Təqvim 2022 : Şuşa 270 / Azərbaycan Milli Kitabxanası ; bş red. K. M. Tahirov ; məsul kati C. Həşim ; red. E. Nəciyev. - Bakı : M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2022. - 888 s.
"Əlamətdar və tarixi günlər təqvimi" il ərzində yubileyi qeyd olunacaq müəyyən əlamətdar hadisələr və həmin hadisələrə aid məlumatlarla bağlı günlərin seçmə siyahısından ibarət illik təqvimdir. Təqvimə milli və dünya ədəbiyyatının, incəsənətin, elmin, texnikanın və müxtəlif elm sahələrinin ən görkəmli nümayəndələri, Azərbaycan Respublikasının, keçmiş SSRİ-nin fəxri adlarına layiq görülmüş, həmçinin mədəniyyət, incəsənət, ədəbiyyat və elm sahələrində mühüm xidmətləri olan, elmi və yaradıcılıq fəaiyyəti göstərən insanlar haqqında, mədəniyyətlə bağlı milli və beynəlxalq günlər, peşə bayramları və digər mühüm məlumatlar daxil edilmişdir. Təqvimdə Şuşa şəhərinin tarixinə, mədəniyyətinə, görkəmli şəxsiyyətlərinə, işğaldan sonra şəhərin bərpası, dirçəldilməsi, tarixi simasının və əvvəlki şöhrətinin qaytarılması üçün aparılan yenidənqurma işlərinə dair zəngin məlumatlar öz əksini tapmışdır.