Regionların sosial-iqtisadi inkişafı 2019-2023 illər

Regionların sosial-iqtisadi inkişafı 2019-2023 illər / Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ; ümumi rəhb. T. Budaqov ; icraçı: A. Tağıyeva [et al.]. - Bakı : Azmega group MMC, 2024. - 856 s.

Ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionlarda, o cümlədən kənd yerlərində iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi inkişaf gündəliyində ön plana çıxmışdır. Qeyd olunanlar nəzərə alınaraq, ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətləri daha da artırmaq və "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair" Strateji Yol Xəritəsinin 9.1.1-cü bəndinin icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanmışdır.