“Kitabxanada uşaqlar üçün internet-sinfin açılması” layihəsi 2001-ci ilin avqustunda Açıq Cəmiyyət İnstitutu tərəfindən həyata keçmişdir. 502261 HB3 № li Layihəyə əsasən 12660 ABŞ dolları məbləğində qrant udmuşuq. Həmin qranta əsasən 7 kompüter, 1 skaner, 1 printer əldə etdik.
2002-ci ilin yanvarın 15-dən başlayaraq hər ayda 48 uşaq olmaqla avqustun 15-nə qədər “Kompüterin əsasları və internet” kursu keçilmişdir.49 məktəb və 4 litseydən kursa gələnlərin sayı 336 olmuşdur.10 dərs proqramı çərçivəsində keçirilən kursa gələn oxucular anket vərəqəsini doldurur,sonda isə kurslar haqqında öz fikirlərini bildirirdilər.Anket sorğuları analiz edilmiş, gələcəkdə oxucuların təklifləri əsasında öz işimizi qurmaq planlaşdırılmışdır.
2002-ci ilin
avqustunda Açıq Cəmiyyət İnstitutu tərəfindən həyata keçmişdir.
3. ”Gələcəyin dialoqu: Uşaqlar və kitab”
Böyük Britaniyanın OXFAM
Beynəlxalq humanitar təşkilatı layihə əsasında kitabxanamızın oxu zalında
bir çox kitabların, qəzetlərdə dərc olunmuş maraqlı hekayələrin, nağılların
audio kassetlərindən ibarət fondunu təşkil etmişdir. Dəfələrlə kitabxananın
ərazisində yerləşən 42, 258, 36, 152 saylı məktəblərin ibtidai sinif müəllimləri
sinifləri ilə birlikdə qrup halında “Danışan kitablar”a qulaq asmışlar.