Vaqif XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri olmuşdur. Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir. Ədəbiyyatımıza, poeziyanın inkişafına geniş töhfələr vermiş şairin əsərləri, haqqında deyilən dəyərli sözləri, dövrü mətbuatda və kitablarda dərc olunan məqalələrin tammətnli biblioqrafik siyahısını hazırlayıb sizlərə təqdim edirik.
Molla Pənah Vaqif haqqında qiymətli fikirlər
Vaqifin vəfatından 200 il sonra biz Şuşada onun məzarı üzərində əzəmətli bir məqbərə ucaltdıq. Bu, həm Vaqifin yaradıcılığına, həm də, ümumiyyətlə, ədəbiyyata, şeirə, mədəniyyətə olan münasibətimiz idi.
Molla Pənah Vaqif Azərbaycan xalqının fəxri, böyük şairimizdir.
Heydər Əliyev / Azərbaycan xalqının ümummilli lideri
Vaqif kamal, ədəb və elm sahibi bir sima idi.
Mirzə Adıgözəl bəy/ Tarixçi
Şairlərdən Molla Pənah Vaqif təblərinin gözəlliyi ilə məşhur olmuşdur.
Abbasqulu ağa Bakıxanov /şair, yazıçı, alim, mütəfəkkir, tərcüməçi
Amma mən əyyami-səyahətimdə səfhəyi-Qarabağda Molla Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ ilə onda göründü.
Mirzə Fətəli Axundov / yazıçı-dramaturq, ictimai xadim
Оnun şеir və qəzəliyyatı bizim Azərbaycan türklərinə ziyadə xоş gəlir və hər nə оnun qələmindən zuhura gəlibsə tamamı ürəkdən və həqiqi həyatdan nəşət еdən əsərlərdir. Milli şairlərimizdən оnun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şеir və qəzəl yazan az оlub.
***
Yüz sənə bundan əqdəm ata və babalarımızın dolanacağını, ədəb və əxlaqını, əlbisə və ətiməməsini, arzu və təmannalarını, fikir və həyatını və bilcümlə o əsrin övza və dəstgahını, ustadi-bimisl olan Vaqif gözəl əşar və kəlami-abdarı ilə yazıb gələcək nəsil üçün unudulmayan bir əlamət və yadigar qoyubdur.
Firidun bəy Köçərli / Maarifçi, pedaqoq, ədəbiyyatşünas, publisist
Sadə Azərbaycan sözləri ilə camaatımızın qana biləcəyi bir şəkildə şeir yaratmaq üçün Vaqifin üslubundan asan və əlverişli bir üslub yoxdur. Odur ki, həmin üslub Vaqifdən sonra şairlərimiz üçün bir qəlib şəklinə girmişdir.
***
Yüksək və bədii bir zövqə malik olan Vaqif kimi gözü açıq bir şair dərin bir siyasi düşüncəyə malik olmaya bilməzdi.
***
Böyük mütəfəkkirimiz Mirzə Fətəli Axundov bir filosof və dövlət adamı kimi milli nəsrimizə nə qədər xidmət göstərmişdirsə, Vaqif də milli şeirimizə o qədər xidmət eləmişdir.
Məmməd Səid Ordubadi /Azərbaycanın Əməkdar İncəsənət xadimi, yazıçı
Azəri övladları ən əvvəl proletar şairi doğma Sabirin, xalq şairimiz Vaqifin, Zakirin, Vidadinin mübariz ruhlu şeirlərini bilməlidirlər.
Nəriman Nərimanov / ictimai-siyasi xadim, yazıçı, publisist
Vaqifin şeirlərində Vaqifə məxsus bir sadəlik, gözəllik və zarafat var ki, sonra gələn şairlərimizə müyəssər olmadılar. Vaqif gözəllik şairidir. Bütün ilhamı da buna həsr olunubdur.
Yusif Vəzir Çəmənzəminli / Dövlət xadimi, yazıçı
Vaqifin ədəbi fəaliyyəti mühitin canlı təsiri ilə başlayır. Onun yeni duyğular və düşüncələrlə tənəffüs edən şeiri dağ çeşmələri qədər saf və təmizdir. Mənzumələri, hər şey sadə, hər şey adi olmaqla bərabər gözəldir. Canlı, cazibəli və dağ çiçəkləri qədər təbii və səmimidir. O, rəng və qoxunu kənd mühitindən, yaşağı təbiətdən alır, oxuculara buraxdığı canlı təsirin füsunu bundan doğuyur.
Abdulla Şaiq / şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi
Vaqif təkcə böyük şair deyildi, o həm də görkəmli siyasi xadim və diplomat idi, xalq arasında da müdrik bir ağsaqqal kimi məşhurlaşmışdı.
***
Ey könül yolçusu, gülər sənətkar,
Qədrini bilmədi sənin saraylar.
İran ordusunu yeridəndə, sən
Dedin ki, yadlara keçməsin vətən!
Dedin ki, el dili, el şeiri gərək,
Böyük bir ölkədə qanad gərərək,
Üfüqdən-üfüqə çapsın atını...
Səməd Vurğun / Xalq şairi
Vaqif istedadlı şair, eyni zamanda ictimai dövlət xadimi idi.
İsmayıl Şıxlı / Xalq yazıçısı
Vaqif şeirinin dili təbii və sadə olduğu qədər mənalı və dolğundur.
Mirzə İbrahimov /Xalq yazıçı
Gözəllərə şeir deyən, yaşılbaşları tərifləyən, təbiətin gözəlliklərindən nəşə duyan, özünün dediyi kimi “dünyanın hər şərbətini içməyə” çalışan rübabi şair Vaqif eyni zamanda ağıllı bir dövlət xadimidir, diplomatdır, vətənpərvərdir, xalqının dərdini düşünən gözəl bir vətəndaşdır.
***
Vaqifin sadəliyi, büllur çeşmə kimi qaynayan misraları, onun əsərlərini öz əseinə xas olan gözəlliklərdən məhrum etməmişdir.
Mehdi Hüseyn / Xalq yazıçısı
Biz M.P.Vaqif ənənələrindən də öyrənməli, bu ənənələrdən günümüzün ədəbi-bədii tələblərinə müvafiq olaraq istifadə etməliyik.
Süleyman Rəhimov /Xalq yazıçısı
Yeni Azərbaycan şeirinin yaradıcısı, misilsiz qoşma və qəzəllər ustası Molla Pənah Vaqifin poeziyası son dərəcə zəngin və cazibədardır.
***
Vaqif - XVIII əsrin ən böyük şairi, mütəfəkkiri, xalqın sevimlisi, aşıqların ustadı və görkəmli dövlət xadimidir. Onun mahnıları xalq arasında çox məşhurdur, onun adı ən səmimi, təsirli lirizmin rəmzinə çevrilmişdir. Lakin gözəllik, xoşbəxtlik, günəş müğənnisi olan Vaqif həyatın qüsürlarına da qətiyyət gözünü yummamışdır. Onun rübabı yer üzündə zülmü və zorakılığı ifşa etmək, xalqın iztirablarını təsvir etməkdir.
Mikayıl Rəfili /Ədəbiyyatşünas, alim
Vaqif bütün varlığı, ilhamı ilə həyata, insan gözəlliyinə vurğun, həyat aşiqli bir sənətkardır.
Mirzəağa Quluzadə /professor
Vaqif yaradıcılığı ilə Azərbaycan şeiri tarixində yeni dövr başlanır.
Həmid Araslı /akademik
Vaqifin qoşmalarından hansını götürsəniz, onda Azərbaycan çöllərinin gözəl ətrini, qarlı dağlarının saf havasını, çağlayıb axan duru sularının şırıltısını və bu səfalı, həyatverici, təbiət qucağında gəzib əylənən, bəzənib nazlanan Azərbaycan pərilərinin oynaq simasını duyarsınız.
Əziz Şərif /professor, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi
Vaqifi poeziyanın qüdrətli, əvəzsiz yaradıcısı kimi tanıtmaq lazımdır.
Məsud Əlioğlu/yazıçı
XVIII əsrdə Azərbaycanın dövlət xadimi, istedadlı şairimiz Vaqif də Rusiya ilə müttəfiq olmaq tərəfdarı idi.
Heydər Hüseynov/ictimai xadim, fəlsəfə elmlər doktoru, professor
Yüksək insani hislər aşılayan, coşğun və nikbin Vaqif poeziyası bu gün də bizimlədir.
Araz Dadaşzadə /əməkdar elm xadimi, tənqidçi, ədəbiyyatşünas
XVII-XVIII əsrlərdə, xüsusən M. V. Vidadi - M.P.Vaqif xətti ilə qoşmanın ədəbi-bədii təfəkkürün ifadə-janr normasına çevrilməsi həm məzmun, həm də ifadə planında milli mədəniyyətin təşəkkülü prosesinin təzahürüdür.
Nizami Cəfərov/professor, əməkdar elm xadimi
Vidadi və bilxassə Vaqifin fəaliyyəti azəri ədəbiyyatında yeni və parlaq mərhələ idi.
Səlim Rəfiq Rəfioğlu /Türk alimi
Vaqif sadə dilli, zəngin məzmunlu şeir toxumunu münbit bir poeziya torpağına səpmişdir.
Əhməd Cəfəroğlu /Türk alimi
Vaqifin yetişməsi öz zəmanəsinin ən fərəhli ədəbi hadisələrindən idi.
***
Vaqif, xüsusilə təcrübəli mühəndis kimi tanınmışdır. Şuşadakı Xan sarayı, yaşayış yerləri və qala hasarları onun tərifindən tikilmişdir.
Adolf Berje /rus tarixçi, şərqşünas
Əsərləri kitablarda
Əsərləri : [Brail] : 4 kitabda. - Bakı: Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzi MMC, 2012. - 82 s. - Kitab Brayl əlifbası ilə çap olunmuşdur.
Əsərləri : [Elektron resurs] : Poeziya. - Bakı: İnnovativ Tədris Mənbələri (İTM) QSC, 2012. - 1 el. opt. disk (CD-ROM). - (Nizami layihəsi).
Əsərləri : poeziya ; tərt.ed. H. Araslı. - Təkrar nəşr. - Bakı: Şərq-Qərb, 2004. - 264 s.
Əsərləri dövrü mətbuatda
Görmədim : şeir // Ədəbiyyat qəzeti. - 2021. - 4 sentyabr. - № 35. - S. 7.
Görmədim ; Durnalar ; Yoxdur : şeirlər // Ədəbiyyat qəzeti. - 2013. - 6 sentyabr. - № 33. - S. 3.
Hər kimin canam kim, bir əhli-ürfan olmaya ; Vidadidən gələn kağız məni fərxəndəhal etdi ; Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş və b. : şeirlər // Azərbaycan. - 2021. - 31 avqust. - № 183. - S. 9.
Haqqında bədii əsərlər kitablarda
Çəmənzəminli Y. V. İki od arasında // Əsərləri. 3 cilddə. - Bakı: Avrasiya Press, 2005.- C.2. – S. 451-663.
Çəmənzəminli Y. V. Qan içində. - Bakı: Qələm, 2017. - 56 s.
Dadaşzadə A. Molla Pənah Vaqif : Həyat və yaradıcılığı haqqında oçerk. – Bakı: Azərnəşr, 1968. – 36 s. – Kiril qrafikası ilə.
Vurğun S. (1906 - 1956). Şairin ölümü : Molla Pənah Vaqifə həsr olunur // Azərbaycan : tarixi poema (1934-1935). - Bakı: Şərq-Qərb, 2015. - S. 40-43.
Vurğun S. Vaqif : dram // Seçilmiş əsərlər. 5 cilddə. - Bakı: Şərq-Qərb, 2005. – C.4. – S. 7-135.
Haqqında bədii əsərlər dövrü mətbuatda
Həsənzadə N. Vaqif : şeir // Ədəbiyyat qəzeti. – 2012. – 27 yanvar. - № 3. – S. 1.
Kürçaylı Ə. Vaqif : şeir // Azərbaycan. – 1968. – iyul. - № 9. – S.13.
Pənahov P. Pənah dərs alıbdır Molla Pənahdan : şeir // Kommunist. – 1968. – 22 noyabr. – № 273. - S. 3.
Rahim M. Gözəllik şairi çağrılır adın : şeir // Bakı. – 1968. – 21 noyabr. - № 272. – S. 2.
Sarıvəlli O. Güllə, çiçəklə : şeir // Kommunist. – 1968. – 22 noyabr. – № 273. - S. 1.
Haqqında kitablarda yazılanlar
Əlioğlu M. (1928-1973). Gözəllik tükənməzdir : Molla Pənah Vaqifin yaradıcılığı haqqında // Darıxan adamlar. 2 cilddə. - Bakı: Təhsil, 2009. – C.1. - S. 78-84.
Əlioğlu M. (1928-1973). Vaqif sevirdi, Vaqif sevilir : anadan olmasının 250 illiyi münasibətilə // Darıxan adamlar. 2 cilddə. - Bakı: Təhsil, 2009. – C.1. - S. 310-319.
Əlioğlu M. (1928-1973). Vaqif və Vidadi // Darıxan adamlar. 2 cilddə. - Bakı: Təhsil, 2009. – C.1. - S. 85-93.
Köçərli F. Molla Pənah “Vaqif” Təxəllüs // Azərbaycan ədəbiyyatı. 2 cilddə.– Bakı: Avrasiya Press, 2005. – C.1. - S. 126-157.
Molla Pənah Vaqif // Azərbaycan Ədəbiyyatı Tarixi. 6 cilddə. – Bakı: Elm, 2009. – C.3. - S. 650-678.
Mümtaz S. Molla Pənah Vaqif // Azərbaycan ədəbiyyatının qaynaqları. – Bakı: Avrasiya Press, 2006. – S. 31-74.
Haqqında dövrü mətbuatda yazılanlar
Abaşitze Q. Dostluq carçısı : M.P.Vaqif – 250 // Kommunist. – 1968. – 22 noyabr. – № 273. - S. 2.
Abbasquliyev Ə. Vaqif nikbinliyi // Azərbaycan gəncləri. – 1968. – 19 noyabr. – S. 3.
Abbaslı T. Bir eldə ki – Sənətkar şair olmaya, o eli, o obanı, o xalqı... // Mədəniyyət. – 2016. – 6 aprel. - № 26. – S. 13.
Abbaslı T. Molla Pənah Vaqif : on səkkizinci yüzil xanlarından birinin vəziri, poeziyanın isə padşahı... // Mədəniyyət. - 2017. - 5 aprel. - № 25. - S. 15.
Abbasov İ. Vaqif erməni əlyazmalarında // Azərbaycan. – 1968. - № 9. – S. 45-46.
Abbasov M. Vaqif lirikasının bəzi xüsusiyyətləri : Vaqifin anadan olmasının 250 illiyi qarşısında // Ədəbiyyat və incəsənət. – 1968. – 13 iyul. – S. 4.
Abbaszadə H. Həyat aşiqi : Şuşada başlanacaq, Qazaxda davam etdiriləcək // Kommunist. – 1982. – 28 iyul. – S. 4.
Abdullayev Ə. Şeirimiz rənglərdə // Bakı. – 1968. – 5 sentyabr.
Ağayev R. 38 il öncəki 29 iyul günü Şuşada : 29 iyul 1982-ci il: Şuşada Vaqif poeziya günləri // 525-ci qəzet. - 2020. - 29 iyul. - № 78. - S. 7.
Anar. Dilimizi yaşadanlar // Ədəbiyyat qəzeti. - 2018. - 31 mart. - № 11. - S. 10-12.
Ankarada "Molla Pənah Vaqif ili"nin açılışı oldu // Ədəbiyyat qəzeti. - 2017. - 4 mart. - № 8. - S. 25.
Araslı H. Onu düşünərkən... : M.P.Vaqif – 250 // Ədəbiyyat və incəsənət. – 1968. – 23 noyabr. – S. 8-9.
Araslı H. Şeirimizin fəxri : Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 250 illiyi // Bakı. – 1968. – 21 noyabr. - № 272. – S. 1, 2.
Azadi S. Vaqif poeziya günləri: Böyük Qayıdışımızın daha bir təntənəsi // İki sahil. - 2021. - 31 avqust. - № 155. - S. 17.
Azəri L. Vaqif poeziyası və musiqi : Molla Pənah Vaqif - 300 // Mədəniyyət. - 2017. - 22 noyabr. - № 91. - S. 12.
Bağırlı A. Azərbaycan ədəbiyyatında Molla Pənah Vaqifin bədii obrazı : Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır // Azərbaycan : qəzet. - 2021. - 31 avqust. - № 183. - S. 9.
Bayramov A. Molla Pənah Vaqif və "Vaqif" pyesi : Molla Pənah Vaqif - 300 // Mədəniyyət. - 2017. - 21 aprel. - № 30. - S. 12.
Bədəlov E., Orucov H. Onu dünya oxuyur : Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 250 illiyi // Bakı. – 1968. – 21 noyabr. - № 272. – S. 3.
Bəşirov Q. Salam sizə!.. : M.P.Vaqif – 250 // Kommunist. – 1968. – 22 noyabr. – № 273. - S. 2.
Bəşirov V. Böyük şair, ictimai xadim : Molla Pənah Vaqif – 300 // Azərbaycan Müəllimi. - 2017. - 25 fevral. - № 7. - S. 10.
Bizim müasirimiz : M.P.Vaqif – 250 // Kommunist. – 1968. – 22 noyabr. – № 273. - S. 1.
Bizim müasirimiz : SSRİ yazıçılar ittifaqının və Azərbaycan yazıçılar ittifaqının birləşmiş yubiley plenumu // Azərbaycan gəncləri. – 1968. – 23 noyabr. – № 139. – S. 2.
Bizim müasirimiz : SSRİ yazıçılar ittifaqının və Azərbaycan yazıçılar ittifaqının birləşmiş yubiley plenumu // Ədəbiyyat və incəsənət. – 1968. – 23 noyabr. – S. 2.
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (12 yanvar 2017-ci il) // Azərbaycan : qəzet. - 2017. - 13 yanvar. - № 7. - S. 3.
Bu çəmənlərdə gəzib Vaqifin şux gözəli... : Mədəniyyət paytaxtında poeziya bayramı // Mədəniyyət. - 2021. - 1 sentyabr. - № 65. - S. 4.
Bu gün Qazaxda // Azərbaycan gəncləri. – 1968. – 21 noyabr. - № 138. – S. 2.
Budaqova Z. Söz sərrafı // Ədəbiyyat və incəsənət. – 1968. – 19 oktyabr. – S. 3-4.
Cəfərov N. Doğru halət görmədim, "Həpsi rəngdir" : Molla Pənah Vaqifin "Görmədim"i ilə Səməd Mənsurun "Həpsi rəngdir" şeirləri arasındakı fərq // Ədəbiyyat qəzeti. - 2017. - 11 fevral. - № 5. - S. 10-11.
Cəfərov N. Hər oxuyan Molla Pənah olmaz yaxud Vaqifin fəlsəfəsi // Ədəbiyyat qəzeti. – 2016. – 23 aprel. – S. 22.
Cəfərov N. Xalqın böyük şairi : Molla Pənah Vaqif - 300 / N. Cəfərov // Azərbaycan. - 2017. - 19 aprel. - № 81. - S. 7.
Cəfərov N. Molla Pənah Vaqif yaxud milli intibah şairinin yubileyinə ön söz : Molla Pənah Vaqif – 300 // Ədəbiyyat qəzeti. – 2016. – 30 iyul. – № 28. - S. 16-17.
Cəmşidov Ş. Şair haqqında nağıl : M.P.Vaqifin anadan olmasının 250 illiyi qarşısında // Bakı. – 1968. – 10 sentyabr.
Cəmşidov Ş. Şairin iki qoşması haqqında : M.P.Vaqif – 250 // Azərbaycan gəncləri. – 1968. – 17 sentyabr.
Dadaşzadə A. Tədqiq tarixinə nəzər : M.P.Vaqif – 250 // Ədəbiyyat və incəsənət. – 1968. – 23 noyabr. – S. 13.
Dadaşzadə A. Vaqif müasirimizdir : M.P.Vaqif – 270 // Ədəbiyyat və incəsənət. – 1987. – 24 iyul. - № 30. – S. 5.
Dadaşzadə A. Vaqif və realizmin bəzi problemləri // Azərbaycan. – 1968. - № 9. – S. 21-25.
Əfqan Ə. Kür qırağının əcəb seyrəngahı var : M.P.Vaqif - 250 // Kommunist. – 1968. – 22 noyabr. – № 273. - S. 4.
Əhmədov R. Mirzə Fətəli Axundzadənin ədəbi tənqidi və ya onun imtahanından üzüağ çıxan Molla Pənah Vaqif // Kaspi. - 2017. - 2-4 dekabr. - № 205. - S. 7.
Əlibəyzadə E. Dildə Vaqif bədii gerçəkliyi : M.P.Vaqif – 250 // Azərbaycan gəncləri. – 1968. – 12 noyabr.
Əlibəyzadə E. M. P. Vaqif və canlı dil: M.P.Vaqif - 250 // Azərbaycan müəllimi. – 1968. – 9 oktyabr. – S. 4.
Əlioğlu M. Vaqif sevirdi, Vaqif sevilir : Anadan olmasının 250 illiyi // Azərbaycan məktəbi. – 1968. - № 8. – S. 10-14.
Əliyev K. Molla Pənah Vaqif realizmi və folklor / K. Əliyev // Kaspi. - 2017. - 10 iyun. - № 103. - S. 15.
Əliyev M. Molla Pənah Vaqif və Məhtimqulu Fəraqi poeziyasının özəllikləri // Ədəbiyyat qəzeti. - 2017. - 18 noyabr. - № 41. - S. 27.
Əmirov F. Vaqif : M.P.Vaqif - 250 // Kommunist. – 1968. – 22 noyabr. – № 273. - S. 3.
Fariz. Üç əsri arxada qoyan qüdrətli söz ustadı : Molla Pənah Vaqifin 300 illik yubileyi təntənəli mərasimlə qeyd olundu // Mədəniyyət. - 2017. - 8 dekabr. - № 96. - S. 2.
Fərəcov S. Vaqif, yardan eşit gələn cavabı... // Mədəniyyət. – 2015. - 7 dekabr. - № 77. – S. 14.
Fərzəliyev Ə. M. P. Vaqifin şeirlərində bədii təsvir vasitələri // Azərbaycan müəllimi. – 1979. – 23 yanvar.
Hacıyev R. Mədəniyyətimizin bayramı : M.P.Vaqif – 250 // Ədəbiyyat və incəsənət. – 1968. – 23 noyabr. – S. 4.
Hacıyev T. Vaqifin şirin dili // Azərbaycan müəllimi. – 1981. – 29 aprel.
Hacıyev T. Vaqif sözünün estetik boyaları : M.P.Vaqif – 250 // Azərbaycan müəllimi. – 1968. – 22 noyabr. – № 94. - S. 2.
Heyran olmuşam : M.P.Vaqif – 270 // Ədəbiyyat və incəsənət. – 1987. – 24 iyul. - № 30. – S. 5.
Həbibbəyli İ. Böyük qayıdışın əbədi təntənəsi // Ədəbiyyat qəzeti. - 2021. - 4 sentyabr. - № 35. - S. 22.
Həbibbəyli İ. Molla Pənah olan şair : Molla Pənah Vaqif – 300 // Azərbaycan. - 2017. - 28 fevral. - № 45. - S. 9.
Həbibbəyli İ. Molla Pənah Vaqif : Erkən realizm ədəbi cərəyanının yaradıcısı: Akademik Məmməd Cəfər Cəfərovun xatirəsinə // Ədəbiyyat qəzeti. - 2021. - 31 iyul. - № 31. - S. 16-18.
Həsənova C. M.P.Vaqifin həyat və yaradıcılığının tədrisi // Təhsil problemləri. – 2011. – 16-23 may. – S. 11.
Həsənzadə N. Şuşalı günlər // Ədəbiyyat qəzeti. - 2021. - 4 sentyabr. - № 35. - S. 9.
Hüseyn K. “Vaqif, müasirləri və davamçıları” : Vaqifin anadan olmasının 250 illiyi qarşısında // Ədəbiyyat və incəsənət. – 1968. – 13 iyul. – S. 3.
Hüseynoğlu S. Bala anasına qovuşan kimi... // Ədəbiyyat qəzeti. - 2021. - 4 sentyabr. - № 35. - S. 25.
Xalid Ə. Məhəbbət və gözəllik tərənnümçüsü // Azərbaycan gəncləri. – 1968. – 21 noyabr. – № 138. – S. 2.
Xalq şairi : M.P.Vaqif – 250 // Kommunist. – 1968. – 22 noyabr. – № 273. - S. 1.
Xatirə gecəsi : Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 250 illiyi // Bakı. – 1968. – 21 noyabr. - № 272. – S. 4.
Xəlil Z. Sevdiyim şair // Ədəbiyyat və incəsənət. – 1968. – 16 noyabr. – S. 4.
Xəlilov Q. Fəxri vətəndaş : M.P.Vaqif – 250 // Azərbaycan müəllimi. – 1968. – 22 noyabr. – № 94. - S. 1.
Xəlilov Q. Görkəmli realist sənətkar : Molla Pənah Vaqifin anadan olmasının 250 illiyi qarşısında // Kommunist. – 1968. – 11 oktyabr.
Xəlilov N. Vaqif lirikasında əxlaq və estetika // Azərbaycan müəllimi. – 1968. – 13 sentyabr.
Xəlilov P. Şairin bədii surəti // Azərbaycan. – 1968. - № 9. – S. 37-41.
Xəlilov P. Şairin bədii surətləri : Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 250 illiyi // Bakı. – 1968. – 21 noyabr. - № 272. – S. 3.
Xəlilov S. Milli varlığımızın mənəvi sütunları // Ədəbiyyat qəzeti. – 2013. – 6 sentyabr. – № 33. – S. 3.
Xəlilzadə F. Cahan mülkünün əbədi halı // Kaspi. - 2017. - 24-29 iyun. - № 112. - S. 7.
Xəlilzadə F. Dövründən gileyli şair : Molla Pənah Vaqif – 290 // Azərbaycan. – 2007. – 21 noyabr. – S. 11.
İbrahimov M. Xalq şairi : M.P.Vaqif – 250 // Ədəbiyyat və incəsənət. – 1968. – 23 noyabr. – S. 4.
İbrahimov M. Realist lirika : M.P.Vaqif – 250 // Kommunist. – 1968. – 22 noyabr. – № 273. - S. 2.
İsgəngərov A. Daha bir arzum : M.P.Vaqif – 250 // Kommunist. – 1968. – 22 noyabr. – № 273. - S. 2.
Kamal R. Molla Pənah Vaqif : Gözün tarixi // Ədəbiyyat qəzeti. - 2015. - 31 oktyabr. - № 56. - S. 12.
Kamal R. Molla Pənah Vaqifin güzgüsü // Ədəbiyyat qəzeti. - 2017. - 20 may. - № 18. - S. 25.
Kamal R. İki Vaqifin məsdər istəyi : linqvistik etüd // Ədəbiyyat qəzeti. - 2017. - 15 aprel. - № 13. - S. 23.
Kamal R. Molla Pənah Vaqif və Səməd Vurğun: felin enerjisi // Ədəbiyyat qəzeti. - 2015. - 13 fevral. - № 9/10. - S. 5.
Kamal R. Papirosum yana-yana... // Ədəbiyyat qəzeti. - 2019. - 16 mart. - № 10. - S. 28.
Kazımov A. Səhnəmizin Vaqifi : M.P.Vaqif – 270 // Ədəbiyyat və incəsənət. – 1987. – 24 iyul. - № 30. – S. 5.
Kerbabayev B. Alqış ölməzliyə! : M.P.Vaqif – 250 // Kommunist. – 1968. – 22 noyabr. – № 273. - S. 2.
Kürçaylı Ə. Canlı məhəbbət çeşməsi : Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 250 illiyi // Bakı. – 1968. – 21 noyabr. - № 272. – S. 2.
Qarabağ - mədəniyyətimizin beşiyi : Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ; Saatlı məscidi ; Hacı Bədəl körpüsü ; Həmzə Soltan sarayı ; Gəncəsər monastır kompleksi // Mədəniyyət. - 2020. - 22 oktyabr. - № 78. - S. 3.
Qarabağda Vaqif günləri : Vaqifin anadan olmasının 250 illiyi qarşısında // Ədəbiyyat və incəsənət. – 1968. – 27 iyul. – S. 3.
Qarayev T. İllərlə yaşayacaq // Ədəbiyyat və incəsənət. – 1968. – 23 noyabr. – S. 14.
Qasımov Ə. M. P. Vaqifin yaradıcılığını necə tədris edirəm // Azərbaycan dili və ədəbiyyatı tədrisi. – 1981. - № 1. – S. 21-23.
Qazaxlılar və şuşalılar Bakıda Vaqif poeziya bayramı keçirmişlər // Ədəbiyyat qəzeti. – 2007. – 14 dekabr.
Qoca F. Üç armud ağacı // Azərbaycan gəncləri. – 1968. – 21 noyabr. – № 138. – S. 2.
Qocayeva Ə. Yeni nəşrlər "Molla Pənah Vaqif" biblioqrafiyası // Səs. - 2018. - 6 yanvar. - № 2. - S. 10.
Qoldşteyn L., Şirzamanov C. Şuşada Vaqifin məqbərəsinin açılışı : Xalq sənətkarlarının xatirəsi əbədidir! // Azərbaycan gəncləri. – 1982. – 19 yanvar. - № 7. – S. 1.
Quliyeva M. Vaqif ictimai-siyasi xadim kimi // Azərbaycan. - 2021. - 12 sentyabr. - № 194. - S. 5.
Quluzadə M. Vaqif realizmi // Ədəbiyyat və incəsənət. – 1968. – 2 noyabr. – S. 6-7.
Quluzadə M. Vaqif və klassik ənənələr // Azərbaycan. – 1968. - № 9. – S. 14-20.
Mansur T. Təzə muzeydə ənənəvi bayram // Ədəbiyyat qəzeti. – 2013. – 6 sentyabr. – № 33. – S. 3.
Məcidova X. Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub // Ədəbiyyat qəzeti. - 2017. - 9 dekabr. - № 46/47. - S. 13.
Mədəniyyətimizin böyük bayramı // Azərbaycan gəncləri. – 1968. – 21 noyabr. – № 138. – S. 1.
Məmmədov A. Şeir və musiqi : M.P.Vaqifin anadan olmasının 250 illiyi qarşısında // Kommunist. – 1968. – 21 noyabr. – № 272. - S. 2.
Məmmədov D. Vaqif şeirinin dili və üslubunun öyrənilməsi haqqında // Azərbaycan müəllimi. – 1968. – 13 noyabr.
Məmmədov Ş. Dastanlaşmış şair ömrü // Azərbaycan müəllimi. – 1998. – 10 fevral.
Məmmədova A. Gözəllik aşiqi : M.P.Vaqif – 250 // Kommunist. – 1968. – 22 noyabr. – № 273. - S. 3.
Mikayılov Ş. Həyat poeziyası : M.P.Vaqif – 250 // Azərbaycan müəllimi. – 1968. – 22 noyabr. – № 94. - S. 2.
Miminoşvili R. Poeziya və məhəbbət : M.P.Vaqif – 270 // Ədəbiyyat və incəsənət. – 1987. – 14 avqust. - № 33. – S. 7.
Mirməmməd G. Sabahın Vaqifi, hardasan? // Mədəniyyət. - 2017. - 17 may. - № 37. - S. 11.
Molla Pənah – 250 // Azərbaycan qadını. – 1968. - № 10. – S. 6-7.
Molla Pənah Vaqif (1717-1797) // Savalan. - 2017. - 7-13 noyabr. - № 40. - S. 2.
Molla pənah Vaqif kitabının təqdimatı olub : M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Molla Pənah Vaqif" kitabının və kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazasının təqdimatı olub // Palitra. - 2017. - 14 aprel. - № 64. - S. 13.
Molla Pənah Vaqifin 300 illiyi münasibətilə kitab işıq üzü görüb // Mədəniyyət. -2017. - 8 mart. - № 18. - S. 15.
Mustafayev R. Nə üçün “Vaqif” operasını yazdım? // Ədəbiyyat və incəsənət. – 1968. – 23 noyabr. – S. 14.
Muzeydə sərgi : Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 250 illiyi // Bakı. – 1968. – 21 noyabr. - № 272. – S. 4.
Muzeydə sərgi // Ədəbiyyat və incəsənət. – 1968. – 23 noyabr. – S. 3.
Muzeydə sərgi : M.P.Vaqifin anadan olmasının 250 illiyi qarşısında // Kommunist. – 1968. – 21 noyabr. – № 272. - S. 2.
Myakişev K. Sevimli obrazım : Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 250 illiyi // Bakı. – 1968. – 21 noyabr. - № 272. – S. 3.
Nağıyeva C. Şairin çap olunmamış bir qəzəli // Ədəbiyyat və incəsənət. – 1968. – 27 iyul. – S. 3.
Nəcəfova M. Şairin şöhrəti : M.P.Vaqif – 250 // Azərbaycan müəllimi. – 1968. – 22 noyabr. – № 94. - S. 2.
Nəzirli Ş. Növcavanlar var olsun... // Ədəbiyyat qəzeti. – 1993. – 25 iyun. - № 25. – S. 8.
Novruz C. İftixar hissi... : Poeziya günləri // [Məqalə 26 iyul 1987- ci ildə Şuşada yazılıb]. – mənbə yoxdur.
Oğuz Y. Mən Şuşada yazıram // Ədəbiyyat qəzeti. - 2021. - 4 sentyabr. - № 35. - S. 19.
Otuz doqquz illik tarixi olan Vaqif Poeziya Günleri yenidən Şuşada // Respublika. - 2021. - 31 avqust. - № 183. - S. 11.
Planetin rübab çələngi : Azərbaycan Dövlət Flarmoniyasında beynəlmiləl poeziya gecəsi // Ədəbiyyat və incəsənət. – 1968. – 30 noyabr. – S. 5.
Poeziyanın günəşi : M.P.Vaqif – 250 // Ədəbiyyat və incəsənət. – 1968. – 30 noyabr. – S. 3-4.
Poeziyanın günəşi : Vaqifin anadan olmasının 250 illiyinə həsr edilmiş təntənəli iclas // Azərbaycan gəncləri. – 1968. – 23 noyabr. – № 139. – S. 1, 2.
Poeziyanın günəşi : Vaqifin anadan olmasının 250 illiyinə həsr edilmiş təntənəli iclas // Bakı. – 1968. – 23 noyabr. – № 247. – S. 1, 3.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak ediblər // Ədəbiyyat qəzeti. - 2021. - 4 sentyabr. - № 35. - S. 3-6.
Rahim M. Xalqın ehtişamı : M.P.Vaqif – 250 // Ədəbiyyat və incəsənət. – 1968. – 23 noyabr. – S. 10.
Rüstəm S. Qarabağ oğlu, Azərbaycan şairi // Ədəbiyyat və incəsənət. – 1983. – 29 iyul. – S. 4.
Rüstəm S. Vətənpərvər nəğməkar : M.P.Vaqif - 250 // Kommunist. – 1968. – 22 noyabr. – № 273. - S. 3.
Rüstəmxanlı S. Şuşada üç xoşbəxt gün // Ədəbiyyat qəzeti. - 2021. - 4 sentyabr. - № 35. - S. 20-21.
Rüstəmova A. Sözün Vaqifi // Kaspi. - 2017. - 20 may. - № 89. - S. 24.
Sadıq F. Şuşada Vaqif poeziya günləri // Ədəbiyyat və incəsənət. – 1989. – 4 avqust. – S. 9.
Sadıqov M. İlk tərcümələr : M.P.Vaqif – 270 // Ədəbiyyat və incəsənət. – 1987. – 24 iyul. - № 30. – S. 5.
Sarıvəlli O. Mənim ilk müəllimim : M.P.Vaqifin anadan olmasının 250 illiyi qarşısında // Azərbaycan müəllimi. – 1968. – 4 sentyabr. – S. 4.
Sarıvəlli O. Onun hekayələri : Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 250 illiyi // Bakı. – 1968. – 21 noyabr. - № 272. – S. 2.
Seyidzadə Ə. M. P. Vaqifin diplomatik fəaliyyəti : Vaqifin anadan olmasının 250 illiyinə həsr edilmiş təntənəli iclas // Bakı. – 1968. – 23 noyabr. - № 247. – S. 1, 3.
Səfərli Ə. Böyük nəğməkar : Molla Pənah Vaqif - 250 // Azərbaycan pioneri. – 1968. – noyabr.
Səmədoğlu V. Yaza bilsəydim... : M.P.Vaqif – 270 // Ədəbiyyat və incəsənət. – 1987. – 24 iyul. - № 30. – S. 5.
Sultanov M. Vaqifin sənətkarlığına dair bəzi qeydlər // Azərbaycan. - 1968. - № 9. – S. 33-36.
Sultanova M. Gözəllik və sevgi şairi : TÜRKSOY-un qərargahında "Molla Pənah Vaqif ili"nin açılışı keçirildi // Mədəniyyət. - 2017. - 3 mart. - № 17. - S. 3.
Sultanova M. Türk dünyasının şairləri Türküstanda Vaqif işığında toplaşdılar // Mədəniyyət. - 2017. - 30 avqust. - № 67. - S. 11.
Sultanova M. TÜRKSOY-un "Molla Pənah Vaqif ili" çərçivəsində Sakaryada konfrans keçirilib // Mədəniyyət. - 2017. - 8 mart. - № 18. - S. 5.
Sultanova M. Türküstanda "Şairlər görüşü" xoş təəssüratlarla yadda qaldı : Molla Pənah Vaqif – 300 // Mədəniyyət. - 2017. - 6 sentyabr. - № 69. - S. 11.
Surkov A. Böyük nümunə : M.P.Vaqif - 250 // Kommunist. – 1968. – 22 noyabr. – № 273. - S. 3.
Şahverdiyev Z. Vaqifin ədəbi-ictimai fəaliyyəti XVIII əsrin tarixi prosesləri kontekstində : M. P. Vaqif - 300 // İki sahil. - 2017. - 20 may. - № 89. - S. 14.
Şairin xatirəsi : Azərbaycan Elmlər Akademiyasının yubiley sessiyası // Azərbaycan müəllimi. – 1968. – 22 noyabr. – № 94. - S. 1.
Şərif Ə. Molla Pənah Vaqif və Gürcüstan // Azərbaycan. – 1968. - № 9. – S. 26-32.
Şərifzadə S. Yubileyə töhfəm // Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 250 illiyi // Bakı. – 1968. – 21 noyabr. - № 272. – S. 2.
Şıxlı İ. Hər oxuyan Molla Pənah olmaz : M.P.Vaqif – 270 // Ədəbiyyat və incəsənət. – 1987. – 3 aprel. – S. 2.
Şuşada ilk elmi simpozium : Ədəbi müstəvidə Qarabağın dünəni və bugünü // Ədəbiyyat qəzeti. - 2021. - 4 sentyabr. - № 35. - S. 10-14.
Şuşada poeziya bayramı // Ədəbiyyat qəzeti. – 2013. – 6 sentyabr. – № 33. – S. 3.
Şükürzadə Ə. Molla Vəli və ya Mirzə Vəli // Azərbaycan. – 1969. - № 4. – S. 205-208.
Təhmasib M. H. Əsərlərdə yaşayan illə: M.P.Vaqifin anadan olmasının 250 illiyi qarşısında // Ədəbiyyat və incəsənət. – 1968. – 10 avqust. – S. 3-4 ; 31 avqust.
Tixonov N. Vaqif günləri ümumxalq bayramıdır : M.P.Vaqif – 250 // Ədəbiyyat və incəsənət. – 1968. – 23 noyabr. – S. 3.
Üç yarpaq : Vaqif haqqında minyatürlər : M.P.Vaqif - 250 // Kommunist. – 1968. – 22 noyabr. – № 273. - S. 4.
Vaqif dilinin realizmi : M.P.Vaqifin anadan olmasının 250 illiyi qarşısında // Ədəbiyyat və incəsənət. – 1968. – 7 sentyabr. – S. 6.
Vaqif müasirimizdir // 1992-ci il təqvimindən. – 6-7 aprel.
Vaqif poeması : Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 250 illiyi // Bakı. – 1968. – 21 noyabr. - № 272. – S. 4.
Vaqifin əsələri Axundovun arxivində : Vaqifin anadan olmasının 250 illiyi qarşısında // Ədəbiyyat və incəsənət. – 1968. – 13 iyul. – S. 4.
Vəfalı A. Vaqifin vəsiyyəti : M.P.Vaqif – 250 // Ədəbiyyat və incəsənət. – 1968. – 23 noyabr. – № 47. - S. 15.
Vəkil Ə. Əbədi sənət : M.P.Vaqif – 270 // Ədəbiyyat və incəsənət. – 1987. – 14 avqust. - № 33. – S. 7.
Vətəndaş şairin xatirəsi : Azərbaycan Elmlər Akademiyasının yubiley sessiyası // Azərbaycan gəncləri. – 1968. – 23 noyabr.
Vətəndaş şairin xatirəsi : Azərbaycan SSRİ Elmlər Akademiyasının yubiley sessiyası // Azərbaycan gəncləri. – 1968. – 23 noyabr. – № 139. – S. 2.
Yarəhmədov M. O, bizim də əzizimizdir : Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 250 illiyi // Bakı. – 1968. – 21 noyabr. - № 272. – S. 4.
Yarəhmədov M. Vaqif və dağlar diyar : Vaqifin anadan olmasının 250 illiyi qarşısında // Ədəbiyyat və incəsənət. – 1968. – 3 avqust. – S. 3.
Yubiley konserti : M.P.Vaqif – 250 // Bakı. – 1968. – 23 noyabr. - № 247. – S. 1.
Yubiley konserti : M.P.Vaqif – 250 // Ədəbiyyat və incəsənət. – 1968. – 30 noyabr. – S. 5.
Yubiley şənlikləri : M.P.Vaqif – 250 // Kommunist. – 1968. – 21 noyabr. – № 272. - S. 2.
Yusifli V. Şuşa // Ədəbiyyat qəzeti. - 2021. - 4 sentyabr. - № 35. - S. 24.
Zal E. Şuşa düşüncələri // Ədəbiyyat qəzeti. - 2021. - 4 sentyabr. - № 35. - S. 16.
Zamanov A. Bir sual : Vaqifin anadan olmasının 250 illiyi qarşısında // Ədəbiyyat və incəsənət. – 1968. – 13 iyul. – S. 3.
Zamanov A., Məmmədzadə. “Vaqif gözəllik və həqiqət şairidir” // Ədəbiyyat və incəsənət. – 1977. – 29 oktyabr.