəsində ədəbiyyat, riyaziyyat, astronomiya elmlərinə dərindən yiyələnmiş, klassik türk, ərəb və fars dillərini öyrənmişdir. Dövrün elmlərini öyrənməkdə yüksək mərtəbəyə çatan şair bu fəzilətinə görə “Mövlana” ləqəbini almışdır. O, yaradıcılığa erkən yaşlarından başlamış, Füzuli təxəllüsü ilə çoxsaylı əsərlər yazmışdır.